Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                     Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” .....                     Qalmaqallı direktor işdən çıxarıldı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı .....                     Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir .....                     Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu .....                     Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir .....                     Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü .....                     Xalq artisti Fuad Poladovun doğum günüdür .....                 

Ağalar Vəliyev üçün insan həyatı nədir ki... - HƏQİQƏTƏN DƏ...
Tarix: 9-06-2023, 14:44 | Çap et
Ağalar Vəliyev üçün insan həyatı nədir ki...
Milli Məclisin üzvü və ölkənin tikinti sektorunda böyük paya sahib olan Ağalar Vəliyevə məxsus “Kristal Abşeron” şirkətinin yaşayış komplekslərində yanğından mühafizə qaydaları kobud şəkildə pozulur...

Poliqon xəbər verir ki, “Kristal Abşeron” MTK-nın tikdiyi binaların bəzi sakinləri yaşadıqları binalarda yanğın və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə bağlı redaksiyamıza müraciət ediblər.

Sakinləri narahat edən məsələlər isə birbaşa onların təhlükəsizliyi ilə bağlıdır. Sakinlər bildirirlər ki, hər şeydən əvvəl olası fövqəladə hal üçün “Kristal Abşeron” MTK-nın yaşayış komplekslərinin əksəriyyətində normalara uyğun yanğın çıxışı yoxdur. Xüsusilə binaların heç birində xarici (çöl) nərdivanlarının olmaması yanğın zamanı böyük təhlükəyə yol açır. Liftin yaxınlığındakı pilləkanlar yanğın nərdivanı adı ilə rəsmiləşdirilib.

Qeyd edək ki, beynlxalq standartlara, o cümlədən Azərbaycanda mövcud tikinti qaydalarına görə, yanğın nərdivanlarıın olması məcburidir və bu nərdivanların hər tərəfi açıq olmalıdır. Çünki yanğın hadisəsi baş verərsə, o nərdivanlardan düşən sakin tüstüdən elə o pilləkənlərdə boğulub ölə bilər. Yəni daxili pilləkənləri yanğın pilləkənləri kimi sənədləşdirmək çox ciddi qanun pozuntusudur. Təbii olaraq bu məsələdə binaları istismara qəbul edən dövlət qurumlarının da böyük “günah payı” var və belə binaları istismara qəbul edən dövlət qurumları faktiki olaraq tikdikləri binalarda təhlükəsizk qaydalarını nəzərə almayan şirkətlərlə eyni məsuliyyəti daşıyırlar. Qeyd edək ki, bur neçə il əvvəl Yasamalda insan təlafatı ilə nəticələnən bina yanğını zamanı insanların çoxusu məhz xarici yanğın çıxışı nərdivanlarının olmaması nəticəsində tüstüdan boğularaq dünyalarını tələf olmuşdular. O zaman da bu məsələ qaldırılsa da tikinti şirkətləri hələ də bu məcburu qaydaya əməl etmək istəmirlər. Çünki əlaqədar dövlət qurumları onların qarşısında bu məsələni açıq şəkildə qoymur.

Ümumiyyətlə bu probem kütləvi xarakter daşımaqdaır və Bakıda tikilən çox az binada xarici yanğın çıxışı nərdivanlarına rast gəlmək olar.

Xarici yanğın çıxışı nərdivanlarının tikilən binaların layihələrində nəzərdə titilub-tutulmaması da maraq doğuran məsələlərdən biridir. Əgər nəzərdə tutulmursa, onda bu layihələr necə təsdiqlənir? Yox əgər nəzərdə tutulursa, onda istismara necə necə qəbul edilir?

Araşdırdığımız şikayət əsasında bu və bir çox başqa məsələlərlə bağlı ortada olan bir çox sualalrla Kristal Abşeron” MTK-nın rəhbərliyinə sorğu yollasaq da, aradan keçən 4 gün ərzində sorğumuza cavab ala bilməişik. Hesab edirik ki, şirkətin verəcək cavabı yoxdur. Lakin bu məsələyə həmçinin əlaqədar dövlət qurumları, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi də açıqlıq gətirməlidir. Çünki onların öz vəzifələrini yerinə yetirməmələri bədbəxt hadislər baş verdiyi zaman bir çox insanların ölümünə səbəb olur.

