Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

"Klassik Xalq Cəbhəsi Partiyasının yaydığı bəyanat məzmun və mahiyyət etibarilə kökündən yanlışdır" - deputat
Tarix: 2-11-2024, 08:46 | Çap et
"Klassik Xalq Cəbhəsi Partiyasının yaydığı bəyanat məzmun və mahiyyət etibarilə kökündən yanlışdır"
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP, sədr Mirmahmud Mirəlioğlu) COP29 ərəfəsində həbsdəki jurnalistlər və ictimai fəalların azad olunması üçün Azərbaycan hakimiyyətinə müraciət edib (Turan). “Həbsdəki ictimai fəalların və media nümayəndələrinin bir çoxunun sağlamlığında ciddi problemlər olduğunu, bu məqamın ciddi olaraq, beynəlxalq səviyyədə Azərbaycan dövlətinə qarşı istifadə edildiyini, həbsdəki şəxslərin heç bir formada dövlətçiliyə təhlükə yaratmadığını nəzərə alaraq, onların təcili, COP 29 beynəlxalq tədbirinə qədər azadlığa buraxılmasın təklif edirik”, - sənəddə qeyd edilir.

Partiya hesab edir ki, hökumətin bu addımının ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan dövlətinə münasibətdə müsbət təsiri olacaq. KXCP COP29 ərəfəsində Azərbaycan hakimiyyətinin dünya ölkələrinə bu tədbir zamanı silahlı münaqişələrin dayandırılması ilə bağlı çağırışını doğru sayır və ümumilikdə müsbət qiymətləndirir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Klassik Xalq Cəbhəsi Partiyasının yaydığı bəyanat məzmun və mahiyyət etibarilə kökündən yanlışdır. Deputat deyib ki, Azərbaycanda hansı peşə sahibi olmasından asılı olmayaraq, qanunu pozan şəxs həbs edilir: “Əgər bütün qanunu pozanları beynəlxalq tədbirə görə buraxsaq, Azərbaycan cəmiyyəti kriminallaşar. Bu, məsələnin hüquqi tərəfidir. Məsələnin siyasi tərəfi isə başqadır. Diqqət etsək, görərik ki, bu günə qədər eyni məsələ ilə bağlı, yəni ”siyasi məhbuslar" məsələsi ilə bağlı Azərbaycana müraciət edən təşkilatlar Avropanın islamofob insan hüquqları təşkiları, yaxud qeyri-hökumət təşkilatları idi. Hər iki məzmuna diqqət etsək, görərik ki, KXCP-nin müraciətinin mətni ilə Azərbaycanı sevməyən erməni lobbisinin nəzarəti altında olan hüquq müdafiəçilərinin yazdığı mətn bənzərdir. Demək ki, hər iki bəyanat eyni mənbədən “qidalanır” və Azərbaycan hakimiyyətinə qarşı siyasi şantaj xarakteri daşıyır. Eyni zamanda COP29-un siyasiləşdirilməsinə, COP29-un Azərbaycanın əleyhinə kampaniyaya çevrilməsinə xidmət edir. Düşünürəm ki, hüquqi dövlətdə heç bir halda hər hansı beynəlxalq tədbirə görə qanun pozmuş cinayətkarı, cinayəti məhkəmə ilə sübut olunmuş qanun pozuntusu törədənləri azadlığa buraxmaq olmaz. Azərbaycan hüquqi, demokratik ölkədir. Azərbaycan əsla izn verə bilməz ki, hüquq müxtəlif mərkəzlər tərəfindən manipulyasiya edilsin, ölkəmizdə cəzasızlıq mühiti yaransın və ölkəmizdə xaos baş versin. Azərbaycan məhkəmə sistemi müstəqil hakimiyyət qollarından biridir. Kiminsə məhkəmə qərarlarından hər hansı narazılığı varsa, o istisnasız olaraq məhkəmələrə müraciət etməlidir".

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Həbsdə olan, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə, kimliyindən, ictimai-siyasi fəaliyyəti olub-olmamasından, hansı peşə, yaxud ixtisas sahibi olmasından asılı olmayaraq, onun ilk növbədə ictimai təhlükəlilik dərəcəsinə baxmaqla, eyni zamanda humanizm prinsipləri əsasında yanaşmanın tərəfdarıyam. Təbii ki, müəyyən şəxslər var ki, onların həbsi cəmiyyətdə müəyyən rezonans yaradır, ictimai-siyasi fəaliyyəti, yaxud jurnalist fəaliyyəti ilə məşğul olması baxımından müəyyən qədər tanınan şəxslərin həbsi cəmiyyətdə narahatlığa səbəb olur. Bir çox halda bu cür faktlardan Azərbaycana heç də xoş münasibəti olmayan təşkilatlar və siyasilər istifadə etməyə çalışırlar. Müxtəlif təşkilatlarda Azərbaycana bu və ya digər formada sanksiyaların tətbiq edilməsi, insan hüquqları ilə bağlı məsələlərin lazımi səviyyədə olmaması ittihamları eşidilir. Əgər həbsdə olan şəxslərin ictimai təhlükəlilik dərəcəsi yüksək deyilsə, humanizm prinsipi əsasında onların bağışlaması, əfv edilməsi, cəzalarının azaldılması təqdir ediləndir. Amma hansı kateqoriyada olmasından asılı olmayaraq, dövlətinə qarşı hər hansı fəaliyyətdə iştirak edibsə, eyni zamanda ağır cinayətlər törətməsi ilə bağlı tutarlı dəlillər sübutlar varsa, kim olmasından asılı olmayaraq həbs olunanlara fərqli və daha sərt münasibətin olması başadüşüləndir. Məsələlərə qanunvericilik çərçivəsində baxmaq lazımdır. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, istintaq dövründə həmin şəxslərin bağışlanması qanunvericiliyə uyğun deyil. Şəxsin əməli sübuta yetirilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır ki, ona uyğun bağışlama, əfvetmə, cəzasının azaldılması kimi humanist yanaşma sərgiləmək mümkün olsun. İndiki halda, haqqında məhkəmə hökmü olmayan şəxslərin bağışlanması heç bir halda mümkün deyil. Sadəcə olaraq, cinayət əməli sübuta yetirilmədiyi əsas gətirilərək istintaq orqanı tərəfindən cinayət işlərinə xitam verilə bilər. Bu cür məsələlərə diqqət çəkməklə, ictimai fikri özünə yönəltmək, hansısa formada özünün siyasi varlığını müxtəlif təbəqələrə göstərmək xatirinə bu cür açıqlamalar verilməsi də doğru deyil. İstənilən halda bu təşəbbüs təqdir olunandır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru