Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                 

“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar” - NƏ ETMƏLİ?
Tarix: 18-10-2024, 08:14 | Çap et
“Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar”
Son günlər Azərbaycanda tiktokerlərin paylaşımları yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis tərəfindən profilaktik tədbirlər davam etdirilir.

DİN-in yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə 10-20-30 sutka həbs cəzası alan tiktokerlər də var.

Bu yaxınlarda “Renka” kimi tanınan tiktoker Rəna Cəfərova da cəzalandırılıb. O, sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub. Buna səbəb onun canlı yayım zamanı azyaşlı övladını alçaltması olub. Belə ki, o, “Neynirəm oğulu? Mənə oğul lazımdır?”, - deyə fikirlər səsləndirib. Onun bu sözləri izləyicilər tərəfindən xoş qarşılanmayıb.

R.Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.

Bu sosial şəbəkələrdə tez-tez azyaşlıların canlı yayımlara çıxdığının, qeyri-etik fikirlər səsləndirdiyinin, yaşlarına uyğun mövzularda valideynləri ilə söhbət etdiyinin şahidi də oluruq. Məsələn, 1988-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hüsülü kənd sakini “Adem.Mirzeyev” profili ilə tanınan tiktoker Sadiq Mirzəyev buna görə bu ilin aprel ayında 30 sutkalıq həbs edildi. O, TikTok sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxırdı.

Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmırdı.

Polisin keçirdiyi tədbirlərlə qeyri-etik paylaşımlar edən 1992-ci il təvəllüdlü Rauf İsmayılov da saxlanılıb. Məhkəmənin qərarı ilə R.İsmayılov inzibati qaydada 30 gün müddətinə həbs edilib. Bu cür tiktokerlərlə bağlı zaman-zaman tədbirlər görülsə də, yenə də bu cür hallar təkrarlanır. Bəs bunun səbəbləri nədir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərin faydası var: “TikTok kimi sosial şəbəkələrin bu şəkildə həyatımıza nüfuz etməsi yeni baş verir. Artıq bu neçənci tiktokerdir ki, hüquq-mühafizə orqanları ya saxlayır, ya da cərimə edir. Biz rəqəmsal cəmiyyətdə yaşayırıq və sosial şəbəkə reallığını qəbul etməliyik. Sosial şəbəkə platformalarının proqmatik tərəfləri də çoxdur. Bundan kifayət qədər faydalanan və onun üzərindən iş quran insanlar var. Sosial şəbəkə reallığını biz qəbul etməliyik. Hərçənd bəzi ölkələrdə sosial şəbəkələrlə bağlı qadağalar var. Baxmayaraq ki, TikTok Çində yaradılıb bu ölkədə həmin sosial şəbəkənin istifadəsi qadağandır, ancaq onun analoqundan istifadə olunur. Analoqundan istifadə zamanı da limit qoyulur. Çünki müəyyən olunub ki, TikTok və digər sosial şəbəkələrdən istifadə əmək qabiliyyətli insanların enerjisini tükəndirir və bu da məhsuldarlığa öz təsirini göstərir. Uşaqlarda isə analitik qabiliyyəti zəiflətdiyinə görə azyaşlılara 45 dəqiqədən artıq istifadəyə icazə verilmir. Analoji addımlar digər ölkələrdə də özünü göstərir. Məsələn, Avropa ittifaqına daxil olan ölkələrdə sosial şəbəkə platformalarından istifadə dövlət işində çalışanlara qadağan olunub. Qardaş Türkiyədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Orada yaşlar üzrə konkret limitlər var. 2017-ci ildə Almaniyada sosial şəbəkə platforması operatorları arasında müqavilə bağlandı. Həmin müqaviləyə əsasən Almaniya hökuməti həmin operatorlarla belə bir razılıq əldə etdi ki, sosial şəbəkələrdə saxta adlarla daxil olub, insanları aşağılayan, dezolar yayan şəxslərin kimlikləri müəyyənləşib hökumətə təqdim edilsin.

Azərbaycanda operatorlarla analoji müqavilə bağlana bilər. Sosial şəbəkə platforma istifadəçiləri ilə sosial iş aparmaq lazımdır. Sosial şəbəkə istifadəçilərinə elə gəlir ki, virtual aləmdə mülki nəzarətdən uzaqdadırlar. Onlar bilməlidirlər ki, istənilən hüquqazidd davranışların, zərərli informasiyaların paylaşımı real həyatdakı məsuliyyəti yaradır.

"Media haqqında" Qanunun 10 və 14-cü maddəsində sosial şəbəkələrlə bağlı istiqamət var. Dövlət başçısı uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun da imzalayıb. Onun icra mexanizmi gücləndirilməlidir. Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən bir qanun olsa, daha yaxşı olar. Həmin qanunda biz olmazları görə bilərik. Belə qanuna ayrı bir ehtiyac var.

Cinayətkar hər yerdə, istər real, istərsə də virtual həyatda cinayətkardır. Adi həyatda da sağlam pul qazanan, yaxud oğurluq edən insanlar var. Virtual arenada da belədir. Biz tiktokerlərin əxlaqa və hüquqazidd əməllərlə pul qazanmasına şans tanıya bilmərik. Cəmiyyət adekvat yanaşmanı tanıyır".

Psixoloq Günel İsmayıllı deyir ki, tiktokerlərin bütünlüklə cəmiyyətimizi təmsil etdiyini düşünmək çox yanlış və xətalı düşüncədir. Cəmiyyət təkcə onlardan ibarət deyil: “Bir neçə şəxsə görə ümumi ölkə adına mənalandırmaq kökündən doğru deyil. Hazırda bu platformanın ölkəmizdə yaxşı mərhələsi deyil. Bu ondan irəli gəlir ki, TikTokda rahat şəkildə pul əldə etmə üsulu daha çoxdur. Və bir fərd olaraq formalaşmayan insanlar bu sosial şəbəkələrdə pul qazanmaq üçün hər şeyi etməyə hazırdılar. Onlar həyatda qalmaq üçün ən iyrənc davranışlara belə özlərini məruz qoyurlar.

Burada mövzudan kənara çıxaraq deyim ki, biz hər zaman döymənin, qorxunun, uşağın sərhədlərini işğal edərək onu tərbiyə etməyin yanlış olduğunu vurğulayırıq. Halbuki böyüklər deyir ki, əşi bizi də uşaq olanda döyüblər, söyüblər və s. Beləliklə, zorakılığı norma olaraq qəbul edirlər. İndi gördüyümüz tiktokerlər o cür valideynlərin övladlarıdırlar. Onlar bəlli bir yaşa çatıblar və tez, rahat maddiyyat əldə etməklə görmədikləri sevgi, qayğı, dinlənmə hisslərini kompensasiya etmək istəyirlər. Bir fərd olaraq formalaşmayan insanlar belə platformalarda özlərini bu cür aparacaqlar. Onlar bir insan olaraq cəmiyyətdə insan olaraq öz missiyalarını yerinə yetirməkdə acizdirlər. Bu məsələ zamanla hər bir dövlət qurumunun üzərinə düşən məsuliyyətlə tənzimlənəcək. Bununla bağlı müəyyən bir əmək sərf etmək lazımdır. Nə qədər çox təhsilə, inkişafa, kitaba maraq olacaqsa, bir o qədər cəmiyyətimiz də gözəlləşəcək, belə tiktokerlərin sayı da minimuma enəcək. Zamanla belə məsələlər öz aktuallığını itirəcək. Çünki paralel olaraq başqa inkişaf edən tərəflər də var. Bəzən media reytinq xətrinə bu cür insanlarla bağlı xəbərlər paylaşır. Çünki insan beyni neqativə açıqdır, daha tez reaksiya verir. Hər bir insan dəyişimə başqasından deyil, özündən başlamalıdır. İnanıram ki, cəmiyyəti gözəlləşdirən və dəyişimə açıq olan belə insanlarımız olacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Dünən, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Dünən, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Dünən, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Dünən, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Dünən, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Dünən, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Dünən, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Dünən, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Dünən, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Dünən, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Dünən, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Dünən, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru