"Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                 

Bu MTK-dan ev almayın - NARAZILIQ VAR...
Tarix: 26-07-2016, 11:17 | Çap et
Bu MTK-dan ev almayın
"Hara gediriksə, deyirlər, "ağlınız olaydı, ordan ev almayaydınız". Axı burdan ev alanların heç də hamısı bənna, mühəndis, rəngsaz, mütəxəssis deyil ki, aldığı evin divarlarının qısa müddətdən sonra çat verəcəyini əvvəldən bilsin. Sonuncu qəpiyimizə qədər xərcləyib ev alıb, təmir edib içərisinə girmişik. İndi binaların ayıbları üzə çıxmağa başlayıb".

diaaz.space Marja-ya istinadən xəbər verir ki, Toğrul Məcidov 3 il əvvəl Masazırdakı "Yeni Bakı" yaşayış kompleksindən mənzil alıb. Deyir, indi binanın divarlarındakı çatları görüb qorxuya düşüb:

"Sonradan bilmişəm ki, buranın yeri əvvəllər göl olub, binaların çökmə təhlükəsi var. Evi sata bilmirəm. Gələn müştəri binalardakı çatı görüb geri qayıdır".

Bina sakini Sabir Kazımov isə deyib:"Ötən həftə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldi, binalara baxış keçirdilər. Şifahi şəkildə bildirdilər ki, şəhərcikdəki 1-ci və 2-ci "P" şəkilli binaların, eləcə də bu binalarla üzbəüz səkkiz təkbloklu binanın Nazirlikdən istismara qəbul aktı var. Biz bunu ilk dəfə onlardan eşidirdik.

Həm də şifahi… Tələb edirik ki, "Yeni Bakı"da istismara qəbul aktı olan binaların sayını və nömrələrini bizə yazılı şəkildə bildirsinlər. Həmin binaların sakinləri kimi həmin aktların bir nüsxəsi də bizdə olmalıdır. Əslində məqsəd bəllidir, biz binaların keyfiyyətsizliyindən məhkəməyə müraciət edəndə həmin aktları da məhkəməyə təqdim edə bilərik və FHN çıxılmaz durumda qalar. Ona görə də "istismara qəbul aktı var" deyib ötməklə kifayətlənirlər".
Yaşayış kompleksi deyil, əsl həbsxanadır

"Yeni Bakı" yaşayış kompleksini "İlin Dörd Fəsli" MMC inşa edib. Sakinlər deyirlər, MMC ilə əvvəl işıq, sonra mənzillərə "Çıxarış" davasına çıxıblar. Bu davalar bitməmiş binalar çat verməyə başlayıb. Ancaq bunlar bir tərəfə, Sabir Kazımovun dediyinə görə, binanı inşa etmiş MMC-nin əməkdaşları sakinlərlə, az qala, həbsxana işçisi kimi davranırlar:

"Çıxarış vermirlər ki, sakinlər mənzillərə olan mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrdində qeydiyyata aldıra bilsinlər. Özünü "İlin dörd fəsli" MMC-nin təmsilcisi kimi təqdim edən şəxs ortalığa mühafizəçi və işçilərini buraxıb, girirlər binalara, kommunal pulu, su, işıq pulu tələb edirlər, ödəməyənlərin işığını kəsir, sayğaçlarını qoparıb tullayırlar. Binanın liftini qəsdən xarab edirlər ki, sakinlər istifadə edə bilməsinlər. Binanın qanuni idarəedilməsini həyata keçirən "Abşeron-1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin lövhəsini binanın divarından söküb atırlar. Görün, nə dərəcədə özbaşınalıqdır ki, binanın girişinə qapı və domafon qoymağımıza da fiziki güc tətbiq etməklə imkan vermirlər. Sakinlərlə əl-qolu bağlı dustaq kimi davranırlar, sanki həbsxanadır".

Abşeron rayon icra hakimiyyətindən bildirilib ki, qurumun əməkdaşları binadakı vəziyyətlə tanış olarkən divarlarda çatlar və binada çökmə əlamətləri müşahidə ediblər:

"Ancaq o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini biz yox, bu işlə məşğul olan Fövqəladə Hallar Nazirliyi müəyyən edə bilər. Səbəblər də həmin Nazirlik tərəfindən araşdırılmalıdır. Elə məsələlər var ki, onu da Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalıdır — məsələn, kompleksin yerləşdiyi torpağın xassəsini və sair…"
"Yeni Bakı" sakinləri fövqəladə hallar naziri Kəmaləddin Heydərova belə bir məzmunda müraciət ünvanlayıblar:

"Cənab nazir, "Yeni Bakı" Yaşayış Kompleksindəki vəziyyəti şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik. Binalardakı çatlarla bağlı mətbuatda dərc olunan yazılardan sonra əl-ayağa düşən komendantlıq işçiləri çat yerlərini suvayıb boyamaqla ictimaiyyəti aldatmağa çalışır. Sabah bu binalar çöksə, insanlar tələf olsa, prezidentə kim, nə üzlə cavab verəcək?"

Şirkət isə təkzib edir və sakinləri məhkəmə ilə hədələyir

"İlin dörd fəsli" tikinti şirkətinin adını çəkməyən əməkdaşı məsələyə belə münasibət bildirib:

"Biz o məsələlərə aydınlıq gətirmişik, boş söhbətlərdir, o şikayətlərin heç bir əsası yoxdur. Hər şeyə sənədlərlə aydınlıq gətirmişik. Şayiələri yayanlar da məhkəməyə veriləcək."

Şirkətin əməkdaşı qeyd edib ki, onların əlində sənədlər var və o sənədlərə görə, heç bir binada çat yoxdur, hansısa binanın çökmə təhlükəsi də həmçinin.

Şirkət nümayəndəsi Fövqəladə Hallar Nazirliyinin onlara binanın istifadəyə yararlı olduğu barədə sənəd verdiyini də qeyd edib.

Çıxarışlara gəlincə, şirkət nümayəndəsi deyib ki, çıxarışlar hazırlanır və yaxın vaxtlarda sakinlərə veriləcək.

Sözügedən şəxs şirkət əməkdaşlarının sakinlərlə qanundankənar davranışlarını da təkzib edib. Deyib ki, "bunlar yalan söhbətdir, bizim belə əməkdaşlarımız yoxdur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru