Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanının qarşısında baş verib.
Sadəddi Ağakişiyevin sükanı arxasında olduğu “Toyota Prius C” markalı avtomobillə Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı moped toqquşub. Nəticədə mopeddə olan sərnişin 21 yaşlı Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktl bağlı cinayət işi başlanıb, istintaq aparılır.