Misir Mərdanovla Elşad Abdullayevdən İLGİNC FIRILDAQ: - Satışa çıxarılan ABU-nun Moskva filialı necə yaradılıb?
Tarix: 23-02-2021, 10:49 | Çap et
 Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev Universitetin Moskva filialını satmağa cəhd edib.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, hazırda Fransada yaşayan Elşad Abdullayev yaxın vaxtlarda ABU-nun Moskva filialını satmaq üçün uyğun müştəri də tapıb. Lakin bundan xəbər tutan azərbaycanlı iş adamları məsələ ilə bağlı rəsmi Bakı və Moskvaya müraciət etdikdən sonra onun bu niyyəti baş tutmayıb.
Qeyd olunur ki, fəaliyyəti dayandırılmış ABU-nun Moskva filialının yerləşdiyi ərazinin ümumi sahəsi bir hektardan çoxdur, tədris korpusunun sahəsi isə 15 sotdur. Bundan əlavə, ABU-nun Moskva filialının yaxınlığında yataqxana da mövcutdur.
Sözügedən filial 2007-ci ildən 2010-cu ilə qədər kaçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi Elşad Abdullayevin adına rəsmiləşdirilib.
Daxil olan məlumata əsasən, ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi istisnadır. O baxəımdan, Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib. Məsələdən belə aydın olur ki, Elşad Abdullayev bu işi sabiq təhsil naziri Misir Mərdanovla əlbir görüb.
ABU-nun Moskva filialı ilə bağlı qaranlıq məqamları araşdıran iş adamı Fuad Rzayev Yenicag.az-a geniş açıqlamasında bildirib ki, bu barədə Təhsil Nazirliyinə müraciət edəndə, oradan “keçmiş nazirin zamanında baş verib, bu məsələyə biz qarışa bilmərik” cavabını alıb.
Fuad Rzayevin sözlərinə görə, ABU-nun Moskva filialının satışa çıxarılacağını eşidəndə, Rusiyanın rəsmi orqanlarına məktub ünvanlayıblar. Cavabında isə xəbərdarlıq edilib ki, Azərbaycan dövləti ya gəlib filiala sahib çıxsın, ya da bina söküləcək.
Fransada yaşayan və haqqında “Interpol”un “qırmızı bülleten”ində axşatırışda olduğu deyilən Elşad Abdullayev özü bir neçə dəfə sosial şəbəkədə bildirib ki, Franada, “Interpol”un ofisinin yaxınlığında yaşayır və həmin qurumun nümayəndələri ilə görüşür də.
Əldə olunan məlumata görə, xaricdən Azərbaycan hökumətinin əleyhinə söyüş kampaniyasını körükləyən məhz Elşad Abdullayev olub. O, xaricdə yaşayan azərbaycanlı bloqerləri də bu kampaniyaya cəlb edərək, pul qarşılığında istədiyi şəxsləri söydürüb. Lakin bir müddətdən sonra ya istəyinin baş tutması, yaxud da kampaniyanın nəticəsizliyi səbəbindən bloqerlərin pulunu kəsib. Nəticədə həmin bloqerlər artıq Elşad Abdullayevin özünü hədəf götürüblər.
Xatırlatmaq yerinə düşər ki, 2007-ci ildə Elşad Abdullayev barəsində Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 137.3-cü maddəsi cinayət işi açılıb. Buna baxmayaraq, o, müəmmalı şəkildə ölkəni tərk edə bilib. 14 ildir, barəsində cinayət işi açılan şəxsin hələ də ölkəyə gətirilməməsi isə ciddi sual doğurur.
İş adamı Fuad Rzayev bildirib ki, Elşad Abdullayev mütləq Azərbaycana gətirilməlidir:
“Elşad Abdullayevin əməlləri göz önündədir. Hər kəs onun nələr etdiyini yaxşı bilir. Bu qədər cinayət törətmiş şəxs barəsində ciddi addım atılmayanda, o, bundan daha ürəklənərək, xaricdən Azərbaycan əleyhinə istədiyi kimi çıxışlar edir, müxtəlif bəyanatlar verir. Elşad Abdullayev dövlətin də, ABU-da təhsil alan tələbələrin də pulunu mənimsəyib. Özünə və övladlarına varidat yığıb”.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü il iyunun 25-də Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində Elşad Abdullayevin istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib.
Barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla yaxalanması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilən Elşad Abdullayevin yaşadığı yer bəlli olsa da, bu yöndə heç bir təsirli addım atılmır…
Görəsən, niyə?






|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Sürət Karqo`dan SÜRƏTLİ FIRILDAQ - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
• Müştərisi KONTAKT HOME-u Allaha tapşırdı - "Etdiyim hər ödənişin qəpiyinə qədər hallalığını vermirəm..."
Bu gün, 08:11 |
|
|
|
• Səyyad Aran DAĞDAN ENMƏYİB Kİ... - 285 manata binəva camaat necə dolansın?
Bu gün, 08:04 |
|
|
|
• İşçilərin iş rejimi və... - Ekspert danışır...
Bu gün, 07:59 |
|
|
|
• Ərdoğan dedi... deməsəydi, yaxşı olardı... - AMMA DEDİ AXI...
Bu gün, 07:56 |
|
|
|
• Bu şəxslər 600 manat müavinət ala bilər – Üç vacib məqam
Bu gün, 06:56 |
|
|
|
• Şahbuzda AİLƏ PODRATI: ETN də işin içindədir - BU NƏDİ BELƏ?
Bu gün, 06:49 |
|
|
|
• Mətbəximizdəki inflyasiya: Qiymətlər artır, payımız isə azalır... - NƏ ETMƏLİ?
