Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb .....                     Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ .....                     Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub .....                     Unibankın İdarə Heyəti sədri dəyişdirilib .....                     Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... .....                     "8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... .....                     DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat olub .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır .....                     “Azəriqaz” yenə də itkiyə yol verir... .....                     “Azercell” digər mobil operatorlara problem yaradır .....                     Bakıya qarşı “cəbhədə” gərginlik .....                     Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru .....                     Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır .....                     Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib .....                     Rusiya Cənubi Qafqazda nüfuzunu itirir .....                     Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? .....                     Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər .....                     "Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" .....                     “İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb .....                     Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi .....                     Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək .....                     Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... .....                     Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir .....                     Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü .....                     Trampdan gözlənilməz QƏRAR .....                     Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi .....                     Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı .....                     Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var .....                     “Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Bu il sülh sazişi imzalana bilər .....                     Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... .....                     "BakıKart" sərnişinləri yolda qoyur .....                     Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib .....                     Xankəndidə Pezeşkianla görüş açıq mesajdır .....                     Toy biznesindən qazanılan MİLYONLAR .....                     Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm .....                 

"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" - İTTİHAM VAR...
Tarix: 30-09-2024, 11:19 | Çap et
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir"
Bəzilər ölkənin zəngin və dinamik siyasi həyatını öz “kirli” niyyətlərini həyata keçirmək üçün fürsət hesab edirlər. AXCP sədri Əli Kərimlinin xarici mətbuatda məqaləsinin çıxdığını eşidəndə, açığı təəccüblənmiş və həm də sevinmişdim. Sevinmişdim ona görə ki, nəhayət və bəlkə 30 ildən sonra bu insanın hansısa sahənin gələcək inkişafı ilə bağlı konseptual fikri ilə tanış ola bilərəm. Ancaq bu sevinc hissləri çox çəkmədi. Elə məqalənin ilk cümlələrindən başlayaraq qərəz dolu demaqogiyanın “ətri” naşatır spirtinin qoxusu kimi elə vurdu ki, bəhs etdiyim intizar və hisslərdən əsər-əlamət qalmadı.

Az qala bir qərinəyə “sığacaq” siyasi karyerasını yalnız demaqogiya üzərində qurmuş bu populist peşəkar siyasətçi və ya hansısa sahənin mütəxəssisi kimi hələ də ortalığa fərqli və ciddi iş qoya bilməyib. Bu illər ərzində yalnız emosional demaqogiya və qalmaqal hesabına siyasətdə qalmağı bacarmış Kərimlinin ritorikası ancaq və ancaq manipulyasiya xarakterli olubdur. Əgər bu şəxsin ixtisası demaqoqluqdursa, əminliklə deyə bilərik ki, o, öz peşəsinə sadiqdir. Görünən odur ki, demaqogiyanın “parlaq” dövrü hesab olunan ötən əsrin 80-ci illərindən “saralmış” mətnlə özünü “böyük” siyasətə atmağı bacarmış Kərimli hələ də oynadığı ənənəvi rolundan əl çəkə bilmir.

İlk baxışda siyasi dəcəllik və ya şıltaqlıq kimi görünən demaqogiya daha sonra cəmiyyət üçün arzuolunmaz hesab olunan fəsadlar verə bilər. Məhz elə ona görə də milli maraqların qorunması kontekstində bu cür siyasi cığallıqlara göz yummaq və onları görməzdən gəlmək yolverilməzdir. Qərəzli siyasi demaqogiyanın zamanında susdurulmaması daha sonra arzuolunmaz ciddi fəsadlara gətirib çıxara bilər. Necə ki, xırda xuliqanlıqların cəzalandırılmaması daha sonra cəmiyyət üçün təhlükəli tendensiyaların yaranmasına səbəb ola bilər.

Müxalifət lideri iddiasında olan hər bir şəxs anlamalıdır ki, siyasi fəaliyyət müxtəlif sahələrin inkişafı ilə bağlı olan fərqli yanaşmaların, alternativ ciddi baxışların cəmiyyətə təqdim olunması əsasında qurulur. Yalnız bu halda insanlar həmin adamın həqiqi siyasi simasını və peşəkarlığını görə bilər. Görəsən, 30 il öncə yazılmış eyni fonoqram altında çıxış edən bu siyasətçi cəmiyyətə heç bir faydası olmayan ritorikasını təkrarlamaqdan yorulmadımı? Mövcud haldan utanacağını isə heç ehtimal belə etmirik. Heçmi öz üzərində çalışmaq istəmir bu insan? Axı, hətta kəndlərdə mağar toylarının müğənniləri belə ara-sıra öz repertuarlarını dəyişdirirlər...

Nə isə, qayıdaq Kərimlinin sonuncu dəcəlliyinə. 30 illik siyasi fəaliyyətdən sonra bu insanın məqaləsi xarici jurnalların birində (“The Economist”) dərc olunub. Sizə də təəccüblü gəldi, elədirmi? Ancaq hələlik hər hansı qənaətə gəlməyə əsla tələsməyin.

Sözügedən məqaləni “böyük” hadisəyə çevirmək istəyənlər əslində yenə də sadəcə olaraq radikal təfəkkürün düşüncə tərzinin arxasınca getmiş olurlar. Bəli, məhz arxasınca, çünki radikal təfəkkür bilavasitə “ağılsız” və “şüursuz” fanatizminin təzahürdür. Əslində məqalənin ilk cümləsindən yazının əsl və yeganə təyinatı bəlli olur. Təkcə elə bu fakt məqalənin dərc olunmasına şərait yaratmış Qərb nəşrinin də həqiqi niyyətlərini ifşa edir. Heç bir ciddi analitik fikir, hansısa elmi yenilik, dərin məzmun və ya müəllifin müasir qlobal tendensiyalara baxışlarını əks etdirməyən bu yazı xalis təxribat xarakterli məzmunsuz demaqogiyadır. İlk növbədə prinsipial olaraq onu vurğulamalıyıq ki, özünə hörmət edən sanballı nəşr və ya redaksiya bu cür “sarı mətbuatçılığı” özünə yaraşdırmaz.

Yazını oxuduqca, sözügedən “dəcəlliyin” niyyəti və təyinatı daha da aydınlaşır. Mahiyyət etibarilə məqalədən daha çox öz rəhbərliyinə edilmiş donosa bənzəyən Ə.Kərimlinin sözügedən yazısının həqiqi təyinatını və müəllifinin siyasi xislətini ifşa edən bir neçə cümləyə diqqət yetirək. Məsələn, “bəs, birdən-birə bu qlobal tədbirə ev sahibliyi etmək istəyi niyə ortaya çıxdı?” - sualı ucuz demaqogiyanın xalis nümunəsi sayıla bilər. Qərəz dolu bu sözlər o qədər səviyyəsiz yanaşma ilə təqdim olunur ki, onların şərh edilməsi ayaq üstə zorla dayanan sərxoş insanla mübahisə etmək kimidir.

Müstəqilliyimizin ilk illərində o cümlədən AXCP-nin səriştəsiz və yarıtmaz idarəçiliyi səbəbindən, yumşaq desək, itirdiyimiz mövqeləri bərpa etmək və ölkəni dayanıqlı inkişaf yoluna qoymaq məhz bugünkü iqtidarın misilsiz səylərinin nəticəsidir. Bu həm də gələcəyə hesablanmış siyasətin nəticəsidir ki, bütövlükdə Azərbaycan və xüsusilə Bakı artıq nüfuzlu beynəlxalq, hətta qlobal tədbirlərin mütəmadi keçirildiyi, dünyanın təhlükəsiz ünvanlarından biridir. Bütün dünyanı narahat edən müasir çağırışların elmi və siyasi müstəvilərdə müzakirəsinə həsr olunmuş qlobal tədbirlərin Bakıda keçirilməsinin nəticəsidir ki, ölkəmizin beynəlxalq səviyyədə nüfuzu durmadan artmaqdadır. Azərbaycanın müxtəlif səpkili təşəbbüsləri ölkələrin, xalqların və millətlərin, nüfuzlu şəxsiyyətlərin, müxtəlif maraqlı dairələrin daim diqqət mərkəzindədir. Regionun və Avropanın enerji təhlükəsizliyini təmin edən layihələr, dünyada münaqişələrin sayının durmadan artması fonunda Azərbaycanın israrla sülhpərvər multikulturalizm kimi dəyərlərin təbliğinə həsr olunmuş qlobal təşəbbüsləri, dünyada barış və sağlam həyat tərzini tərənnüm edən ölkəmizdə təşkil olunan beynəlxalq idman yarışları və yüzlərlə, bəlkə də minlərlə digər təşəbbüslərin nəticəsidir ki, bu gün beynəlxalq ictimaiyyət COP 29 kimi qlobal tədbirin keçirilməsini məhz bizim ölkəmizə etibar edib.

Bütün bu mürəkkəb prosesləri, böyük məsuliyyət, əmək və əziyyətlər hesabına əldə olunmuş nəticələri, habelə ciddi maliyyə yatırımlarını və riskləri görməzdən gələrək “birdən-birə bu qlobal tədbirə ev sahibliyi etmək istəyi” kimi ifadənin dilə gətirilməsi təkcə qərəz, yalan və “kirli” siyasi rəqabətin təzahürü deyil, bəlalı siyasətçinin bu sözləri həm də böyük insafsızlıq, vicdansızlıqdır. Aydındır ki, bu cür yanaşma radikal təfəkkürün məhsulu olaraq həm də xain xislətin təzahürüdür.

Əslində, qeyd olunanları radikalların bayraqtutanı şəxsən özü sözügedən məqaləsində dolayısilə təsdiqləyir: “Cənab Əliyev üçün COP 29-a ev sahibliyi etmək beynəlxalq aləmdən qazanılan nüfuzu öz xeyrinə istifadə etmək üçün ideal fürsətdir, son illərdə neft pulları hesabına təmir-tikinti bumu yaşayan Bakını dünyaya müasir şəhər, Azərbaycanı sürətlə inkişaf edən ölkə kimi təqdim etmək şansıdır.” Görünən odur ki, 30 il ərzində yalnız böhtan, manipulyasiya və təxribatlarla məşğul olan, habelə fani dividentlər naminə milli maraqları sataraq “marionet kukla” rolunu oynayan bu bəlalı demaqoq unudub ki, ölkənin beynəlxalq nüfuzunun artırılması və infrastrukturunun inkişaf etdirilməsi dövlət siyasətinin əsas və prinsipial istiqamətləridir. Bu siyasətşivənə onu da xatırladaq ki, qlobal tədbirlərin ölkəmizdə keçirilməsi eyni zamanda dünyaya inteqrasiya olunmaq deməkdir. Əlbəttə ki, hətta ölkənin daxilində siyasi dialoqdan hər vəchlə qaçan və həmrəyliyi israrla inkar edən radikal təfəkkür sahibi inteqrasiyanın əhəmiyyətini anlaya bilməz.

Populist müəllifin sözügedən məqaləsində öz əksini tapmış digər sözlər də yazının Qərbin açıq sifarişi olduğunu ortaya qoyur: “Qərb Azərbaycan və Ermənistan arasında sülhü təmin etməkdə maraqlıdır.” Axı, bu cür sözləri necə dilə gətirmək olar? Başına Qərbin “yaylığını” atmış beynəlxalq təşkilatlar sülhü istəmiş olsalardı, məgər onların qətnamələri 30 il ərzində icra olunmadan kağız üzərində qala bilərdimi? Məgər, Qərb sülhün səmimi tərəfdarı olsaydı, bu gün Ermənistanın silahlandırılması prosesi davam edərdimi? Cavabları bəlli olan bu cür sualları sonsuza qədər artıra bilərik. Məhz elə bütün bunlara görə Kərimlinin bu cür mövqeyinin sifarişli olduğunu çəkinmədən deyə bilərik.

Bu tükənmiş demaqoqun növbəti sözləri isə öz xidmətlərini Qərbə daha böyük paraya satmaq cəhdi kimi dəyərləndirilməlidir: “... cənab Əliyev son vaxtlar Kremllə daha yaxın əlaqələr qurmağa üstünlük verib...” Əslində, bu sözlərlə adını çəkdiyimiz zavallı şöhrətpərəst Qərbə mesaj verir ki, mən bütün növ əməkdaşlığa açığam. Yetər ki, məni dəstəkləyin və Azərbaycan sizin olsun. Sərgilənən bu cür mövqe başqa mənalarda anlaşıla bilməz.

