Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                 

İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal: - Məktəblər, xəstəxanalar, mənzillər qışda istiliksiz qalacaq?
Tarix: 19-07-2019, 18:23 | Çap et
İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal:
“Azəriqaz” İB son günlər paytaxtın bir neçə yerində istilik təchizatı ilə bağlı yaranan problemlərlə əlaqədar məlumat yayıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a borcunu ödəmədiyini bildirib:

“Azəristiliktəchizat” ASC tərəfindən bu ilin 6 ayı ərzində 130 milyon 234 min 456 kubmetr həcmində, 26 milyon 46 min 891,20 manat məbləğində təbii qaz istehlak olunub. Lakin bu günə qədər heç bir ödəniş olunmayıb”.

Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 в„–-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4. bəndinə əsasən “qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz təminatı dayandırıla bilər. Buna baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyi əhalinin qış aylarında mənzillərin qızdırılmasına və isti suya olan təlabatını nəzərə alaraq “Azəristiliktəchizat” ASC-nin qaz təminatını dayandırmayıb.

Bildirək ki, “Azəristiliktəchizat” ASC-nin istehlak etdiyi təbii qazın dəyərini bu günədək ödəmədiyi və yay fəslinin olmasını nəzərə alaraq, bəzi ərazilərdəki qazanxanaların qaz təminatı dayandırılıb.

Maraqlıdır, məsələ həll olunmasa, qışda isitliklə bağlı problem yarana bilər?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov qış aylarına qədər “Azəristiliktəchizatı” ASC-nin məsələyə biganə qalmayacağını ümid etdiyini və “Azəriqaz”ın qış ayları üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib:

“Biz dünənki açıqlamamızda əslində faktı ortaya qoymuşduq. Bu, elə bir faktdır ki, işimizə həqiqətən də maneçilik törədir. “Azəriqaz” İstehsalat Birliyi zərərçəkən tərəfdir.

“Azəristiliktəchizat” ASC öz öhdəliklərini yerinə yetirməlidir. Bu tip hallarda biz əziyyət çəkməyə məcbur oluruq. Qazı aldığımız mənbəyə ödənişlərin hamısını etmişik, amma ondan sonra gələcəkdə qarşılaşdığımız bu tip problemlər nəticəsində qoyduğumuz vəsaiti götürə bilmirik. “Azəristiliktəchizat”dan gələcək pul bizim gəlirimizdir. O gəlirlə biz çox işlər görə bilərik. Ala bilmirik, amma alsaq, abonentlər əziyyət çəkməz. Bizi bəzən günahlandırırlar ki, təmir getmir, işinizi vaxtında görə bilmirsiniz. Bu gün əgər mövsümdən asılı olmayaraq hər hansı bir vaxtda abonent əziyyət çəkəcəksə, səbəbkar biz deyilik. Biz faktı ortaya qoyub, maneənin nə olduğunu göstərmişik. Abonentlərlə bağlı nə olacağını bilmirik”.

Borc ödənmədiyi təqdirdə qışda istilik problemi yaranması məsələsinə gəldikdə isə qurum təmsilçisi bunları deyib:

“Hələ qışa xeyli müddət var, “Azəriqaz” olaraq biz qışa hazırlıq prosesini həyata keçiririk. Sayğaclar, əvəzlənmələr, təmir-tikinti ilə bağlı biz mütəmadi olaraq məlumat yayırıq. Dünənki məlumatımızda da qeyd etmişdik ki, “Azəristiliktəchizat” qış mövsümündə dayandırmalara yol vermir. Amma vəziyyət gəlib elə bir həddə çatır ki, borc çoxalır. Ümid edirik ki, qarşı tərəf abonentin vəziyyətini düşünüb bir nəticə çıxarar, həmçinin “Azəriqaz”ın bu qədər borc qarşısında qaldığını da anlayıb bir tədbir görər”.

Maraqlıdır, ümumiyyətlə bu tip qurumlara kommunal xidmətlər hansı şərtlərlə dayandırıla bilir?

Məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Natiq Cəfərli kommunal xidmətləri dayandırmağın mümkün olmayacağını, lakin bu cür borcların olmaması üçün özəlləşdirmənin tətbiqinin vacib olduğunu vurğulayıb:

“Bu, bir neçə dəfə təkrarlanan prosesdir, keçən il də, ondan öncəki il də eyni hadisənin şahidi olmuşduq. “Azəristiliktəchizat” ASC ödəniş edə bilmir. Səbəb kimi də əhalidən və dövlət orqanlarından yığılan vəsaitin azlığını göstərir. Çünki istiliklə bağlı elə bir vəziyyətdir ki, orada sayğaclaşma həyata keçirmək mümkün deyil. Ancaq fərdi qaydada adambaşına düşən istiliyin həcminə qədər hesablayıb ödəniş sisteminə keçiblər. Sayğac olmadıqda dəqiq istifadə qaydalarını da bilmək olmur. Ona görə də hər il eyni hal təkrarlanır. “Azəristiliktəchizat”ın da arqumenti ondan ibarətdir ki, əsas borclular dövlət orqanlarıdır. Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, dövlət borcun ödənilməsini üzərinə götürəcək və bu da dövlət şirkətlərinin qeyri-effektiv işləməsinin əyani sübutudur. Bir çox ölkələrdə, hətta Rusiyada belə sistem çoxdan özəlləşdirilib və özəl şirkətlər tərəfindən idarə olunur. İstilik sistemi xilasedici sahə deyil ki, orada dövlətin nəzarəti mütləq olsun. Azərbaycanda isə hökumət bu addımı atmaq istəmir və “Azəristiliktəchizat” kimi dövlət şirkətləri kifayət qədər qeyri-şəffaf çalışdığından nə göstərdiyi xidmətin keyiyyəti qanedici olur, nə də yığım yüksək olur. Yığım iqtisadiyyatı çox vaxt aşağı olduğuna görə də bu tipli problemlər yaşanır. Əslində bu problemin qarşısını ancaq özəlləşdirmə ilə almaq olar. Əgər özəl şirkətlər bu işlə məşğul olsalar, birbaşa vətəndaş və ya hüquqi şəxslərlə müqavilələri olsa, həm xidmətin keyfiyyəti , həm yığımın səviyyəsinin artması üçün şərait yaranar. “İndi dövlətindirsə, heç kimindir” prinsipi işə düşür və əvvəl-axır bu borcların ödəyicisi yenə dövlət olur. Çox güman ki, dövlət büdcəsindən dotasiya ayrılacaq və onun hesabına borc ödəniləcək. Uzun illərdir eyni praktika davam edir. “Azəristiliktəchizat”ın xidmət göstərdiyi xəstəxanalar, dövlət müəssisələri var. Təbii ki, onlara istilik verilməsi dayandırıla bilməz. Bir də hazırda aktual deyil, istilik istehsalı 15 apreldən 15 noyabra qədər dayandırılıb. Kəssələr də, kəsməsələr də effekti olmayacaq. Növbəti istilik mövsümünə qədər çox güman ki, bu problemin dövlət büdcəsi hesabına həlli mümkün olacaq. Borcluların əksəriyyəti dövlət idarələridir və onların istiliyini kəsmək çətin ki, mümkün olsun”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Bu gün, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Bu gün, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Bu gün, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Bu gün, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Bu gün, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Bu gün, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Bu gün, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Bu gün, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Bu gün, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Bu gün, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Bu gün, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru