Bu ilin ilk 3 ayı ərzində Azərbaycan 18 ölkədən qızıl idxal edib.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-mart aylarında ölkəyə 1 milyard 703 milyon 700 min dollar (2 milyard 896,3 milyon manat) dəyərində 18 min 942 kiloqram qızıl gətirilib.
Azərbaycanın idxal etdiyi qızılın bir qramının orta gömrük dəyəri 90 dollar (153 manat) olub.
Qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycana qızıl aşağıdakı ölkələrdən idxal olunub:
Rusiya – 4 416,04 kq (bir qramın orta gömrük dəyəri 91,3 dollar)
Avstraliya – 3 353,93 kq (86,5 dollar)
Böyük Britaniya – 2 189,22 kq (90,6 dollar)
Meksika – 2 007,11 kq (87 dollar)
Kanada – 1 375,07 kq (94,4 dollar)
Çin – 1 173,72 kq (92,2 dollar)
Almaniya – 1 012,1 kq (89,4 dollar)
Türkiyə – 959,78 kq (92,4 dollar)
Braziliya – 896,79 kq (91,4 dollar)
Özbəkistan – 481,75 kq (93,7 dollar)
İsveçrə – 394,21 kq (81,4 dollar)
ABŞ – 298,64 kq (87,8 dollar)
Honkonq – 171,77 kq (89,6 dollar)
Cənubi Afrika Respublikası – 100,48 kq (91,9 dollar)
İspaniya – 48,16 kq (88,3 dollar)
Yaponiya – 37,88 kq (93,4 dollar)
Rumıniya – 13,12 kq (93,3 dollar)
Zimbabve – 12,2 kq (92,9 dollar)