ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Tarix: 20-11-2024, 08:37 | Çap et
 Artıq 9 gündür ki, Azərbaycanda COP29-un tədbirləri davam edir. Bu müddət ərzində COP29 tədbiri zamanı yaşıl zonada 2 dəfə təxribat xarakterli və təkadamlıq aksiya keçirilib. - Noyabrın 15-də “Veqan kollektiv” aktivist qrupun üzvü, heyvan haqları fəalı Kamran Məmmmədli Azərbaycanda itlərin öldürülməsinə qarşı təkadamlıq etiraz aksiyası keçirib. Heç şübhəsiz, etiraz etmək hər bir kəsin konstitusion hüququdur, amma səndəki bu “konstitusion vicdan”ın mənbəyi vətəndaş mövqeyi deyilsə… K.Məmmədli və dostu Əli Məlikov adlı gənc 2022-ci ilin may ayında da etiraz aksiya keçirib plakat qaldırmışdılar. Bu iki gəncin məşğul olduğu sahənin əsas mərkəzi ABŞ-da yerləşir. Dünyada itlərin mühafizəsi ilə bağlı ən böyük ofis (baş ofis) məhz ABŞ-dadır. Yadımdadır, Avropa oyunları və Avroviziya müsabiqəsi zamanı da Azərbaycandan sahibsiz itlərlə bağlı statistika istəyirdilər, ardınca xırda aksiyalara start vermişdilər. ABŞ vaxtilə azərbaycanlı məmurların oğurlayıb ştatlara daşıdıqları milyardların statistik, vicdani hesabatını niyə tələb etmirdi?! Məsələn, telefonla zəng açıb niyə demirdi ki, sizin ölkədən filan məmur bu qədər pul oğurlayıb gətirib bizdə biznes qurub, mülk alıb!? İndi o məmurların bəziləri həbsdədir, bəziləri də vəzifədən çıxarılıb və müflis durumdadırlar. Qəbul edirik, dünyada itlərin mühafizəsi ən yaxşı Qərb ölkələrində təşkil olunur. Amma Qərb hələ 30 il əvvəl it əti yeyən Çindən statistika istəyəndə it ətlərinin satıldığı bazarın fotosunu çəkib göndərmişdilər. İndi deyirsiniz ki, COP Çində keçirilsə, dəhşətli aksiyalar olacaq? İtaliyada öz itini küçəyə atan şəxsə 10 min avro cərimə yazılır, yaxud 1 illik həbs cəzası verilir. Müxtəlif Avropa ölkələrində heyvanların müdafiəsi ilə bağlı sərt qanunlar qəbul edilib və icra olunur. İndi ABŞ 200 illik təcrübəsini bizdən tələb edir. Vətəndaşları, müğənniləri, aktrisaları itlərlə rəsmi nikaha girən ABŞ-ın “böyük” təcrübə tələb etməsi gülməlidir. Təbii ki, heyvanlar qorunmalıdır, itlərə zərər vermək qəbuledilməzdir. Bunu ABŞ tələb etdiyinə görə yox, məhz heyvansevərliyimizə görə etməliyik. Şəxsən mən də bunu qəti əleyhinəyənəm. Son zamanlar paytaxt Bakıda heyvan saxlayanların sayı pik həddə çatıb, indi hər bir küçədə Zoomağazalar, Baytarlıq klinikaları fəaliyyət göstərir. Ora yolu düşənlər bilir ki, bəzən iki gün öncədən növbə tutmalı olursan. Mənim də bir pişiyim var və bu pişiyi saytlarında hər gün lüt müğənniləri reklam edən, bircə siyasi, əhəmiyyətli tənqid dolu cümlə yazmağa kişiliyi çatmayan baş redaktorlardan daha çox istəyirəm. Bakıda, regionlarda itlər üçün sığınacaqlar da yaradılıb. Ən əsası, itlərin mühafizəsi ilə bağlı ictimai qınaq gücləndirilib. Bəzən sosial şəbəkələrdə itin, pişiyin vəhşicəsinə öldürüldüyü ilə bağlı videolar paylaşılanda bütün ictimaiyyət sərt təpki göstərir və nəticədə bu iyrənc əməli törödən şəxsin cəzalandırıldığını da görürük. İndi kiçik qrantların küçük sevdalıları niyə bütün dünyanın gözü qarşısında bu hoqqanı çıxarır?! Öz dövlətini rüsvay etmək üçün… Qısası, bu aksiyanı ABŞ-ın ən uğursuz aksiyası hesab etmək olar. - Noyabrın 18-də isə COP-da işləyən İsmayıl Cəfərli adlı gənc əməyinin istismar olunduğunu bildirərək aksiya keçirdi. Bu İsmayıl COP-a işə düzələndə alacağı pulu bilmirdi? Bilirdi. Mən bildiyim qədər normal da ödəniş alırlar. Narazı idinsə, əvvəldən niyə işləyirdin? Yox işləyib narazı qalmışdınsa, o zaman niyə müxtəlif millətlərin nümayəndələrinin gözləri qarşısında bu həngaməni verirdin… Məqsədin az pul aldığına etiraz etmək yox, tədbirin ev sahibi olan öz ölkəni istismarçı kimi təqdim etmək idi. Nail oldunmu? Yox! 1998-ci ildə Argentinada COP4 keçirilən zaman itləri müğənnilərlə evləndirirdilər ki, ABŞ-ın xoşuna gəlsin. COP-dan sonra şəhərlərdə başlayan tətilləri güllələrlə yatırırdılar. Qısası, ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür…
Samir Feyruzov - "DİA-AZ"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
|