“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” .....                     Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə .....                     "O çörək sənə zəhər olsun" .....                     “Sülh müqaviləsi imzalanandan sonra .....                     Paşinyanın azərbaycanlılara dediyi sözlər .....                     “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik .....                     İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı .....                     Azərbaycanın beton şirkəti .....                     "Qaradağ" ASC səhmdarlarını yığıncağa .....                     “Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     “Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” .....                     Yenə AZNEFT... Yenə gəmi problemi... .....                     Ədalət partiyası .....                     Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi .....                     Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... .....                     Tirana sammiti: Bakının diplomatiyasının zəfəri .....                     Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub .....                     Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: .....                     Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi .....                     Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir .....                     Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? .....                     Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib .....                     Peşə Təhsilində səssiz, imtahansız təyinat? .....                     Separatçıların ofisi də bağlanacaqmı... .....                     BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi .....                     Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? .....                     "Belə qaniçən olmaq lazım deyil..." .....                     "İşçilər buna niyə nəzarət etmir?!" .....                     Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ .....                     Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? .....                     "Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" .....                     Paşinyanın SÜLH FIRLATMASI .....                     “İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil .....                     Güney Qafqazda sülh: Nə qədər REALDIR? .....                     Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB .....                     Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? .....                     Vətən uğrunda savaşa qatılsa da... .....                     Səhiyyə adına BİABIRÇILIQ .....                     "Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" .....                     İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR .....                 

Qida Təhlükəsizliyi İnstitutu bir heyvan kəsimi məntəqəsinin smetasını nə qədər şişirdib? - FAKTLAR, İTTİHAM...
Tarix: 19-03-2021, 11:55 | Çap et
Qida Təhlükəsizliyi İnstitutu bir heyvan kəsimi məntəqəsinin smetasını nə qədər şişirdib?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Prezident İlham Əliyevin Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən 2017-ci ilin 13 noyabrında yaradılıb. Elə yarandığı gündən quruma ölkədə qida məhsullarının təhlükəsizliyinə dair sanitariya normaları və qaydalarına, habelə gigiyena normativlərinə nəzarət, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılması, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsi və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi kimi geniş səlahiyyət veilib.

Bu səlahiyyətlər çərçivəsində Agentlik artıq respublikada kifayət qədər işlər görə bilib. Amma dövrü mətbuatda qurumun sədri Qoşqar Təhməzlinin biznes şəbəkəsi haqqında yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyinin gördüyü işləri kölgədə qoyub desək,bəlkə də yanılmarıq.İnsafən qeyd edək ki, Qoşqar Təhməzli Agentliyə sədr təyin olunana qədər artıq tanınmış bir biznesmen olub. Onun burada biznesinin inkişaf etdirilməsində Agentliyin nə qədər rolu olub deyə bilmərik. Amma satınalmalar yolu ilə ayrılan dövlət vəsaitlərinə baxdıqda çox şübhəli məsələlər görmək olar. Onlardan biri də Qida Təhlükəsizliyi Agentliyinə tabeli Qida Təhlükəsizliyi İnstitutunun keçirdiyi tenderdə özünü açıq şəkildə göstərir.

Aktualinfo.org Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilmiş bir tender ətrafında araşdırma aparıb. Tender heyvan kəsimi məntəqəsinin tikintisi ilə bağlıdır. Sözügedən qurumun əsasnaməsində isə göstərilir ki, İnstitut qida təhlükəsizliyi sahəsinin elmi əsaslarını işləyib hazırlamaq və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təqdim etmək, hüquqi və fiziki şəxslər üçün qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərmək, qida təhlükəsizliyi sahəsində elmi, texniki və praktiki məsləhət xidmətlərinin göstərilməsini həyata keçirmək, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqatların aparılması ilə bağlı xidmətlərin göstərilməsini təşkil etmək, yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işlərinin aparılmasına köməklik göstərmək kimi vəzifələr daxildir. Elmi-tədqiqat və digər bu kimi işlərin həyata keçirilməsinə cavabdeh olan İnstitutun tikinti işlərinə də səlahiyyətlərinin olub-olmaması barədə məlumatlar göründüyü kimi əsasnaməsində yoxdur.Bəs İnstitut heyvan kəsimi məntəqəsinin tikintisinə dövlət vəsaitini hansı əsaslarla ayırıb? İnstitutun keçirdiyi tenderə diqqət yetirdikdə nələri görmüş oluruq.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Ağdam rayonu Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi işlərinin satın alınması üzrə 16.03.2021-ci il tarixdə keçirilmiş olduğu açıq tenderdə 402 207.6 manat dəyərində satınalma müqaviləsi “ARAS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Burada kiçik bir heyvan kəsimi məntəqəsinin tikintisinə İnstitut tərəfindən ayrılan qeyd etdiyimiz dövlət vəsaitinin şişirdildiyini görməmək mümkün deyil. Məsələn, internet resursursları üzərindən apardığımız araşdırmalarda 2018-ci ildə Zərdab rayonunda ət kəsimi məntəqəsinin açılışı olub. Müasir tələblərə uyğun, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə tam cavab verən, sahəsi 108 kvadratmetr olan heyvan kəsimi otağından, 24 kvadratmetr olan laboratoriyadan, hər birinin sahəsi 14,4 kvadratmetr olan 6 ədəd ət satışı otaqlarından ibarət heyvan kəsimi məntəqəsinin smeta dəyəri 75 min manat olub.

Qeyd edək son dövrlər bu tip ət kəsimi məntəqələri respublikanın bütün rayonlarında yaradılır. Bu məntəqələrə sərf olunan vəsaitlər açıqlanmasa da sahəsindən və görünüşündən o qədər də böyük vəsaitin sərf olunmadığını təxmin etmək olar. Bəs tender elanında da qeyd edildiyi kimi Quzanlı qəsəbəsində kiçik ölçülü 1 ədəd heyvan kəsim məntəqəsinin tikintintisinə yarım milyon manat civarında dövlət vəsitinin ayrılması nə dərəcədə real görünür? Məsələnin digər maraqlı tərəfi isə İnstitutun müqavilə bağladığı MMC-dədir. Bu MMC-nin analoji işlərdə təcrübəsinin olub-olmaması o qədər də önəmli deyil. Çünki kiçik bir tikinti işini bu gün beş-on nəfərlik bir dəstə ilə hər kəs apara bilər. Əsas olan bu MMC nin kimə məxsus olmasıdır.MMC kimə məxsusdur,və yaxud arxasında kimlər ola bilər?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ARAS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.01.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, PARLAMENT PR., ev 4A, MƏHƏLLƏ 500, m. 35, qanuni təmsilçisi kimi isə Sultanov Azad Yusif oğlu qeyd olunub.

MMC-nin adı 14.04.2020-ci il və 03.06.2020-ci il tarixə olan məlumatlarda Koronavirus pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında yer alıb. Digər maraqlı məsələ isə ondan ibarətdir ki, MMC-nin qanuni təmsilçisi kimi göstərilən Sultanov Azad Yusif oğlunun adı “DOST iş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Neftçala rayonu üzrə oktyabr ayında əməkhaqqı alan ictimai işçilərin siyahısında da yer alıb.Bu bir oxşarlıqdır,təsadüfdür deyə bilmərik. Amma görsənən odur ki,Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müqavilə bağladığı MMC-nin fəaliyyətində şübhələr doğuran suallar çoxdur. Bəlkə elə İnstitutun Salyan rayonunda doğulmuş sədri Sadiq Məmmədovla yaxından,uzaqdan qohumluq telləri var. Bu da bəlli deyil.Bəlli olan odur ki, 10 manat nizamnamə kapitalı olan,qanuni təmsilçisinin “DOST iş Mərkəzi” MMC ilə ayda 250 manata əmək müqaviləsi bağladığı bir MMC ilə 402 207.6 manat dəyərində bağlanılan satınalma müqaviləsi ya ləğv edilməli, ya da hüquqi qiymət verilməlidir.
Aktualinfo.org











