Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Tarix: 17-11-2024, 12:52 | Çap et
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..."
COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda BMT-nin İqlim Konfransında Rəqəmsallaşma Günü keçirilib. İqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verən bu günün məqsədi rəqəmsallaşma istiqamətində birgə fəaliyyəti təşviq etmək olub. Dəyirmi masanın məqsədi rəqəmsallaşmanın çətinlikləri, imkanları və onun iqlim gündəmindəki rolu ilə bağlı müzakirələri gücləndirmək üçün fəal iştirak və liderliyin təşviqi, məlumatlılığın artırılması və öhdəlikləri təmin etmək üçün xüsusi platformanın yaradılması, həmçinin Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün qlobal iqlimlə bağlı fəaliyyətində davamlı sürət və hesabatlılığı təmin etmək idi. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal texnologiyaların önəminə diqqət çəkib: “Bu texnologiyalar xüsusilə iqlim monitorinqi, erkən xəbərdarlıq sistemləri və iqlim çağırışlarına davamlılığın yaradılması kimi sahələrdə BMT-nin “Davamlı inkişaf üzrə 2030 gündəliyi”nə nail olmaq istiqamətində mühüm hərəkətverici qüvvədir”. Dəyirmi masada Azərbaycanın da qlobal təcrübələrdən faydalanaraq öz yaşıl rəqəmsal transformasiya yolunu müəyyən etdiyi vurğulanıb. Bu xüsusda Azərbaycanda peyk əsaslı ətraf mühitin monitorinqindən tutmuş, resurslardan istifadəni və emissiyaları azaldan rəqəmsal hökumət platformalarına qədər iqlimə davamlılığı dəstəkləmək üçün rəqəmsallaşmanın tətbiq edildiyi nəzərə çatdırılıb. Bildirilib ki, şəhər havasının çirklənməsini və emissiyaları azaltmaq üçün avtobus və taksi parkları elektrik və hibrid avtomobilləri ilə modernləşdirilib. Bundan əlavə, xüsusi infrastruktur yaratmaqla dayanıqlı mobillik və mikromobillik imkanları genişləndirilib. Qeyd edilib ki, sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd davamlılığı təşviq etmək, ətraf mühitə təsirləri azaltmaq və inklüziv inkişafı təmin etmək üçün iqtisadiyyatın bütün sektorlarında davamlı rəqəmsal həllərin tətbiq edilməsidir. COP28-də başlanmış Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsünün rəqəmsal inkişafın iqlim fəaliyyəti ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğu vurğulanıb. Müzakirələr rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyasına, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin təkmilləşdirilməsinə və uğurlu davamlılıq təşəbbüslərinin nümayişinə yönəldilib. Bildirilib ki, məlumatların emalı, süni intellekt və rabitə vasitələrinə artan tələbat enerji istehlakı, materialdan istifadə və elektron tullantıların istehsalının artması ilə müşayiət olunur. İKT sektorunun qlobal emissiyaların 1,5 faizdən 4 faizə qədərini təşkil edəcəyi təxmin edilir ki, bu da bizə rəqəmsal genişlənməyə yönəlmiş yaşıl və məsuliyyətli bir yanaşmaya olan təxirəsalınmaz ehtiyacı xatırladır. Daha sonra maraqlı tərəflərin çıxışları dinlənilib. Çıxışlar rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası, rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi, rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması, davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi və rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması mövzularını əhatə edib.
Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub. Bəyannamənin qəbulu ilə tərəflər ümumi 8 məqsədi təsdiq ediblər: iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyalar və alətlərdən istifadə, dayanıqlı rəqəmsal infrastrukturun qurulması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik və savadlılığın təşviqi, məlumata əsaslanan qərar qəbulu, davamlı innovasiyaların təşviqi, davamlı istehlakçı təcrübələrinin təşviqi, ən yaxşı təcrübələrin paylaşılmasının asanlaşdırılması. Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməyə bu günədək 1000-ə yaxın rəqəmsal texnologiya cəmiyyətinin üzvü öz dəstəyini bəyan edib. Bəyannamənin sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacağı vurğulanıb.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan ev sahibliyi etdiyi BMT-nin COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi üçün vicdanla əlindən gələni edir. Partiya təmsilçisi qeyd edib ki, milli-adət ənənələrimizə uyğun şəkildə qonaqların qəbul olunmasından öncə ölkəmizdə ciddi bərpa və təmizlik işləri görülmüşdü:

"Noyabrın 11-dən 22-dək, yəni tədbir boyunca Azərbaycana gələcək qonaqların yüksək səviyyədə qarşılanması, yerləşdirilməsi üçün nə lazımdırsa edilib. Qərbin bəzi dairələri, Azərbaycana qarşı qərəzli olan qüvvələri və onlar tərəfindən idarə olunan, ciddiliyini itirmiş bir sıra şəxslər iddia edirlər ki, guya bəzi dövlətlərin Azərbaycanda keçirilən konfransa qatılmaması ölkəmizdə "insan haqlarının pozulması", "demokratik azadlıqların məhdudlaşdırılması"na görədir. Məsələn, Əli Kərimli iddia edir ki, xarici nəşrlərin birində bu mövzulara dair məqalə dərc etdirdiyinə görə bəzi Qərb dövlətləri konfransa gəlməyiblər. Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi çox böyük hadisədir. Ölkəmizin tarixində belə miqyasda beynəlxalq tədbir ilk dəfə keçirilir. Xatırladım ki, COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib. Bakıda yüksək səviyyədə təmsil olunan ölkələrin əksəriyyəti həmin tədbirdə də yüksək səviyyədə iştirak ediblər. Hətta indi müxtəlif bəhanələrlə ölkəmizə gəlməyən dövlətlər də BƏƏ-də keçirilən COP-a getmişdilər. Yəni həqiqətənmi ərəb ölkələrində, xüsusən BƏƏ-də insan hüquq və azadlıqlarının vəziyyəti bizdən yaxşıdır?! Açıq-aşkar görünür ki, ortada qərəz və çarəsizlik var, özlərini rəzil vəziyyətə salıblar. Əslində, bizi rahat və sərbəst şəkildə tənqid edənlər çox gözəl bilirlər ki, bu ittihamları BƏƏ kimi ölkələrdə rahat səsləndirə bilməzlər".

N.Orduxanlı diqqətə çatdırıb ki, COP29 tədbirini bəhanə edərək Azərbaycanı hər fürsətdə tənqid edənlər birmənalı ermənipərəst dairələr, şəxslərdir. Ölkəmizi vicdansızcasına "etnik təmizləmə"də ittiham edirlər:
"Bizə təzyiq göstərənləri narahat edən digər məqam isə Azərbaycanın müstəqil xarici siyasəti ilə bağlıdır. Qərb ölkələri, xüsusən ABŞ Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilmir. Türkiyə, Rusiya və Çinlə uğurlu müttəfiqlik, yaxın əməkdaşlıq Qərbi narahat edir. Həmin dövlətlər istəmirlər ki, Azərbaycanın Türkiyə, Rusiya və Çinlə yaxın münasibətləri olsun. Ələlxüsus "3+3" formatı, region ölkələrinin sıx əməkdaşlığı Qərb dairələrini əməlli-başlı qıcıqlandırıb. COP29 tədbirindən siyasi məqsədlər üçün istifadə olunmamalıydı".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru