Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                 

“Sədərək” bazarından İŞİD-ə gedən yol - Erməni kənardadır, üzbəüzük, onlar isə içimizdədir, görə bilmirik...
Tarix: 3-09-2016, 14:50 | Çap et
“Sədərək” bazarından İŞİD-ə gedən yol
Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan daha bir azərbaycanlının – 1979-cu il təvəllüdlü Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azər Orucov sədrlik edib.

“Cəbhət ən Nusra”, yoxsa Azad Suriya Ordusu?

İstintaqla müəyyən edilib ki, Zöhrab Məmmədov Suriya ərazisindəki silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 12 dekabr 2012-ci ildə Türkiyəyə, oradansa Suriyanın Artma vilayətinə keçərək “Cəbhət ən-Nusra”nın tərkibinə daxil olan, “Abu Yəhya” ləqəbli Nicat Aşurovun rəhbərlik etdiyi “Mühacirin və Ansar” adlı silahlı birləşməyə qoşulub. 2013-cü ilin yanvar ayında Sfera qəsəbəsi uğrunda hökumət qüvvələrinə qarşı aparılan döyüş əməliyyatı zamanı yaralanıb. Uzun müddət Türkiyədə müalicə olunduqdan sonra 2 aprel 2013-cü ildə Azərbaycana qayıdıb.

Z.Məmmədov 29 dekabr 2015-ci ildə keçmiş MTN əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əslən Qərbi Azərbaycandan olan Zöhrab Məmmədov Suriyada Azad Suriya Ordusunun tərkibində gedən döyüşlərə qoşulduğunu təsdiq etsə də, İŞİD-lə əlaqəsi olmasını inkar edib. O, nə İŞİD-in, nə də “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tərkibinə daxil olan “Mühacirin və Ansar” adlı silahlı birləşməyə qoşulmadığını deyib.

“Cihadda iştirak etmək fərzdir”

İlkin dindirmə zamanı Z.Məmmədov ifadəsində göstərib ki, 2012-ci ilin avqust ayından etibarən İslam dininin əhli-sünnə məzhəbi üzrə ibadət etməyə başlayıb, mütəmadi olaraq internetdə Suriyada gedən prosesləri izləyib. Orada hökumət qüvvələrinə qarşı açıq şəkildə cihadın olduğunu, cihadda iştirakın fərz olduğunu düşünərək Suriyaya getməyi və cihada qoşulmağı qərara alıb. Həmin ərəfədə “Sədərək” bazarında bir nəfərin Suriyaya azərbaycanlıların getməsində köməklik göstərdiyini öyrənərək onunla görüşüb. Adını xatırlamadığı həmin şəxsin Suriyadakı “Muhacirin və Ansar” qruplaşmasının azərbaycanlı rəhbəri, dini adı “Abu Yəhya” olan Nicatla yaxın əlaqəsi olub. Həmin şəxs telefonla Nicatla əlaqə saxlayaraq onun cihadda iştirak etmək istədiyini bildirib. “Abu Yəhya” bunu çox yaxşı qarşılayıb və cavabında İstanbula çatarkən onu məlumatlandırmasını tapşırıb.

Həmədanda gedən döyüşlər

12 dekabr 2012-ci ildə Z.Məmmədov avtobusla Türkiyəyə yola düşüb. İstanbula çatdıqdan sonra “Abu Yəhya”nın telefonuna zəng vurub. “Abu Yəhya” ona Hatay şəhərinə getməyi tapşırıb. Hataya gələn Zöhrabı bir nəfər ərəb qaçaqçısı qarşılayıb. O, qaçaqçının vasitəsilə sərhəddə keçərək Artmaya gəlib. Cihada yeni qoşulanların toplaşma məntəqəsini soruşub, onu 3 mərtəbəli yaşayış evinə aparıblar. Həmin evdə 150-200 nəfər mücahidin olduğunu görən Z.Məmmədov 12 gün orada qalıb və Hamadanda döyüşdə olan “Abu Yəhya”nın gəlişini gözləyib. “Abu Yəhya” qayıdandandan sonra onunla görüşüb, sonuncu onu özüylə döyüşə aparıb.