Bundan başqa, “Kristal Abşeron” MTK-nın yaşayış komplekslərində apardığımız müşahidələr zamanı başqa bir ciddi pozuntu ilə də rastlaşdıq. Yaşayış komplekslərində inşa edilən su hovuzları mümkün hadisə zamanı yanğınsöndürən maşınlarının həmin hovuzlardan istifadəsi mümkünsüz görünür. Çünki su hovuzlarının ətrafı şəxsi avtomobillər nizamsız şəkildə park edilir və bu da təhlükəsizlik qaydalarını kobud şəkildə pozur. Bu da mümkün yanğın hadisəsi zamanı yanğınsöndürən maşınlarının həmin hovuzlardan istifadəsini imkansız edən və yanğına vaxtında müdaxiləni kifayət qədər çətinləşdirən ciddi pozuntulardan biridir.

Həmçinin “Kristal Abşeron” MTK-nın yaşayış komplekslərində apardığımız müşahidələr zamanı əksəriyyətində hidrantlar və digər yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi aşkarlanıb.

Binalarda təhlükəsizliklə bağlı başqa bir çatışmamazlıq isə yaşayış binalarında sakinlərin görə biləcəkləri yerdə təxliyə planının asılmamasıdır. Təhlükəsizlik qaydalarına görə təxliyə planı hər bir mərtəbədə sakinlərin rahat görə biləcəkləri yerdə olmalıdır ki, yanğın baş verdikdə sakinlər necə hərəkət etməli olduqlarını bilsinlər.

Digər bir pozuntu isə olduğumuz binalarda qapalı yanğın çıxışı qapılarının da bağlı olması idi. Bu qapıların plastik materiallardan olması isə ümumiyyətlə heç bir məntiqə sığmır.

Yaşayış binalarında mövcud təhlükəsizlik problemləri ilə bağlı Poliqon-un əməkdaşı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin fikirlərini öyrənib.

Ekspert bildirib ki, ümumiyyətlə, bütün idarələr, müəssisələr, ticarət mərkəzləri, tikinti obyektləri, yaşayış binaları, ictimai iaşə müəssisələri tikilərkən yanğın təhlükəsizliyi olan standartlarına uyğun layihələndirilir. Bu layihə əsasında da, tikinti həyata keçirilməlidir.

“Bütün müəssisələrdə yanğın təhlükəsizliyi sistemi ilə bağlı qəbul olunan standartlar var. Bu standartlar da mütləq ciddi riayət edilməlidir.

Əlbəttə ki, yaşayış binalarında, insanların daha çox cəmləşdiyi məkanlarda yanğınla bağlı standartların pozulması hər hansısa yanğın təhlükəsi anında orada olan xeyli sayda insanların daha çox zərər görməsinə, həyatı təhlükəyə, hətta ölüm hadisələrinə gətirib çıxara bilir. Buna görə də bütün çoxmərtəbəli yaşayış binalarında, binanın həyətyanı sahəsində yanğın zamanı maşınların oraya girə bilməsi üçün mütləq yol çıxışları olmalıdır. Bu yol çıxışlarının üzəri də hər hansı bir mane ilə örtülməli deyil. Bəzən görürsən ki, həmin yol şlaqbanla örtülüb, yaxud da kimsə orada özünə yer ayırıb. Bunlar da yolverilməzdir.

