Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                 

"Beynəlxalq müşahidəçilikdən vacibi budur" - deputat
Tarix: 6-12-2024, 09:01 | Çap et
"Beynəlxalq müşahidəçilikdən vacibi budur"
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bələdiyyə seçkilərinə heç bir beynəlxalq müşahidəçi dəvət edilməyəcəyi haqda dedikləri müzakirə mövzusuna çevrilib. MSK sədri bildirib ki, bələdiyyə seçkiləri daxili məsələdir: “Kim müraciət etsə, biz qəbul edəcəyik, amma müşahidəçi dəvət etməyəcəyik”.

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Elman Nəsirov “Turan”a bildirib ki, bələdiyyə seçkilərinə beynəlxalq aləmdə də çox ciddi səviyyədə maraq olmur: “Təbii ki, prezident seçkisinə, parlament seçkilərinə beynəlxalq reaksiya, beynəlxalq təşkilatların həmin prosesi diqqətlə müşahidə etməsi anlaşılandır. Amma bələdiyyə seçkilərinin müşahidəsində beynəlxalq təşkilatlar hətta ayrı-ayrı illərdə iştirak etsələr də, onlar üçün bu, xüsusi maraq doğurmayıb, ciddi fəallıqları da olmayıb”.

E.Nəsirovun fikrincə, bu baxımından, MSK sədri M.Pənahovun fikri doğrudur: “Hər şey müqayisədə ortaya çıxır. Əgər beynəlxalq müşahidəçilər xüsusi maraqla bu prosesə qatılmaq istəsələr, onda biz tərəfdən də analoji addımlarımızın atılması məntiqlidir”.

REAL sədri Natiq Cəfərli bundan əvvəl bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvətlər olduğunu deyib: “Məgər parlament və prezident seçkiləri ölkənin daxili seçkiləri deyilmi? Bu mənada həmin seçkilərlə bələdiyyə seçkiləri arasında fərq yoxdur. O biri seçkilərə beynəlxalq müşahidəçilər dəvət olunursa, deməli, bələdiyyə seçkilərinə də onları dəvət etmək lazım idi”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı da bildirib ki, MSK sədrinin açıqlaması təəccüb doğurur: “Ötən bələdiyyə seçkilərində 15 ölkəyə, o cümlədən Avropa Şurasının Yerli və Regional Hökumətlər Konqresinə müşahidəçilik üçün dəvət göndərilmişdi. Bu ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməyib. Düşünürəm ki, Avropa Şurasının sözügedən konqresinə dəvət göndərilmədiyinə görə digər ölkələrə də dəvəti göndərməyi məqsədəuyğun hesab etmədilər”.

Bəs vacibdirmi beynəlxalq müşahidəçilərin gəlməsi? MDB-nin belə dəvət edilməməsi nə ilə bağlıdır?

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, bələdiyyə seçkilərində xarici müşahidəçilərin iştirak edib-etməyəcəkləri ilə bağlı məlumata malik deyil: “Xarici müşahidəçilərin dəvət edilməsi Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Beynəlxalq müşahidəçilərin özlərinin iştirakla bağlı təşəbbüslərinin olub-olmadığı barədə isə məlumatsızam. Ən əsası yüksək səviyyədə, sakitlik və əmin-amanlıq şəraitində, azad, ədalətli seçki keçirməliyik. Beynəlxalq müşahidəçilikdən vacibi budur. Hər halda, MSK-nın da mövqeyində bu məqsəd rolunu oynayıb. Bələdiyyələr dünyanın hər yerində seçkili yerli özünüidarəetmə orqanı kimi qəbul olunur. Çox istərdim ki, bu seçkilərdə bələdiyyələrin fəaliyyətini canlandıra biləcək, vətəndaşlarımıza ləyaqətlə xidmət edəcək, təşəbbüskar namizədlər qalib gəlsin”.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirdi ki, ölkədə keçirilən bütün seçkilərə beynəlxalq və yerli müşahidəçilər cəlb edilib. Azərbaycanda sonuncu seçkilər də şəffaf şəkildə keçirilib: “Düzdür, heç bir seçki ideal deyil. Müəyyən problemlər olur. Amma biz görürük ki, xırda problemləri bəzi beynəlxalq təşkilatlar şişirdib süni şəkildə Azərbaycana qarşı əsassız təzyiq alətinə çevirməyə çalışırlar. Bəzi beynəlxalq təşkilatların müşahidəçiləri bəzən özünü burada müşahidəçi kimi deyil, tərəf kimi göstərirlər. Halbuki müşahidəçi tərəfkeşlik etməməli, qızışdırıcı mövqedə olmamalıdır. Azərbaycana qarşı Qərbin bir sıra təşkilatları əsassız iddialar ortaya qoyur. Xalqın iradəsinə zidd olaraq seçkiyə mənfi rəy verilir. Təcrübə göstərir ki, o cür beynəlxalq təşkilatların müşahidə missiyalarının seçkini izləməməsi daha məqsədəuyğundur. Çünki seçkinin necə keçməsindən asılı olmayaraq onlar obyektivlik nümayiş etdirəsi deyillər. Bəzi beynəlxalq təşkilatlar seçkiləri ölkələrdə qarışıqlıq yaratmaq fürsəti sayırlar. Biz seçkimizi keçiririk, o cür təşkilatlara isə fürsət verməyə ehtiyac yoxdur. Amma obyektiv şəkildə seçkini yüksək qiymətləndirən təşkilatlar da var. Sonuncu parlament seçkilərində Avropa Şurası istisna olmaqla, ATƏT və MDB müşahidəçiləri dəvət edildi. Parlament seçkilərində gördük ki, bəzi təşkilatlar əvvəlcədən hesabatlar hazırlamışdı. Seçkini müşahidə etmədən ittiham dolu bəyanatlar verdilər. Ola bilsin ki, həm də buna görə bu dəfə heç bir beynəlxalq və regional müşahidəçilər dəvət olunmadı. MDB müşahidə missiyasına gəlincə, görünür, onları buna görə dəvət etmədilər ki, əgər onlara dəvət göndərilsəydi, ATƏT və digər beynəlxalq təşkilatları da dəvət etmək lazım olacaqdı. Ona görə də balans saxlanılıdı deyə bilərik. Beynəlxalq təşkilatlar öz yanaşmalarında obyektiv olsalar, Azərbaycan hamısını dəvət edərdi. Azərbaycan istəyir ki, seçkidə qərəzli mövqe olmasın, obyektiv olaraq mövqe və hesabatlar olsun. Bunu isə bir sıra beynəlxalq təşkilatlar etmir. Azərbaycanda bələdiyyə seçkilərində Milli Cəbhə Partiyası olaraq iştirak edəcəyik. Düşünürəm normal bir seçki olacaq. Seçkinin müşahidəçiliyini seçkidə iştirak edən təşkilatlar və namizədlər özləri həyata keçirərlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru