“Şəfiqə “Azərtac”-ın hökümət telefonunu ələ keçirdib, otağındakı şkafda gizlədir...” - İTTİHAM
Tarix: 9-02-2023, 12:00 | Çap et
 “Mən bilmirdim ki, Şəfiqə bu qədər xəstədir! Bu kinoçuların ittifaqıdır, Şəfiqənin yox! Şəfiqəni bizə Fatma Abdullazadə kimi insanlar gətirib sırıyıb, çıxıb getdilər. Əslində bu ittifaqın kökündə Eldar Quliyev faktoru var idi, amma onun xəbəri də olmadan Şəfiqəni gətirib ora dürtdülər. Bizim ittifaqın rəsmi nizamnaməsi var. Bu nizamnamə rəsmi sənəddir. Bu sənəd Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, Prezident aparatına təqdim olunur. Onlar da Maliyyə Nazirliyinə təqdim edib, büdcədən bu təşkilat üçün pul ayırırlar. Jurnalistlər bu qadından həmin nizamnaməni ala bilmirlər, deyir ki, nizamnaməmiz yoxdur”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. Xalq artisti bildirib ki, Şəfiqə Məmmədova ittifaqın nizamnaməsini hamıdan gizlədir. “Əgər nizamnamə yoxdursa, dövlət hansı əsasla sənə yer verib, büdcədən pul ayırıb, sənə möhür verə bilər?! Mən bütün jurnalistlərdən, müxbirlərdən xahiş edirəm ki, bu vəzifə xəstəsi olan, kəmsavad, əlifbanı axıra qədər bilməyən xanımdan nizamnaməni tələb etsinlər. O kinoya yad bir insandır. Bu yaşlı, qoca xanım çıxartsın nizamnaməni-rəsmi sənədi göstərsin. O nizamnamədə yazılıb ki, 5 ildən bir ittifaqda hesabatlar dinlənilməlidir, konfrans olmalıdır və sədr seçilməlidir. Bu qadın hələ də nizamnaməni ortaya qoya bilmir. Kinoya çəkilib, pulunu alıb çəkilmisən də. Sənin kinoya nə aidiyyatın var? Sən axı kino yaradıcısı deyilsən! Prezident büdcədən əlavə bütün ittifaqlara, həmçinin də kino ittifaqına yadım edir. Şəfiqə o yardımdan 5 manat da xəstə kino işçilərinə vermir. Elə bil ittifaq onun xüsusi sexidir. Çünki bu adam acdır, görməmişdir. Xalqın bütün təbəqələri bu dəqiqə Türkiyəyə kömək edir, yığdığı puldan 5-10 manat sən də xərclə də Şəfiqə! İmkanın yoxdur?! Niyə etməməlisən ki?! Bu insan mağar düşüncəsi ilə yaşayan qadındır” deyə xalq artisti bildirib. Xalq artisti bildirib ki, bu söz-söhbətdən sonra Şəfiqə Məmmədova ilə heç cür əlaqə yarada bilmir. “Hamıdan qaçır gizlənir, heç kəsə cavab vermir. O kimdir axı mənə batsın?! Mənə Allahdan başqa heç kim bata bilməz. Telefon götürmür, heç kimlə görüşmür. Mən onu bu dünyadan o dünyaya, o dünyadan bu dünyaya sürüyürəm. Bir cavab qaytarmır. Nə istəyir bu xanım bizdən?! Bilirsiniz ki, Kinematoqrafçılar İttifaqı “Azərtac”-ın keçmiş binasında, Nizami kinoteatrının yanında yerləşir. “Azərtac”-ın orada hökümət telefonu qalıbmış, hansısa yollarla o telefonu ələ keçirdib, otağında şkafa qoyub gizlədir. Qorxur ki, kino adamları gəlib həmin telefonla kiməsə dərdini, sərini deyər. Bu qadın xəstədir də, müalicə olunmalıdır. Mən respublikanın baş psixiatrına müraciət edirəm ki, onunla görüşüb, bizi bu Şəfiqə adlı bəladan, zəlzələdən, pandemiyadan, xəstəlikdən xilas etsin. Niyə əlaqədar orqanlar, dövlət strukturları indiyə qədər orada yoxlama aparmır?! Niyə qeyri-qanuni fəaliyyət göstərən bu idarə hələ də dövlət büdcəsindən maliyyələşir?! Hansı kinoya xidmət edir bu?!” deyə sənətkar bildirib. Sənətkar Türkiyədəki zəlzələdən də danışıb. “Bu böyük və dəhşətli bir faciədir. Allah elə bil ki, növbəti dəfə türk dünyasını silkələyib, ayağa qaldırır. Türk oğlu yatmamalıdır, daim at belində olmalıdır. Bunlar hamısı sınaqlardır. İnşallah Türkiyə bu dəfə də sınaqdan üzüağ çıxacaq. Türk belə şeylərdən nə sınan, nə qorxan, nə də çəkinən deyil” deyə o bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
|