Yaxşı ki, bunlar TARİXİ qələmə almırlar... - Gücləri təkcə xəstəlik tarixçələrinə yetir
Tarix: 15-07-2016, 11:20 | Çap et
 Rəsmi məlumatlara görə, bu gün Şamaxı rayonunda Diaqnostika Mərkəzi, 131 çarpaylıq Rayon Mərkəzi Xəstəxanası (RMX), 15 çarpaylıq Göylər kənd xəstəxanası, 14 həkim, 20 tibb məntəqəsi və təcili və təxirə salınmaz tibbi xidmət şöbəsi fəaliyyət göstərir. Mərkəzi xəstəxana üzrə 114 həkim və 279 orta tibb işçisi çalışır. Bununla belə, artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Şamaxının səhiyyə sisteminin acınacaqlı durumda olması barədə açıqlamalar təqdim olunur. Müxtəlif şikayət ərizələri ilə bizimdovr.az-a müraciət edən rayon sakinləri üz-üzə qaldıqları problemlərin həllini gözləməkdə, rayon səhiyyəsinə rəhbərlik edən Elxan Məmmədov isə, bu problemləri dərinləşdirməkdə davam edirlər.
Bu xüsusda redaksiyamıza təqdim olunan açıqlamalarda yerli sakinlərin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Mənbələr bildirirlər ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Daha sonra əldə etdiyimiz məlumatlarda isə qeyd olunmuşdu ki, baş həkim Elxan Məmmədov müxtəlif qanun pozuntuları törətməyə hələ tələbə vaxtlarından alışqandır. Məhz bu səbəbdən də tələbəlik dövründə bir neçə illik məhkumluq cəzası almış Elxan Məmmədov Tibb Universitetində təhsilini 12 ilə başa vurmuşdur. Lakin bu məqam da ona son nəticədə Şamaxı rayon səhiyyəsinin rəhbərliyinə gəlməyə mane olmamışdır. Digər tərəfdən də iddialara görə, Şamaxı RMX-da həm xəstələrə, həm də tibbi personala şamil olunan “ölü canlar” təcrübəsi geniş tətbiq olunur. Birinci halda xəstəxanada əslində olmayan pasientlərə saxta “xəstəlik tarixləri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərman preparatları mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, mənbələrin iddialarına görə bu “xəstəlik tarixləri”nin əksəriyyəti həm də pensiya almaq üçün məqsədli şəkildə açılır. Tibbi personala aid olan maxinasiyalara gəlincə isə, mənbələr bildirirlər ki, bu halda baş həkimin işi daha asan olur. Belə ki, Şamaxının paytaxta ən yaxın rayonlardan biri olması səbəbindən buranın xəstəxanasında “işləmək” həvəsində olan həkimlər kifayət qədərdir. Əslində isə, bu həkimlər sadəcə adlarının Şamaxı RMX-nın ştat cədvəlinə yazdıraraq, dövlət müəssisəsində stajlarını təmin deirlər. Faktiki isə onların əksəriyyəti Bakının özəl klinikalarında çalışırlar. Elxan Məmmədov isə bu “yaxşılığın” müqabilində həmkarlarının maaş kartlarına və aylıq yazılan məvaciblərinə sahib çıxır. Təbii ki, bütün bu özbaşınalıqlar Şamaxı RMX-da xəstələrə göstərilən tibbi xidmətlərin də aşağı səviyyədə olmasını şərtləndirən amillər kimi çıxış edirlər. Nəticə isə, çox acınacaqlı olur. Digər tərəfdən isə, məlumatlarda RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Nəzakət Abdulrəzəqova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi Elxan Məmmədova çatır.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28 |
|
|
|
| • Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20 |
|
|
|
| • Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16 |
|
|
|
| • 500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12 |
|
|
|
| • "Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00 |
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44 |
|
|
|
| • “Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41 |
|
|
|
| • Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29 |
|
|
|
| • Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14 |
|
|
|
| • Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
| • Nazirdən yeni direktor təyinatı
Bu gün, 12:59 |
|
|
|
| • İşdən çıxarılan sektor müdiri Kamran Əsədovun yaxını imiş - FOTO
Bu gün, 12:57 |
|
|
|
|