Kimlər əfvə düşə bilməz? .....                     Budapeştdə mühüm masa qurulur .....                     Həsənovun SON SƏFƏRİ... .....                     Sərhədlərin açılması oyunu dəyişdirəcək .....                     Deputatdan həmkarına ETİRAZ .....                     Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? .....                     Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` .....                     Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi .....                     Prorektor rüşvətə görə işdən çıxarılıb? .....                     Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR .....                     Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                     “Bakcell” süni intellekt təlimi təşkil edib .....                     400 milyon dollarlıq mübahisə: .....                     Putini NECƏ RAM ETMƏLİ... .....                     Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb .....                     1,5 milyardlıq ANLAŞMA .....                     Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? .....                     Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır .....                     "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək .....                     Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı .....                     Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır .....                     Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb .....                     Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib .....                     ARDNF kritik lisenziyaların müddətini uzadır .....                 

Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Tarix: Bu gün, 14:47 | Çap et

Son günlər dünya bazarında neftin qiymətinin ucuzlaşması ciddi müzakirə mövzusuna çevrilib. Londonun "ICE Futures" birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 65,03 dollar/barelə bərabər olub. Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI markalı neftin fyuçersləri 62,18 dollar/barel təşkil edib. "BOK Financial"ın rəhbəri Dennis Kissler bildirib: "OPEC+ hasilatının gözlənilən artımı və İranın nüvə sazişinin əldə olunması ehtimalının artması, aşağı qiymətləndirməyə səbəb olub. Neft qiymətlərinin qlobal bazarda dəyişməsi, xüsusilə neft ixrac edən ölkələr üçün mühüm iqtisadi risklər yaradır. Azərbaycan kimi iqtisadiyyatı əsasən enerji sektorundan, xüsusilə xam neft ixracından asılı olan ölkələr üçün bu dəyişikliklər birbaşa maliyyə sabitliyinə və milli valyutanın məzənnəsinə təsir göstərir. Neftin ucuzlaşması kontekstində yaranan devalvasiya narahatlığı həm iqtisadi, həm də sosial aspektlərdə özünü göstərir. Bəzi ekspertlərin fikrincə, neft gəlirlərinin azalması Azərbaycan manatı üçün risk yaradır. Xüsusilə psixoloji faktorlar — yəni əhalinin və biznes subyektlərinin gözləntiləri — bazarlarda panika yarada, valyutaya tələbi süni şəkildə artıra və spekulyativ dalğalanmalara səbəb ola bilər. Neftin ucuzlaşması fonunda valyuta bazarındakı dalğalanmalar fonunda hökumətin mövqeyi və mümkün addımları əsas müzakirə predmetidir.
 
Gerçək vəziyyət nədən ibarətdir? Üzən məzənnəyə keçilə bilərmi? Həqiqətən devalvasiya gözlənir, yoxsa bu, real deyil?
 
İqtisadçı Elçin Rəşidov deyib ki, neft gəlirləri ilbəil azalır və yaxın zamanlarda artacağı gözlənilmir:
“Artıq post-neft dövrünə yaxınlaşırıq, buna hazırlaşmalıyıq. Digər tərəfdən, yanlış iqtisadi siyasət nəticəsində ölkəmiz “Holland” xəstəliyinə tutulub. Əsas əlamət odur ki, neftdən kənar digər sektorlar batır. Hazırda qeyri-neft sahəsi qonşu ölkələrlə müqayisədə pis vəziyyətdədir. Həmçinin, iqtisadiyyata daxil olmayan gəlirlər Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən yaxşı idarə olunmur. Gəlirlilik qoyulan investisiyalar üzrə çox aşağıdır. Məsələn, S&P qiymətli indeksli kağızlara qoyulsaydı, gəlirlilik 10 dəfə yüksək olardı. Paralel olaraq, ölkə iqtisadiyyatına daxil olan neft gəlirləri də səmərəli şəkildə istifadə olunmayıb, kənd təsərrüfatını subsidiya ilə boğublar, fermerlər gübrə almaq əvəzinə, hətta onu nağd pula çevirirlər, bu sahədə məhsuldarlıq digər sektorlardan 10 dəfə azdır. Eyni zamanda, digər qabaqcıl sahələr yüksək vergiyə məruz qalır. Ona görə də ölkəmiz istər neft, istərsə də kənd təsərrüfatı sahəsində xammal istehsalçısıdır”.
 
İqtisadçı bildirib ki, Azərbaycanda 8 ildir, dolların qiyməti sabit saxlanılır:
“Bu da ölkədə qeyri-neft sektorunun formalaşmasının qarşısını alan amillərdən biridir. Biz üzən məzənnə rejiminə keçməliyik, bu, devalvasiyanın qarşısını alar. Eyni zamanda ölkəyə makroiqtisadi sabitlik gətirər. Bilirsiniz, inflyasiya ölkədə real sektorun rəqabət qabiliyyətini, onun ixrac potensialını aşağı salır. Dolların məzənnəsinin sabit saxlanması imkan vermir ki, inflyasiya təzyiqi məzənnəyə ötürülsün və yenidən qeyri-neft sektorunun rəqabət qabiliyyətini bərpa etsin. Dolların qiymətinin sabit saxlanılması ağrıkəsicidir və problemin həlli deyil”. (Globalinfo)
 
İqtisadçı-ekspert Natiq Cəfərli də hesab edir ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşması, təbii ki, Azərbaycanın iqtisadiyyatına da müəyyən təsirlər göstərəcək. İqtisadçı “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı hələ də xeyli dərəcədə neft gəlirlərindən asılıdır və enerji daşıyıcılarının ixracından əldə edilən gəlirlər dövlət büdcəsinin və xarici ticarət balansının əsas mənbələrindəndir. Bu baxımdan, neftin qiymətində yaranan enişin ölkə iqtisadiyyatına və büdcə gəlirlərinə təsir göstərməsi qaçınılmazdır. Bununla belə, ekspert qeyd edib ki, burada əsas məsələ neftin ucuzlaşmasının qısamüddətli, yoxsa uzunmüddətli xarakter daşımasıdır:
“Əgər bu proses müvəqqəti xarakter daşıyırsa, dövlət müəyyən ehtiyatlardan istifadə etməklə vəziyyəti sabit saxlaya bilər. Lakin neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalması, şübhəsiz ki, daha ciddi iqtisadi və maliyyə tədbirlərinin görülməsini zəruri edəcək. Hazırda manatın məzənnəsinə birbaşa təzyiq müşahidə olunmasa da, dolayısı təsirlər artıq hiss olunmaqdadır. Belə ki, neft gəlirlərinin azalması dövlət büdcəsinin gəlir hissəsini və valyuta daxilolmalarını azalda bilər ki, bu da müəyyən mənada manata olan təzyiqi artıra bilər. Amma hələlik inzibati məzənnə rejimi qüvvədə olduğuna görə, bu təsirlər məzənnədə birbaşa dəyişikliklə özünü göstərmir”.
 
Ekspertin fikrincə, cari ildə — yəni 2025-ci ildə — manatın məzənnəsi ilə bağlı hər hansı kəskin dəyişiklik və ya qərarların verilməsi gözlənilmir. Çünki həm məzənnə inzibati üsullarla tənzimlənir, həm də 2025-ci ilin dövlət büdcəsi və iqtisadi parametrləri artıq təsdiqlənib və həyata keçirilməyə başlanılıb. Üstəlik, artıq ilin ortasına yaxınlaşırıq və bu mərhələdə kəskin dəyişikliklərin baş verməsi ehtimalı çox aşağı qiymətləndirilir:
“Bununla belə, əgər neftin qiymətində davamlı eniş müşahidə olunarsa və bu tendensiya ilin sonuna qədər qorunarsa, 2026-cı ildə hökumət və Mərkəzi Bank qarşısında yeni reallıqlara uyğun olaraq monetar və fiskal siyasətdə düzəlişlər etmək zərurəti yarana bilər. Bu da o deməkdir ki, manatın məzənnəsində müəyyən dəyişikliklər qaçılmaz ola bilər və valyuta siyasətində daha çevik yanaşmalara ehtiyac duyula bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kimlər əfvə düşə bilməz? - AKTUAL
Bu gün, 18:06
Budapeştdə mühüm masa qurulur – Azərbaycan hansı gedişləri edəcək?
Bu gün, 18:03
Həsənovun SON SƏFƏRİ... - BUNA GÖRƏ ÖNƏMLİDİR...
Bu gün, 18:00
Sərhədlərin açılması oyunu dəyişdirəcək - Ermənistan xarici işlər naziri
Bu gün, 17:59
Deputatdan həmkarına ETİRAZ - Bu birmənalı QARŞILANMAZ...
Bu gün, 17:57
Hansı rayonda banklara əmanət yerləşdirmək daha sərfəlidir? – Tam siyahı
Bu gün, 17:50
Hüseyn Abdullayevin anası: `Prezidentdən əfv gözləyirəm...` - MÜRACİƏT
Bu gün, 17:47
Lənkəranskini bıçaqlayan "oğru"nun qatilinə "EDAM HÖKMÜ" verildi - 30 avtoritetin "sxodka"sı
Bu gün, 17:45
Prorektor rüşvətə görə işdən çıxarılıb? - AÇIQLAMA
Bu gün, 17:41
Əvəz Zeynallının SON DURUMU ilə bağlı bacısından ÜRƏKDAĞLAYAN SÖZLƏR - O dəqiqdir ki...
Bu gün, 17:38
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Bu gün, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Bu gün, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Bu gün, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Bu gün, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Bu gün, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Bu gün, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Bu gün, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Bu gün, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Bu gün, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Bu gün, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Bu gün, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Bu gün, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Bu gün, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Bu gün, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Bu gün, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Bu gün, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Bu gün, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Bu gün, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Bu gün, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Bu gün, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Bu gün, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00
Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57
ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42
"Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38
Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31
Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib
Bu gün, 12:25
Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Bu gün, 12:20
İrəvanda 2 saatlıq TELEFASİLƏ
Bu gün, 12:14
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Bu gün, 12:06
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU - ADLAR
Bu gün, 12:01
Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru