Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? .....                     "Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" .....                     Paşinyanın SÜLH FIRLATMASI .....                     “İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil .....                     Güney Qafqazda sülh: Nə qədər REALDIR? .....                     Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB .....                     Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? .....                     Vətən uğrunda savaşa qatılsa da... .....                     Səhiyyə adına BİABIRÇILIQ .....                     "Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" .....                     İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR .....                     Konstitusiyalı anarxiya .....                     Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? .....                     Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib .....                     İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? .....                     “Dedim, qoy məni elə öldü bilsinlər” .....                     Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... .....                     Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur .....                     İrəvanda məyusluq: arzular puça çıxır .....                     "Bakı-Pivə" səhmdarlarına .....                     Kollec məzunları üçün YOL BAĞLANIR .....                     “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi .....                     “İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” .....                     AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                 

Sabiq nazir Əhməd Əhmədov niyə həbs edildi? - İLGİNC İDDİALAR...
Tarix: 9-03-2021, 08:29 | Çap et
Sabiq nazir Əhməd Əhmədov niyə həbs edildi?
Artıq bir həftədir ki, Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədovun saxlanıldığı xəbəri yayılmışdı. Bu gün isə onun həbs olunduğu, barəsində 4 aylıq göz altında tutulmaq hökmü verildiyi xəbər verilir.

Ovqat.com-un etibarlı mənbəyə istinadən verdiyi məlumata görə,Naxçıvandan baş götürüb qaçmış sabiq nazir korrupsiya və rüşvətxorluqda ittiham olunur. Ona Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən ən ağır cəza veriləcəyi gözlənilir.

Əhməd Əhmədovun tutulma şəkli və kobudluqla Naxçıvana aparılması da bu ehtimalı qüvvətləndirir. İddialara görə, sabiq naziri həbs etmək üçün Muxtar Respublikadan xüsusi polis dəstəsi göndərilib. Onu Bakıxanovda yerləşən obyektlərindən birində həbs edib qolunu qandallayıblar. Bildirilir ki, qandallama hadisəsi xüsusi bir mesajdır və Əhməd Əhmədova ən ağır cəzanın veriləcəyinə dəlalət edir.

Sabiq naziri korrupsiyada və rüşvətxorluqda günahlandırsalar da, əslində onu adi bir səbəbə görə tutublar. Bildirilir ki, Əhməd müəllim yaxın çevrəsində Naxçıvan rəhbərliyinin ona “yenidən işə qayıtması üçün yalvardığını”, onun isə bu “yalvarışlara” müsbət cavab vermədiyini deyirmiş.

Sözsüz ki, bu sözlər sadəcə keyf havasına da deyilə bilər. Fəqət “yaxın çevrəsindəki” bəzi şəxslərin özlərini “xan” yanında şirin salmaq üçün “xəbərçiliyi” Əhməd Əhmədovun taleyini müəyyənləşdirib. Onu “nə danışdığını bilmədiyi” üçün dərhal göz altına alıb Naxçıvana gətirmək qərarı çıxarılıb. Qoluna işçilərin yanında qandal taxılması isə kimlərəsə “xan heç kimə yalvarmaz, sadəcə təklif edər, təklifi geri çevirənlərin sonu isə Əhməd Əhmədovunku kimi olar” mesajını vermək üçün imiş.

Deyilənlərə inansaq, Naxçıvan hakimiyyəti Muxtar Respublikanın Daxili İşlər naziri Fazil Ələkbərovla yollarını ayırmaq fikrinə düşüb. Bunun, sözsüz ki, fərdi səbəbləri var, lakin biz məişət söhbətlərini ictimailəşdirmək istəmədiyimizdən susqunluğa üstünlük veririk.

İddia edilir ki, Naxçıvan rəhbərliyi Fazil Ələkbərovu işdən çıxardıqdan sonra onun yerinə yeni namizəd axtarışına başlayıb. Bu baxımdan namizədlərdən biri kimi Əhməd Əhmədova müraciət edilə biləcəyi də istisna deyil. Mümkündür ki, həqiqətən də “xan” adından sabiq nazirə bu cür təklif gətirilsin. Fəqət Əhməd Əhmədovun bu təklifin “torba” və ya sadəcə pul mənimsəmə hiyləsi olduğunu düşünüb “xan elçisini” geri çevirməsi mümkündür. Zira Naxçıvanda bir yerə bir neçə məmurdan haqq alındığı, onlardan yalnız bir nəfərinin nəzir-niyazının zati-ali tərəfindən qəbul olunduğu, digərlərinin isə bəxtinin gətirmədiyi ənənəsi hələ də dəbdədir və Əhməd Əhmədovun bunu bilməməsi mümkün deyil.

İstisna edilmir ki, Əhməd Əhmədov bu hadisəni yaxın çevrəsinə “yalvarışları geri çevirmə” kimi təqdim edib və onun dikbaşlığı həbsilə sonuçlanıb.

