Ermənistanın qarmon ifaçısı Qagik Stepanyan Azərbaycan mahnısını oğurlayıb.
"Unikal"ın məlumatına görə, sözləri Fikrət Qocaya, musiqisi isə Ramiz Mirişliyə məxsus olan "Ay bəri bax" mahnısının müəllif hüquqları pozulub.
Sözügedən mahnını ilk dəfə Azərbaycan SSR xalq artisti Zeynəb Xanlarova, daha sonra Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova ifa edib.
Məsələ ilə bağlı "Unikal"a açıqlamasında Gülyanaq Məmmədova bildirdi ki, mahnını Zeynəb xanımdan sonra ilk dəfə 1994-cü ildə məhz o oxuyub: "Bu mahnını ilk dəfə Zeynəb xanım oxuyub, daha sonra bu mahnı ilə ilk dəfə 1994-cü ildə Ulu Öndərimizin qarşısına çıxmışam. O vaxtdan bəri həqiqətən Ulu Öndərimiz bu mahnını sevib və sənətimə dəyər verib. Yəni, həmin mahnı mənim həyatımda bu cür iz buraxıb. Zeynəb xanım özü də həmin tədbirdə işitrak edirdi. Bu mahnı mənim üçün çox dəyərli və əzizdir.
Bizim mənfur qonşularımız ümumiyyətlə həmişə bizim musiqimizə göz dikiblər. Çünki onların özlərinə məxsus heç nəyi olmayıb. Onlar hər zaman bizdən nələrisə oğurlayıblar. İstər kulinariyamız olsun, istər musiqimiz, mədəniyyətimiz, ən əsası torpağımızı oğurlayıblar, bundan artıq nəyi deyək ki?
Həmin şəxs heç olmasa Azərbaycan mahnısına "bizimdir" deməsin və yaxud anonim yazmasın. Musiqini isə düz ifa edib. Əgər paylaşımında istinad etməyibsə, təbii ki, qaldırılası mövzudur".
https://ok.ru/video/9039334541923