Suriyada yaralandı, Türkiyədə müalicə olundu

Z.Məmmədov ifadəsində göstərib ki, 14 yanvar 2013-cü ildə Sfera qəsəbəsində döyüş başlamazdan əvvəl “Abu Yəhya” ona bir ədəd avtomat silah və iki ədəd patron dolu daraq verib. Həmin ərazidə azərbaycanlılardan ibarət 30 nəfərlik silahlı dəstə Suriya hökumətinə qarşı döyüşlər təşkil edib. Döyüş kəskin şəkildə başladığından mühasirəyə düşüblər. Elə həmin döyüşdə Z.Məmmədov snayperlə vurulub: “Güllə çənə nahiyəmdən dəydi, ağzımın bir tərəfindən deşib, digər tərəfindən çıxdı, yerə yıxıldım. Yerdə olarkən də qarnımdan kürəyimdən güllə yarası aldım, huşumu itirdim. Gözümü açanda Türkiyənin Kayseri şəhər xəstəxanasında olduğumu gördüm. İki ay müalicə olundum, üç dəfə əməliyyat keçirdim”.

Görmə qabiliyyətini itirən döyüşçü

Z.Məmmədov 2013-cü ilin mart ayında xəstəxanadan çıxaraq Azərbaycana qayıdıb. Döyüş zamanı aldığı xəsarətlər səhhətində ciddi problemlər yaradıb. Sol gözünün görmə qabiliyyəti tamamilə itib. Uzun müddət müalicələr heç bir nəticə verməyib. Sağ gözünü də itirmək təhlükəsi ilə üzləşən Z.Məmmədov İstanbul şəhərinə gedərək “Dünya Göz Klinikasın”a müraciət edib. Əməliyyata 6 min avro pul ödəməli olduğu bildirilib. Amma o qədər pulu olmadığından əməliyyat oluna bilməyib. Həmin ərəfədə bir nəfər “Amr” adlı azərbaycanlı ona “döyüşdə yaralan mücahidlərə “Muhacir və Ansar”qruplaşması kifayət qədər pul ayırır, Suriyaya get, bu məsələlərə rəhbərlik edən şəxslərlə görüş, hansı döyüşdə yaralanmağın barədə məlumat ver, qoy onlar müalicə olunmağına kömək etsinlər” deyir.

İŞİD-lə əlaqəsinin olmadığını deyən döyüşçü 2 ay Rakkada qalıb

“Amr”in köməkliyi ilə Z.Məmmədov 2014-cü ilin iyul ayında yenidən Suriya ərazisinə keçib. Ray şəhərinə keçərək “Xalid dayı” ləqəbli Rövşən Bədəlovla (R.Bədəlov 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri bombardman zamanı 25 adamı ilə birlikdə öldürülüb. Qeyd edək ki, 2000-2001-ci illərdə Pankisi ərazisində “Qarabağ Partizanları” qrupunu yaradan Bədəlov həmin birləşməyə liderlik edib. 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən R.Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub. 2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib, İŞİD sıralarına qoşulub. Gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan R.Bədəlov qısa müddət ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib – virtualaz.org) görüşüb, bir il öncə döyüşdə yaralandığını deyib. R.Bədəlov ona müalicə məsələləri ilə məşğul olan “Divan-Sıxna” adlı idarəyə müraciət etməyi məsləhət görüb. Bundan sonra Z.Məmmədov Rakkaya gələrək həmin idarəni tapıb, döyüşdə yaralanması barədə ətraflı məlumat versə də, ona köməklik göstərməkdən imtina ediblər. Z.Məmmədov müalicə pulunun ödənilməsini tələb etdikdə burada qalıb müəyyən həkim ekspertizalardan keçməyin lazım olduğunu bildiriblər. İki aya yaxın Rakka şəhərində qalan Z.Məmmədov ona yardım edilməyəcəyini görüb Ray şəhərinə qayıdıb. 28 dekabr 2015-ci ildə Azərbaycana geri dönərkən hava limanında saxlanılıb.

“İŞİD-lə əlaqəm olmayıb, mən Azad Suriya Ordusunda olmuşam”

Təqsirləndirilən şəxs qismində dindirilən Zöhrab Məmmədov məhkəmə prosesində ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Suriyaya orada yaşayan türkmənlərin müdafiəsi üçün getdiyini deyib. Heç bir silahlı birləşmənin tərkibində döyüşmədiyini, əlinə silah almadığını bildirib. Suriya ərazisinə çatan kimi mühasirəyə alınıb, göz, bədən, ayaq nahiyələrindən güllə yarası alıb: “Heç vaxt “Cəbhət ən-Nusra”nın tərkibində döyüşməmişəm, amma türkmənlərdən ibarət Azad Suriya Ordusunda olmuşam. Hərbi əməliyyatlarda iştirak etməmişəm. Avtobusla Sfera qəsəbəsinə gedərkən mühasirəyə düşmüşəm, ağır bədən xəsarətləri almışam. Bu hadisədən 12 gün sonra komadan ayılanda xəstəxanasında olduğumu görmüşəm”.

Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru