ABŞ Bakıdan nə istəyir və niyə təzyiq edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 7-10-2024, 12:04 | Çap et
 5 noyabrda ABŞ-da prezident seçkiləridir və həmin ölkədə güclü erməni diasporu var. Demokratlar onların dəstəyini almaq üçün belə canfəşanlıq edirlər. Həm də bir xristian həmrəyliyi faktorunu gözardı etmək olmaz.
Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın Ermənistanla təcili sülh sazişi imzalaması üçün Azərbaycana aşırı təzyiqi haqda danışarkən deyib.
Millət vəkili bildirib ki, ABŞ-ın tələsməsinin başqa səbəbləri də mövcuddur:
“Görürlər ki, Qarabağdan getmiş ermənilər Ermənistanda və başqa ölkələrdə məskunlaşır və zaman keçdikcə onları geri qaytarmaq çətinləşəcək. ABŞ erməniləri beynəlxalq güclərin təminatı altında Qarabağa qaytarmaq, Azərbaycana daimi təzyiq etmək imkanları əldə etməyə çalışır. Həm də düşünürlər ki, yaxın gələcəkdə regionda geosiyasi vəziyyətin dəyişməsi ilə İran Zəngəzur dəhlizinin açılmasına ya mane olmaz, yaxud mane ola bilməz. Onlar isə türk dünyasının quru yollarla bir-birinə bağlanmasına, Avrasiya məkanında türk dövlətlərinin yeni güc mərkəzinin formalaşmasına qarşıdırlar. Məhz bu səbəbdən həm də İranın bütövlüyünü qorumaq, orada qərbyönümlü bir monarxiya yaratmaq üçün ciddi səy göstərirlər.
ABŞ çalışır və Türkiyəyə ciddi təzyiq göstərir ki, Ermənistanla sərhədləri açsın. Türkiyə isə dəfələrlə bəyan edib ki, Azərbaycanla münasibətləri tənzimləməyənə qədər Ermənistanla sərhədləri açmayacaq. Onlar Ermənistanın iqtisadiyyatının güclənməsi və iqtidarın xalqdan geniş dəstək alması üçün bunun vacibliyini başa düşürlər. Ona görə də bizə təzyiq edirlər ki, Ermənistanın şərtləri ilə sülh sazişi imzalayaq, bunun ardınca Ermənistanla kommunikasiya xətləri açılsın”.
“Azərbaycan gərginliyi azaltmaq üçün sülh sazişini çərçivə sənədi formasında paraflaya bilərmi?” sualına cavab olara millət vəkili qeyd edib ki, Azərbaycan bunu etsə belə, təzyiqlər azalmayacaq, bəlkə də artacaq:
“Görəcəklər ki, təzyiq etməklə istədiklərinə nail olurlar və bunun ardınca birtərəfli qaydada, Qərbi Azərbaycandan olan qaçqınların qayıdışı, Zəngəzur dəhlizi məsələsini kənara qoyulmaqla, beynəlxalq təminat altında ermənilərin Qarabağa qaytarılmasını tələb edəcəklər. Hesab edirəm, biz nəinki öz haqlı tələblərimizdən geri çəkilməməli, əksinə, tələb etməliyik ki, Ermənistan 30 illik işğala və xalqımıza münasibətdə etdiyi vəhşiliklərə, Xocalı soyqırımına görə Azərbaycandan rəsmi üzr istəsin və təzminat ödəyəcəyini bəyan etsin. Azərbaycan Respublikasının Prezidenti son vaxtlar bu barədə bir neçə dəfə çıxış edib. Ermənistan və tərəfdarları sülh istəyirsə, Ermənistan Konstitusiyasını dəyişməli, 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanata uyğun olaraq Naxçıvana maneəsiz gediş-gəlişə imkan yaratmalı və tezliklə anklavların azad edilməsi məsələsinin müzakirəsinə başlamalıdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16 |
|
|
|
|