Bu gün, 06:28 |
|
|
|
• Cəlilabad sakini haqsızlıqla ÜZ-ÜZƏ... - GİLEY
Bu gün, 06:22 |
|
|
|
• İllik maliyyə hesabatından gizlənən gömrük şirkətləri - Sistemli fırıldağın izləri
Bu gün, 06:11 |
|
|
|
• Bazarda nə baş verir: Təəccübləndirən qiymətlər - AKTUAL
Bu gün, 06:05 |
|
|
|
• "Yeni dünya düzənində Azərbaycanın mövqeyi daha da güclənməkdədir" - deputat
Bu gün, 05:58 |
|
|
|
• "Atamın səhhəti ilə bağlı yalan xəbər yaydılar"
Bu gün, 05:54 |
|
|
|
• Gəncə sakini Ukraynada itkin düşdü
Bu gün, 05:52 |
|
|
|
• “Çaldıranın bütün səbəbkarlarına LƏNƏT HEYKƏLİ qoyulmalıdır!..” - ÇAĞIRIŞ
Bu gün, 05:49 |
|
|
|
• "Hər birinizin fikri mənim üçün çox önəmli oldu"
Dünən, 20:01 |
|
|
|
• İşdən çıxarılan müavin direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 19:56 |
|
|
|
• Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - DİQQƏT
Dünən, 10:51 |
|
|
|
• Azərbaycana təkcə bu ölkə səs verib - BİABIRÇI NƏTİCƏ
Dünən, 10:34 |
|
|
|
• Yeni təhlükə: BUĞDA BÖHRANI... - ARAŞDIRMA
Dünən, 09:43 |
|
|
|
• Devalvasiyanın qarşısını belə almaq olar - İqtisadçı görün, nə təklif edir
Dünən, 09:39 |
|
|
|
• “Rabitə Tikinti” ASC-də yeni sədr və üzvlər seçiləcək
Dünən, 08:44 |
|
|
|
• Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb - AKTUAL
Dünən, 08:06 |
|
|
|
• Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
Dünən, 08:00 |
|
|
|
• Ermənistanda silaha olan həvəs... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:43 |
|
|
|
• "Narkomaniya bəladır və hədəf də bizim uşaqlar, yeniyetmələr, gənclərdir" - ÇAĞIRIŞ
Dünən, 07:40 |
|
|
|
• Alimlik adı almaqdan ötrü 22 min manatlıq macəra - TƏFƏRRÜAT
Dünən, 07:38 |
|
|
|
• "Cəmiyyətdə bir çox sahələrdə savadsızlıq həddindən artıq çoxdur" - partiya sədri
Dünən, 07:31 |
|
|
|
• Nazirlik BUNDAN İMTİNA ETMƏLİDİR - YOXSA...
Dünən, 07:28 |
|
|
|
• Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 07:24 |
|
|
|
• Əliyevin qatıldığı toplantıda İLK yaşandı – Moskvada alınmamışdı, lakin…
Dünən, 07:20 |
|
|
|
• “Avraam Razılaşmaları” Qafqaza gəlir: böyük siyahıda Azərbaycan da var - GƏLİŞMƏ
Dünən, 01:14 |
|
|
|
• Turizm Agentliyi nə etmək istəyir? - TƏFƏRRÜAT
Dünən, 01:09 |
|
|
|
• Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
Dünən, 01:06 |
|
|
|
• İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - AKTUAL
Dünən, 00:57 |
|
|
|
• Qənirə Paşayevanın büstü hazırlandı - FOTOLAR
Dünən, 00:48 |
|
|
|
• Nazirin dostu olan məmur ƏRKÖYÜNLÜK EDİR - Deyir ki, toxunulmazdır...
Dünən, 00:45 |
|
|
|
• Robert Köçəryanın atasının azərbaycanlı olması Ermənistanı qarışdırdı - Siyasi xaosun dibi
Dünən, 00:38 |
|
|
|
• “Rəhimə xanım bizə bir dəfə zəng vurub dedi ki...” - Hacı İsmayılov
Dünən, 00:27 |
|
|
|
• İlham Tahirovdan akademikin təklifinə sərt reaksiya - “Dilimizi korlayan "parazit sözlər"i...”
Dünən, 00:24 |
|
|
|
• Bakı və Brüssel arasında balans bərpa olundu -ŞƏRH
Dünən, 00:21 |
|
|
|
• ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
Dünən, 00:17 |
|
|
|
• Deputat, professor dolana bilmirsə, vətəndaş nə etsin? - HƏQİQƏTƏN DƏ...
Dünən, 00:10 |
|
|
|
• "Artıq Ermənistan tərəfi faktiki olaraq Azərbaycanın gücünü qəbullanıb..." - FAKT BUDUR!
Dünən, 00:06 |
|
|
|
• "Adam heç bilmir ki, necə baş verdi..." - VİDEO
Dünən, 00:02 |
|
|
|
• İsrail və Suriya nümayəndələri Bakıda görüşüb - CNN
17-05-2025, 23:58 |
|
|
|
• İmtahanda nə baş verib? - Şagirdlər ağlayaraq çıxdı
17-05-2025, 23:55 |
|
|
|
• Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi - FOTO
17-05-2025, 23:51 |
|
|
|
• Prezident İlham Əliyevin Zirvə görüşü: - Avropa liderləri Azərbaycanın yeni siyasi reallıqlarını qəbul edir
17-05-2025, 18:03 |
|
|
|
• Ermənilər daha bir mahnımızı oğurladı - Xalq artistindən reaksiya (VİDEO)
17-05-2025, 17:47 |
|
|
|
|