Binaların yanğın çıxışları mütləq olmalıdır. Yanğın çıxışlarının qarşısı hər hansısa bir mane ilə örtülməli deyil. Eyni zamanda pilləkən qəfəsləri də örtülü saxlamaq olmaz. O qəfəsləri daim nəzarətdə saxlamaq lazımdır. Mütləq pilləkən qəfəsinin qapısı olmalıdır və bu qapı keramik qapı olmalıdır. Amma çox təəssüf ki, bəzən qapı ümumiyyətlə, olmur. Qapı varsa da, plastmas qapı olur, onun da qapısı qırıq olur. Qəfəs qapılar əgər düzgün quraşdırıləbsa, həmin binanın yanğın olan mərtəbəsindən başqa mərtəbəsi zərər görmür.

Hətta, binaların ehtiyyat giriş qapısı da bəzən olmur, ya da olursa çox vaxt bağlı olur. Qapının açarının da kimdə olması bilinmir. Hər hansısa hadisə zamanı açar axtarmağa başlayırlar. Əlbəttə ki, bu da vaxt itkisi deməkdir. İnsanlar anında təxliyə oluna bilmədikləri üçün xəsarət ala bilirlər və həyatlarını itirirlər. Binalarda ilkin yanğınsöndürən vasitələri, binanın kvadratına görə su hovuzu, su hidratları, su hidratlarını göstərən lövhə olmalıdır. Su hidratları daim işlək vəziyyətdə olmalıdır”.

Ekspert qeyd edib ki, bütün bu məsələlər kompleks şəkildə görülməli olan tədbirlərdir layihədə nəzərdə tutlmalıdır. Eyni zamanda bina yönəticiləri də yanğın təhlükəsizliyinə ciddi riayət etməlidirlər.

“Əgər yanğın təhlükəsinin qarşısını almaq standartlara uyğun olarsa, hadisə zamanı da anında müdaxilə edilə bilər. Amma elə olur ki, binada yanğın olanda məlum olur ki, hovuzda su yoxdur. Hovuzun suyu bağa axıdılır, yaxud da hovuzdan su sadəcə buxarlanır və hovuz suyla vavtaşırı təmin olunmur. Yaxud da hovuzun nasosxanası işləmir. Yanğınsöndürən maşınlar da binanın ehtiyyat su hovuzundan suyu götürməlidirlər. Amma gəlib görürlər ki, hovuzda su yoxdur.

Binaların həyətlərində təhlükəsiz toplanış yerləri olmalıdır. Elə bina var belə yeri var, amma binada yaşayan sakinlərdən heç kəs onun nə olduğunu bilmir. Bu yerə xüsusi nişan qoyulmalıdır və elə nişan da var. Qonşular da bilməlidir ki, həmin nişan nə üçündür. Heç olmasa ildə bir dəfə binada yaşayan sakinlərə bununla bağlı təlimlər keçirilməlidir. İnsanlar yanğın zamanı necə davranmalı olduqlarını praktikada keçəndən sonra, hadisə zamanı doğru, düzgün davranış sərgiləməklə minimal zərərlərlə çıxmaq olar.

Binaların hamısı yanğın təhlükəsizliyinə cavabdeh olan qurumların üzərinə düşür. Onlar bina yönəticilərini davamlı olaraq yanğın qaydalarına riayət etməyə sövq etməlidirlər.

Sakinlərin də üzərinə düşən bir məsuliyyət var. Məsələn çoxmənzilli bina sakinlərinə deyilsə ki, yanğınla bağlı təlim olacaq, orada iştirak edin, sakinlərin çoxu təlimdə iştirak etməyəcək. 150 ailə yaşayan binadan heç 5 nəfər təlimlərdə iştirak edər, ya etməz.

Buna görə də bu işə həm insanlar, həm də müvafiq qurumlar məsuliyyətlə yanaşmalıdırlar. Həmçinin inşaat zamanı sahibkarlar da bu qaydalara riayət etməlidirlər. Yəni, bu məsələdə hər kəsin məsuliyyət öhdəliyi var ki, bunlar bir yerdə görülmüş olarsa, əlbəttə, keyfiyyətli nəticə də görmək olar”.
//pia.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Dünən, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Dünən, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Dünən, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Dünən, 15:04
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Dünən, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Dünən, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Dünən, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Dünən, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Dünən, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru