Hindistan və Pakistan arasında artan gərginlikdə Türkiyənin Pakistana açıq dəstək verməsi Yeni Dehli administrasiyası və ictimaiyyətinin reaksiyalarına səbəb olub. Hindistanda türk mənşəli məhsul və xidmətlərə qarşı hərtərəfli boykot başladıldı.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölkənin aparıcı e-ticarət platformaları, bir çox türk mənşəli markaları satışdan çıxarılıb.
Hindistanda fəaliyyət göstərən əsas ticarət platformaları Türkiyədən idxal olunan məhsulların satışını dayandırmaq qərarına gəlib. Boykot çərçivəsində xüsusilə tekstil sektoruna aid markalar diqqət çəkir. E-ticarət nəhəngləri Türkiyə mərkəzli məşhur markaların məhsullarını sistemlərindən çıxarıb. Platformalarda aparılan müşahidələr göstərir ki, Trendyolun geyim markası, LC Waikiki, Koton və Mavi kimi brendlərə aid məhsullar artıq “Stokda bitdi” ifadəsi ilə siyahıya salınıb.
E-ticarət platformasının rəsmisi mövzu ilə bağlı açıqlama verərək diqqəti çəkən ifadələr deyib:
“Vətəndaşlarımızla həmrəy olaraq, ölkənin dəyərlərinə uyğun olmasını təmin etmək üçün platformalarda təklif etdiyimiz xidmətləri nəzərdən keçiririk.”
Bu açıqlama platformaların Türkiyə ilə bağlı siyasətlərini yenidən qurduğunu və ictimai həssaslıqları nəzərə aldığını göstərir.
Boykot təkcə rəqəmsal platformalarla məhdudlaşmır. Hindistanın Prayaqraj şəhərində bəzi tərəvəzçilər də Türkiyədən gətirilən məhsullara təpki veriblər. Xüsusilə Türkiyə mənşəli almalar piştaxtalardan yığışdırılıb.
Bir tərəvəzçinin bu sözləri rezonans doğurdu:
“Biz Türkiyəni həmişə dəstəkləmişik, lakin onlar bizə xəyanət ediblər”
Bu açıqlama Hindistan ictimaiyyətinin Türkiyənin xarici siyasət mövqeyinə qarşı hiss etdiyi narazılığın konkret təzahürü kimi qiymətləndirilir.