Ruhulla Axundovun nəvəsinin qanını KİM BATIRIB? - Məhkəmə hakimi İTTİHAM OLUNUR
Tarix: 21-08-2023, 11:09 | Çap et
 04 dekabr 2020-ci il tarixdə saat 20:50 radələrində Ömərov Vaqif Zakir oğlu sürücülük vəsiqəsi olmadan etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı avtomobillə Bakı şəhəri Nizami rayonu, H..Əliyev prospekti 119 ünvanda yolu keçən piyada Axundov Ruhulla Rufiq oğlunu vurub. Qarşı tərəfdən gələn Quliyev Səftər Əziz oğlu isə idarə etdiyi “Porsche Cayenne” markalı avtomobili ilə yolda yıxılaraq arxası üstündə qalan piyada Ruhulla Axundovun üzərindən keçib. Səftərin maşını həmçinin “Khazar LX” markalı başqa avtomobili də vurub sürücüsünə yüngül xəsarət yetirib. Bundan başqa, zəncirvari qəza nəticəsində yolda olan “Rexton”, “Volksvagen Polo” və “Azsamand” markalı maşınlar da əzilmişlər. Amma nədənsə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrlik etdiyi 15 noyabr 2022-ci il tarixli məhkəmə elə qərara gəlmişdir ki, piyadanın ölümünə ona sağ kənar güzgüsü ilə toxunan və yalnız yerə yıxılmasına səbəb olan birinci maşın səbəb olub, yıxıldığı yerdə üstündən keçən ikinci maşın deyil. Bununla da toqquşan avtomobillər arasında ən bahalısı olan “Porsche”nin (digərləri firma maşınlarıdır) sürücüsü Quliyev Səftər Əziz oğlunun “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar 5 noyabr 2021-ci il tarixdə elan edilmiş Amnistiyaya düşməsi təmin edilib. Maraqlıdır ki, toqquşan maşınların sahiblərinə də, zərərçəkmiş qismində tanınan ölmüş piyadanın bacısına da dəyən ziyanlar pul ifadəsi ilə təqsirkarlar tərəfindən ödənilmiş, bir-birlərinə qarşı şikayət və tələbləri olmamışdır. Bundan başqa, Ömərov Vaqif Zakir oğlunun hərəkətlərində isə cəzasını yüngülləşdirici hallar “tapılmış”, guya Ömərov Rusiyada aldığı sürücülük vəsiqəsini Azərbaycanda dəyişmək lazım olduğunu bilməmişdir. Həmçinin, ”müəyyən olunmuşdur ki”, Ruhulla Axundov həmin yerdə yeraltı piyada keçidi olsa da, yolu piyada keçidi olmayan yerdən keçmişdir. Bütün bunlar azmış kimi, məhkəmə-kimya tədqiqatı Ruhulla Axundovun qanında güclü dərəcəli alkoqol sərxoşluğuna uyğun gələn etil spirit “aşkar” edib.

Son nəticədə məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 263.1.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Ömərov Vaqif Zakir oğluna iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Halbuki, həmin maddənin sanksiyasında cəza növünün son həddi səkkiz ildir. Amma yox, törətdiyi əməldən səmimi peşman olan Vaqif Ömərov hadisədən sonra polislərə qoşularaq meyiti morqa da aparmışdır və bu xüsusat hakim Siyavuş Hacıyevin hökmündə yüngülləşdirici hallardan biri kimi vurğulanmışdır. Ən nəhayət, mərhum Ruhulla Axundovun hüquqi varisi kimi onun bacısı tanınmışdır ki, o da qardaşının ölümünün səbəbkarları ilə barışmış, onların ziyan əvəzi olaraq ödədikləri kompensasiya ilə qane olmuşdur. Halbuki, Ruhulla Axundovla vətəndaş nikahı ilə yaşayan həyat yoldaşının hüquqi varisliyə iddiası rəsmi dövlət nikahı olmaması səbəbindən hakim tərəfindən qəbul edilməmişdir. Xatırladaq ki, yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən və demək olar ki, qanı batırılan şəxs XX əsrdə yaşamış görkəmli alim, siyasi və dövlət xadimi Ruhulla Axundovun nəvəsidir. Tarixi bilənlərə məlumdur ki, Ruhulla Axundov 1925-1926-cı illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi olmuş, Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlamış, latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olmuşdur. Ruhulla Axundov və həyat yoldaşı Stalin repressiyasına məruz qalaraq güllələnmiş, bir oğlu Fərid II dünya savaşında döyüşərək həlak olmuşdur. Bir sözlə, bu soyadı daşıyanlara sadə ölüm yaraşmırdı, amma bu, Ruhulla Rufiq oğlunun başına gəldi. O da məlumdur ki, ötən əsrin 30-cu illərindəki repressiya dövründə “xalq düşmənlərini” Stalin özü güllələmirdi, bunu hər millətin “sapı özündən olan baltalarının” əli ilə həyata keçirirdi. Kim bilir, indi Ruhulla Rufiq oğlu Axundovun qanını batıranların zatını-kökünü axtarsaq, bəlkə də məlum olar ki, Ruhulla Əli oğlu Axundovun ayağının altını qazıb güllələtdirən mərdimazarlar bəlkə də külli miqdarda rüşvət alıb bu qərarı verənlərin babalarıdır. Ümidvarıq ki, əlaqədar orqanlar lazımi ölçü götürərək tezliklə Siyavuş Hacıyev kimi hakimləri cəzalandıracaqdır. Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26 |
|
|
|
| • “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17 |
|
|
|
| • İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16 |
|
|
|
| • Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06 |
|
|
|
| • Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00 |
|
|
|
| • Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54 |
|
|
|
| • Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44 |
|
|
|
| • Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41 |
|
|
|
| • Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33 |
|
|
|
| • Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29 |
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
|