Bu “siyasətcığazın” siyasi cılızlığı və dəcəlliyi bununla da bitmir. Qərbə edilən yalvarışlar kontekstində onun digər sözlərinə diqqət yetirin: “Təşkilatlanmış müxalifətin olmaması isə Azərbaycanda siyasi qeyri-sabitlik riskini artırır.” Açıq şəkildə Qərb ilə siyasi alverlə məşğul olan Kərimlinin bu sözlərinin açıqlaması budur: “Azərbaycanda siyasi sabitliyi risk altına salmaq istəyirsinizsə, daha çox maliyyə ayrılmalıdır ki, radikallar təşkilatlansın”.

Heç bir əlavə şərhə və izahata ehtiyac yoxdur, demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir. Əslində düşündürücü əsas və başlıca sual odur ki, bu insan niyə məhz indi, 30 ildən sonra qələmi əlinə alıb Məşədi İbadın oxuduğu “Tarix-Nadiri” özü yazmaq həvəsinə gəldi? Bu təbii yaranan sualın cavabı əslində elə həmin yazının içindədir: “Bu ilin avqust ayından isə mənə qarşı qondarma böhtan ittihamı ilə cinayət işi başladılıb. 2 aydır ki, məhkəmə davam edir.” Vay-vay, deməli “quyruğu” qapı arasında qalan kimi demaqoqların bayraqtutanı Qərbə SOS siqnalı ötürür?! Beləliklə, 30 illik siyasi fəaliyyətindən sonra siyasi Məşədi İbadın bu yeni “Tarix-Nadiri” Azərbaycan ictimaiyyətinə xain xislətin və radikal təfəkkürün mahiyyətini bir daha açıb göstərmiş oldu.

Asif Adil - Musavat.Com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Bu gün, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Bu gün, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Bu gün, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Bu gün, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Bu gün, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Bu gün, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:29
“Azəriqaz” yenə də itkiyə yol verir... - NHMT sədri SUAL EDİR Kİ...
Bu gün, 12:26
“Azercell” digər mobil operatorlara problem yaradır - NARAZILIQ VAR...
Bu gün, 12:14
Bakıya qarşı “cəbhədə” gərginlik – Dehli ilə bağlı qərar dəyişir?
Bu gün, 12:07
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru - TƏYİN EDİLİB
Bu gün, 12:01
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır
Bu gün, 11:50
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Bu gün, 11:36
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir - “Euronews”
Bu gün, 11:34
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? - AKTUAL
Bu gün, 11:31
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
Bu gün, 11:08
"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" - Naxçıvanda TOTAL NARAZILIQ...
Bu gün, 11:07
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
Bu gün, 11:02
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 10:59
Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:57
Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... - NƏ ETMƏLİ?
Bu gün, 10:54
Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 10:44
Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - FOTO
Bu gün, 10:38
Trampdan gözlənilməz QƏRAR – Azərbaycana necə TƏSİR EDƏCƏK?
Bu gün, 10:33
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Bu gün, 10:22
Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 10:17
Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var – Nə baş verir?
Bu gün, 10:07
“Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:02
Bu il sülh sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 09:59
Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... - Görünəni odur ki...
Bu gün, 09:58
"BakıKart" sərnişinləri yolda qoyur – NİYƏ?
Bu gün, 09:56
Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib - ŞƏRH
Bu gün, 09:47
Xankəndidə Pezeşkianla görüş açıq mesajdır - RƏY
Bu gün, 09:45
Toy biznesindən qazanılan MİLYONLAR – Vergi ödəməyən müğənniləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 09:43
Erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəm - Paşinyan
Bu gün, 09:38
Amerikada yandırılan azərbaycanlı müğənninin Binəqədi qəbirstanlığında məzarı üzə çıxdı - AÇIQLAMA
Bu gün, 09:33
İcra başçısının kənd üzrə nümayəndəsi məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Samvel Karapetyanın qardaşı oğlunun evində axtarış aparılır
Bu gün, 09:25
Qazaxın bu kəndi xəritədən silindi: Sərhəddə nə baş verir? - İLGİNC
Bu gün, 09:10
Hindistan Ərdoğana qarşı Ermənistan kartını açır... - Yeni Dehlidə “soyqırımı” tanımaq planı
Bu gün, 09:08
Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? - İLGİNC
Bu gün, 09:07
"Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü
Bu gün, 08:51
"Bu nə qədər düzgündür axı?" - ETİRAZ
Bu gün, 08:49
Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! - GİLEY
Bu gün, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru