Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                 

"Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Tarix: 23-12-2024, 09:07 | Çap et
"Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır"
“Prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində dünyada baş verən proseslərin dəqiq təhlilini verdi. Prezident bir daha qətiyyətlə qeyd etdi ki, Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir, beynəlxalq aləmdə kifəyət qədər böyük siyasi nüfuza, eyni zamanda, iqtisadi və hərbi gücə malikdir. Bu isə milli maraqlarımızı təmin etməyə tam imkan verir. Prezident İlham Əliyev həmişə səmimi, açıq söhbətlər edib, uğurları da, problemləri də ilk növbədə xalqı ilə müzakirə edib. Xalq İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir, ona inanır. Xalq da Ulu öndər Heydər Əliyevin dediyi kimi, özü qədər ona inanır və bu inam bu illər ərzində daha da möhkəmləndi”.

Bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

O bildirib ki, cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə müstəqil xarici siyasət yürüdən tam müstəqil aktor kimi qəbul edilir: “Bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırmış və o, birmənalı olaraq etibarlı tərəfdaş hesab edilir. Azərbaycan 44 günlük Vətən müharibəsində işğalçı Ermənistana qalib gələrək Zəfər tarixini yazdı və BMT TŞ-nin dörd qətnaməsini özü icra edib dövlətin ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Bu haqq işində Azərbaycan xalqına mənəvi və siyasi dəstək verən isə qardaş Türkiyə dövləti oldu. Təsadüfi deyil ki, bu Zəfərdən sonra Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı”.

“Cənab Prezident müsahibəsində geosiyasi proseslərə münasibət bildirərkən Şuşa Bəyannaməsini xüsusi vurğuladı və qeyd etdi ki, iki qardaş dövlətin bir-birinin ərazisində hərbi baza yaratmalarına ona görə ehtiyac yoxdur ki, bu iki qardaş xalq bundan sonra həmişə bir yerdə olacaq və onların ordusu da hər zaman bir yerdə olacaqdır. O, aydın şəkildə bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Bunu hər bir dövlət nəzərə almalıdır. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Türkiyə starteji müttəfiqliyi Qafqazda sabitliyin mühüm amilidir. Çünki bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər. Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər”, - deputat söyləyib.

B.Əliyevin sözlərinə görə, Cənubi Qafqazda gərginlik yaratmağa, hətta hərbi avantura planlarını gizlətməyən ABŞ və Fransa Azərbaycanın təhlükəsizliyini təhdid edir ki, Azərbaycanı özündən asılı vəziyyətə salsın və öz istəklərini diqtə etsin: “Bunun üçün isə Ermənistan həmişəki kimi bir alət olaraq istifadə edilir və "təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla Azərbaycanın sərhədinin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik". Həm də nəzərə almaq lazımdır ki, Ermənistan tərəfdən sərhədlərimizə NATO-nun sayı bir neçə yüz nəfərə çatan “mülki qiyafədə” hərbi-kəşfiyyat missiyası yerləşdirilib və onlar vəziyyəti gərginləşdirməyə çalışırlar. Ona görə də Azərbaycan hərbi gücünü və müdafiə qabiliyyətini artırır. İstənilən xarici hərbi təhlükəyə sarsıdıcı cavab veriləcəkdir. Təhlükənin miqyasından asılı olaraq, preventiv tədbirlər də həyata keçirilə bilər”.

“Cənab Prezident müsahibəsində bir vacib məsələyə də diqqəti çəkdi. Bildirdi ki, Ermənistan tərəfindən Azərbaycana vurulmuş zərərin təhlilinə və hesablanmasına xarici ekspertlərin iştirakı ilə 4 il vaxt sərf edildi. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Nəzərə alsaq ki, Ermənistanın ÜDM-i cəmi 24 milyard dollardır, onda həm Ermənistan, həm də onu silahlandıran dövlətlər bunun nə demək olduğunu aydın dərk etməli və düzgün nəticə çıxarmalıdırlar. Müsahibədə cənab Prezident dünya ictimaiyyətinin diqqətinə bir məsələni aydın şəkildə çatdırdı. Prezident qeyd etdi ki, Ermənistan öz Konstitusiyasını ona görə dəyişməlidir ki, konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi obyektiv zərurətdir. Eyni zamanda, münaqişə həll edildiyi üçün ATƏT-in Minsk qrupu da ləğv edilməlidir. Şübhəsiz ki, tarixin arxivinə verilmiş ATƏT-in Minsk qrupu çoxdan ləğv edilməli idi. Amma həmin həmsədr ölkələr bunu etmirlər. Niyə? Onlar nə istəyirlər? Reallığı, ədaləti niyə həzm edə bilmirlər?! Əlbəttə, bu, ritorik sualdır”, - deputat əlavə edib.

B.Əliyev vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşması bu istiqamətdə ikitərəfli danışıqlar çərçivəsində həyata keçirilməli və sülh müqaviləsi bağlanmalıdır:

“Ermənistan və onu silahlandıran, dəstəkləyən, məsləhət verən ölkələr nəhayət anlamalıdırlar ki, sülhə, təhlükəsizliyə və davamlı inkişafa nail olmaq üçün qarşılıqlı etimad və hörmət əsasında konstruktiv əməkdaşlıq olmalıdır. Bunun alternativi yoxdur və Ermənistanı müharibəyə sürükləyənlər, əslində, onu fəlakətə aparır, bölgəni isə xaosa sürükləyirlər. Azərbaycan və Türkiyə bölgədə real siyasi, iqtisadi və hərbi güc olaraq buna qətiyyən imkan verməyəcək. Ona görə də Ermənistan və “silahdaşları” olan dövlətlər destruktiv addımlardan, qərarlardan çəkinməli, Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmalı, ədalətli mövqe tutmalı və bərabərhüquqlu qarşılıqlı əməkdaşlığa başlamalıdırlar. Belə olan halda Cənubi Qafqazda sülhü, tərəqqini və sabitliyi təmin etmək olar. Azərbaycanın iqtisadi potensialı imkan verir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın davamlı iqtisadi inkişafı təmin edilsin”.

Deputat təəssüflə qeyd edib ki, Qərbdə və ABŞ-də erməni lobbisinin təsir dairəsində olan bəzi siyasi dairələr və korrupsiya çirkabında “firavan” yaşayan bəzi siyasətçilər və QHT nümayəndələri nəinki Azərbaycanda, həm də dünənə qədər Avropa İttifaqında qəbul etməyə hazırlaşdıqları Gürcüstanda da siyasi sabitliyin pozulmasında maraqlı görünür: “Əgər belə olmasaydı, onda Gürcüstanın siyasi hakimiyyəti ilə əməkdaşlıq etmək əvəzinə ona qarşı siyasi təyziqlər artırılmaz və hansısa qərarların qəbul edilməsi zorla diqtə edilməzdi. İnanırıq ki, istər Avropada, istərsə də ABŞ-də cidi siyasətçilər demokratiyaya, konstruktiv və məhsuldar əməkdaşlığa sadiq olduqlarını bəyan edəcək və konstruktiv əməkdaşlıqda maraqlı olduqlarını əməli fəaliyyətləri ilə nümayiş etdirəcəklər. Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişaf həm də Avropanın marağında olmalıdır”.

“Sonda bir daha vurğulamaq istərdik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq nəinki Azərbaycanın, eləcə də bölgənin inkişafına böyük təkan verəcəkdir”, - deputat B.Əliyev əlavə edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru