Deputat Səyyad Aran deyib ki, 5000 manat maaş alıram, necə qənaət edib maşın alım. Əvvəla, deputat maaşı 5000 deyil, 7000-dən çoxdur. Ən əsası isə 16 dekabr 2024-cü ildə Milli Məclis yekdilliklə yaşayış minimumu və ehtiyac meyarının həddini 285 manat məbləğində müəyyən edib. Yəni hörmətli deputatlarımız hesab edir ki, vətəndaşımızın yaşaması üçün 285 manat kifayətdir. Yəni 7000 manatdan çox maaşı özünə az bilən deputat hesab edir ki, sıravi vətəndaş 285 manatla yaşaya bilər. Həm də mən başa düşmürəm ki, bizim deputatlara sırf düymə basmağa görə niyə bu qədər maaş verirlər. Axı onlardan hansısı heç olmasa bir qanun layihəsini hazırlayıb təqdim edib? Heç biri! Halbuki, deputatın işi məhz budur: qanunverici olmaq, qanun layihələri hazırlamaq. Texniki olaraq düymə basmaq yox...
Əkrəm Həsənov - "DİA-AZ"