Mənbəmiz Əhməd Əhmədovun həbsində “Cənab sədr”in uğursuz son Bakı səfərinin də ciddi rol oynadığına inanır. Belə ki, YAP-ın qurultayında onun maskasız hərəkətləri paytaxt tərəfdən xoş qarşılanmayıb. Bu da müxtəlif kanallarla “xan”a çatdırılıb və etimad limitinin sonuna yaxınlaşdığı mesajı verilib. Təsadüfi deyil ki, qurultayın davam etdiyi zaman iradları nəzərə alıb maska taxan Vasif Talıbov fotolarının mediada nümayişindən sonra qəzəblənib və toplantı binasını nümayişkaranə şəkildə Naxçıvan qaydası (maskasız) tərk edib. Bununla da paytaxta yenidən “xan hər yerdə xandır, arada maska taxsa belə” mesajı verib. Bu qəzəb və hiddət əhval ruhiyyəsilə Naxçıvana qayıdan Vasif müəllim xıncını əlinin altındakı “məzlum”lardan çıxıb.

Xüsusilə Əhməd Əhmədovun cəzalanmasının isə iki səbəbi var. Səbəblərdən biri “məzlum”ların içərisində ən gözə batanı və xan təklifini geri çevirəcək qədər cəsarətlisi - sabiq nazirin olmasıdır. Digəri isə sadəcə “xan”ın beynini qurcalayan tam təsdiqlənməmiş ehtimallardır: mümkündür ki, sabiq nazir “xan” həzrətlərinin sevmədiyi çevrələrin qəbuluna düşməyə çalışıb, elə buna görə də Naxçıvandan gələn “yağlı təklifi” geri çevirib.

Adının hallanmasını istəməyən bir ekspert isə Naxçıvanın “xan sarayı”ndan aldığımız məlumatların səhihliyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, Əhməd Əhmədovun cəzalandırılmasının xüsusi bir səbəbi yoxdur: “Yaxın tarixə nəzər salsaq görərik ki, Muxtar Respublikada sabiqlərin “bəxtinin gətirməməsi” adi haldır. İndiyədək Naxçıvanda vəzifədən qovulanların bəzilər artıq tutulub, digərlərini isə eyni tale gözləyir. Sabiqlərin arasında müəmmalı şəkildə həyatını itirən də var. Bəli, söhbət Sədərək gömrüyünün keçmiş rəisi Məhəmməd Seyidovdan gedir. 2018-ci ildə 15 gün mütəmadi olaraq istintaqa çağırılan və ciddi psixoloji təzyiqlərə məruz qalan Məhəmməd Seyidovun qısa müddətdən sonra odlu atəşlə həyatına son qoyduğu məlumatı yayıldı. Bir çoxları bu intihar hadisəsini müəmmalı hesab edirdilər”, - ismi məchul ekspert belə deyir.

Ekspert bizə indiyədək həbs olunmuşların və hazırda qurbanlıq quzu kimi öz növbəsini gözləyənlərin siyahısını təqdim etdi.

İndiyədək işdən azad edildikdən sonra barmaqlıqlar arxasına göndərilən MR rəsmilərinin siyahısı:

1. Keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov, həbsdə;

2. Keçmiş təhsil naziri Məmməd Qəribov, həbsdə;

3. Keçmiş daxili işlər naziri Əhməd Əhmədov, həbs olundu.

İşdən çıxarılan və hazırda istintaqa çağrılan MR rəsmilərinin (zamanını gözləyən “qurbanlıq quzular”ın) siyahısı:

1. Keçmiş maliyyə naziri Xalid İsgəndərov

2. İqtisadiyyat naziri Famil Seyidov

3. Keçmiş Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov

4. Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov

5. Vergilər naziri Əli Mahmudov (Bir qol saatının qurbanı olduğu bildirilir)

6. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev

7. Baş nazirinin birinci müavini Asəf Məmmədov.

Siyahıda digər şəxslərin də adı göstərilirdi. Ekspert sadəcə həmin şəxslərin istintaqa çağırılıb-çağırılmadığını hələ dəqiqləşdirə bilmədiyindən adları açıqlamağa lüzum görmədik.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Bu gün, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Bu gün, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Bu gün, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Bu gün, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Bu gün, 05:41
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Səhiyyə adına BİABIRÇILIQ
Bu gün, 05:17
"Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
Bu gün, 05:00
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR - GƏLİŞMƏ
Bu gün, 04:55
Konstitusiyalı anarxiya - FAKT BUDUR!
Bu gün, 04:48
Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? - ETİRAZ
Bu gün, 04:41
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib - “Fox News”
Bu gün, 04:36
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14
“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
Dünən, 18:26
“İmişli kimi sərhədyanı rayonlarda “KQB” vaxtilə birə on fəal işləyibdir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 18:16
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Dünən, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Dünən, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Dünən, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Dünən, 17:56
3 şirkət daha bazarı tərk etdi
Dünən, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Dünən, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Dünən, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Dünən, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Dünən, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Dünən, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Dünən, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Dünən, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Dünən, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Dünən, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Dünən, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Dünən, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Dünən, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Dünən, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Dünən, 16:53
Beh alıb, məclisə getmədi
Dünən, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Dünən, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Dünən, 13:58
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Dünən, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Dünən, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru