Başçının yalnız bir amacı var... - Büdcə rəsmən qarət olunub
Tarix: 4-12-2018, 12:27 | Çap et
 Dövlətin müxtəlif qurumları tərəfindən mütəmadi olaraq elan olunan dövlət satınalmaları zamanı baş vermiş qanunsuzluqlar vaxtaşırı olaraq kütləvi informasiya vasitələrində dərc olunur. Yayılan və təkzib olunmayan məlumatlardan bu nəticəyə gəlmək olar ki, hər bir müsabiqə zamanı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “şübhəli maliyyə oyunları” həyata keçirilir. Buna görə də, bu istiqamətdə geniş araşdırmalar aparmışıq.
GundemXeber.Az bildirir ki, Şabran rayonunda fəaliyyət göstərən dövlət strukturlarının həyata keçirdiyi dövlət satınalmalarını araşdırarkən, olduqca maraqlı faktlar əldə etmişik. Beləki, 2010-2015 ci illər ərzində rayonda keçirilən tender və kotirovka müsabiqələrinin qaliblərini müəyyənləşdirərkən məlum olub ki, qaliblərdən biri, daha doğrusu ən vacib, dövlət əhəmiyyətli “işlərin” faili Şabran Rayon İcra başçısının birinci müavini, YAP-ın Şabran rayon təşkilatının sədri Balabəyov Mehdinin əmisi Balabəyov Teyyub Balabəy oğludur.
Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən vətəndaş, bu müsabiqələrdə həm fiziki şəxs, həm də hüquqi şəxs qismində “qalib olub”.
Dövlət Satınalamalar Agentliyinin təqdim etdiyi sənədlərdən məlum olur ki, Şabran Rayon İcra hakimiyyətinin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən elan olunan tenderlərdə “Toğrul-2011” MMC qalib olub. Beləki, adıçəkilən şirkət : 2011-ci ildə - cari təmir işlərinin satın alınması ilə bağlı – 34 872 manatlıq; 2012-ci ildə - Şabran şəhərində işıqlandırma sisteminin təmir işlərinin satın alınması ilə bağlı – 37 153 manatlıq; 2013- cü ildə yenidən – Şabran şəhərində işıqlandırma işlərinin satınalınması ilə bağlı – 37 040 manatlıq; 2014-cü ildə - Şabran şəhərinin abadlaşdırılması üçün, bəzək ağacları və gül kollarının satın alınması ilə bağlı – 14 935 manatlıq; 2015-ci ildə isə yenidən Şabran şəhərində işıqlandırma işləri ilə bağlı – 34 928 manatlıq müsabiqələrin qalibidir. Maraqlıdır ki, təkcə Şabran şəhərinin işıqlandırılmasını təşkil etmək üçün keçirilən 109 121 manatlıq müsabiqənin qalibi olan bu Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 5000230421) qeydiyyat sənədlərində şirkətin hüquqi ünvanı Şabran rayonu, Şabran şəhəri, N.Tusi küçəsi, ev 29 göstərilir. Həmçinin reyestr məlumatlarına görə, şirkət 2011-ci ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb və qurumun qanuni təmsilçisi Balabəyov Teyyub Balabəy oğludur. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, adıçəkilən ünvanda, heç bir şirkət fəaliyyət göstərmir. Beləki, Şabran şəhəri, N.Tusi küçəsi ev 29 ünvanında, kənardan görənlərə sahibsiz, çoxdan insan nəfəsi dəyməyən, tərk edilmiş bir ev təsiri bağışlayan yaşayış binası yerləşir. Göstərdiyi ünvanda heç kəsin yaşamadığı bir şirkətin isə bu satınalmalarda necə qalib gəldiyi şübhəlidir.
Həmçinin rəsmi sənədlərə görə məlum olur ki, 2014-cü ildə Şabran Rayon İcra hakimiyyətinin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən, şəhərdə görülən abadlıq işləri ilə bağlı – bəzək ağacları və gül kollarının alınması üçün 7122 manat dəyərində müsabiqənin qalibi də adıçəkilən şəxsdir. Beləki, bu müsabiqədə qalib elan onunan “Toğrul - 2014” MMC-nin (VÖEN 5000353531) reyestr məlumatlarına görə, 2014-cü ilin aprel ayının 18-də dövlət qeydiyyatına alınan bu şirkətin hüquqi ünvanı, Şabran şəhəri, N.Tusi küçəsi, ev 32, qanuni təmsilçisi isə Balabəyov Teyyub Balabəy oğludur.
Apardığımız araşdırmalar zamanı məlum olur ki, reyestr məlumatlarında qeyd olunan ünvanda isə Balabəyov Teyyub Balabəy oğlunun şəxsi evi yerləşir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45 |
|
|
|
• Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44 |
|
|
|
• “AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46 |
|
|
|
• Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43 |
|
|
|
• “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34 |
|
|
|
• Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28 |
|
|
|
• Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24 |
|
|
|
• “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04 |
|
|
|
• Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00 |
|
|
|
• "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28 |
|
|
|
• Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26 |
|
|
|
• 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24 |
|
|
|
• “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19 |
|
|
|
• Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18 |
|
|
|
• Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13 |
|
|
|
• Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11 |
|
|
|
• Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06 |
|
|
|
• Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01 |
|
|
|
• Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59 |
|
|
|
• "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58 |
|
|
|
• İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57 |
|
|
|
• “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51 |
|
|
|
• İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47 |
|
|
|
• DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35 |
|
|
|
• “Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32 |
|
|
|
• Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30 |
|
|
|
• Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29 |
|
|
|
• Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59 |
|
|
|
• Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51 |
|
|
|
• Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39 |
|
|
|
• “Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28 |
|
|
|
• "Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02 |
|
|
|
• Adil Vəliyevdən YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Dünən, 09:56 |
|
|
|
• Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?.. - FOTOLAR
Dünən, 09:52 |
|
|
|
• Ceyhun Əsgərov reabilitasiya mərkəzinə yerləşdirildi - VİDEO
Dünən, 09:50 |
|
|
|
• Elnur Şükürov azadlığa çıxdı
Dünən, 09:44 |
|
|
|
• Neftlə bağlı narahatlıq yaradan məqam: dəyişiklik olacaq? - AKTUAL
Dünən, 09:41 |
|
|
|
• Bu hadisə ilə Ermənistan Rusiya və İran təzyiqindən qurtulacaq - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:26 |
|
|
|
• İrəvan Moskva ilə münasibətləri düzəltmək istəyir... - NƏ BAŞ VERİR?
Dünən, 09:23 |
|
|
|
• "Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq" - AXI NİYƏ?
Dünən, 09:13 |
|
|
|
• Ermənilərin gözü yenə orda-burda - NƏ ETMƏLİ?
Dünən, 09:05 |
|
|
|
• Kollecdə gərginlik: əməkdaşlar direktorun fəaliyyətindən şikayətçidir - İLGİNC İDDİALAR
Dünən, 09:04 |
|
|
|
• Paytaxtda “at oynadan” MTK-lar - dövlət “mənzil mafiyası"nı çökdürməsə...
Dünən, 08:47 |
|
|
|
• Yeni yaradılan Süni İntellekt Akademiyası və müəmmalar - ARAŞDIRMA
Dünən, 07:39 |
|
|
|
• Çarli Kirkin qətlinin təfərrüatı məlum oldu - “Fox News”
Dünən, 07:38 |
|
|
|
• İdman Federasiyaları Sahil Babayevin nəzarətinə keçir - Boksu "ağ günə" qoyduğu kimi...
Dünən, 07:29 |
|
|
|
• Daha bir ekspert Əmrullayevi TOPA TUTDU - "Xalqın hesabına..."
Dünən, 07:23 |
|
|
|
• Görün, millətə nə yedirdirlər... - FOTO, VİDEO
Dünən, 07:19 |
|
|
|
• Moskva anlayır ki, strateji seçim anı gəldikdə, Ermənistan Qərbi seçəcək - ONA GÖRƏ DƏ...
Dünən, 07:14 |
|
|
|
• “Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA
Dünən, 07:12 |
|
|
|
|