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Putinin tankları palçığa batmasaydı, 5 saata Kiyevdə olardılar” - Tramp
Bu gün, 11:13
Putin Trampla görüşənədək məsələni həll etməlidir: İki yoldan biri ilə - ŞƏRH
Bu gün, 11:03
"O çörək sənə zəhər olsun"
Bu gün, 10:58
“Sülh müqaviləsi imzalanandan sonra Rusiyanın 102-ci bazası Ermənistandan çıxarılacaq...”
Bu gün, 10:57
Paşinyanın azərbaycanlılara dediyi sözlər – Yeni olan yeganə şey…
Bu gün, 10:35
“Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik - Nizami Cəfərovdan ABSURD TƏKLİF
Bu gün, 10:27
İsrail Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adını açıqladı - “Times of İsrael”
Bu gün, 10:24
Azərbaycanın beton şirkəti - MƏNFƏƏT VƏ ZƏRƏRİNİ BÖLÜŞDÜRÜR
Bu gün, 10:20
"Qaradağ" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 10:18
“Montin Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Bu gün, 10:15
“Gorgiyev lenti” taxıb boy-boy şəkil çəkdirən ağsaqqalların yaddaşı da “gedib” - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Yenə AZNEFT... Yenə gəmi problemi... - İşçilər 2 gündür gözlədilir...
Bu gün, 10:03
Ədalət partiyası yeni sədr SEÇƏCƏK
Bu gün, 09:53
Füzuli sakinin əmlakına ziyan vuran şəxs 10 manat cərimələndi - MƏHKƏMƏ
Bu gün, 09:50
Azərbaycanın əsas sülh şərti dəyişməz qalır... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
Tirana sammiti: Bakının diplomatiyasının zəfəri - İNCƏLƏMƏ
Bu gün, 09:35
Bəstəkar Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub - ƏMR
Bu gün, 09:16
Rusiyadan postsovet xalqlarına qarşı daha bir amansız addım gəlir: - "Rus dili imtahanından keçə bilməyən miqrant uşaqları sürgün edilsin!.."
Bu gün, 09:13
Ərdoğan Azərbaycan və Türkiyə arasında imzalanan üç sənədi təsdiqlədi
Bu gün, 09:09
Azərbaycanda belə hadisə olmamışdı: ilk dəfədir – Şagirdlər…
Bu gün, 09:07
Demokrat prezidentin gəlişi ilə Ağ Ev hökumətinin əvvəlki siyasətə qayıdışı mümkündürmü? - Bakıdan gözlənti
Bu gün, 09:03
Ağ Ev “Moody's”in ABŞ-nin reytinqini aşağı salmasını şərh edib - "Politico"
Bu gün, 08:57
Peşə Təhsilində səssiz, imtahansız təyinat? – Direktor postuna “sürpriz” adam
Bu gün, 08:56
Separatçıların ofisi də bağlanacaqmı...
Bu gün, 08:46
BDU-nun Faydalı qazıntılar muzeyinin BP və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmirdən sonra açılış mərasimi - FOTO
Bu gün, 08:42
Memiş Bakıda, Qriqoryan Tehranda: Səhnə arxasında Zəngəzur? - NƏ BAŞ VERİR?
Bu gün, 08:36
"Belə qaniçən olmaq lazım deyil..." - NARAZILIQ!
Bu gün, 08:30
"İşçilər buna niyə nəzarət etmir?!" - ETİRAZ VAR...
Bu gün, 08:17
Rusiyanın işğalı rəsmiləşdirəcək ABSURD SÜLH ŞƏRTLƏRİ - SİYAHI
Bu gün, 08:07
Xaricdəki müxalifəti Fuad Muradov HİMAYƏ EDİR? - BU DA FAKT...
Bu gün, 06:48
"Real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?" - deputat
Bu gün, 06:40
Paşinyanın SÜLH FIRLATMASI - İNCƏLƏMƏ
Bu gün, 06:36
“İbrahim anlaşması”nın imzalanması məsələsi elə də çətin bir məsələ deyil - ÇÜNKİ...
Bu gün, 05:45
Güney Qafqazda sülh: Nə qədər REALDIR? - AKTUAL
Bu gün, 05:41
Nazir bu dövlət qurumuna YOXLAMA TÖKÜB - İDDİA
Bu gün, 05:32
Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
Vətən uğrunda savaşa qatılsa da... - GİLEY
Bu gün, 05:21
Səhiyyə adına BİABIRÇILIQ
Bu gün, 05:17
"Deyirlər ki, bizim sizin təşkilata ödəniş etmək kimi bir öhdəliyimiz yoxdur" - AXI NİYƏ?..
Bu gün, 05:00
İcra başçılarının 'JEK' BAZARI nəhayət ki BAĞLANIR - GƏLİŞMƏ
Bu gün, 04:55
Konstitusiyalı anarxiya - FAKT BUDUR!
Bu gün, 04:48
Bilmirəm ki, bu havadan, sudan, qidadan və ya zəmanədəndir? - ETİRAZ
Bu gün, 04:41
Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə icazə verib - “Fox News”
Bu gün, 04:36
İki devalvasiyanın dərsi: Kölgə bazarı necə böyüyür? - NƏ BAŞ VERİR?
Bu gün, 00:14
“Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan
Bu gün, 00:08
Yaxın Şərqdə sabitliyin ümidi: bir vaxtlar terrorçu idi, indi isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Paşinyan beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiyalarla məşğuldur - FAKT BUDUR!
Dünən, 19:02
İrəvanda məyusluq: arzular puça çıxır - GƏLİŞMƏ
Dünən, 19:00
"Bakı-Pivə" səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 18:58
Kollec məzunları üçün YOL BAĞLANIR - Bitirənlər müəllim işləyə BİLMƏYƏCƏK
Dünən, 18:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru