AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio Amerika lideri Donald Trampın rəhbərliyi altında keçirilən Kennedi Mərkəzinin Qəyyumlar Şurasının şam yeməyində belə deyib deyib.
Marko Rubio yeni Papanın taxta çıxması ilə bağlı tədbirlər üçün Romaya səfərindən danışaraq, burada kardinallarla söhbətlərində dünyada mövcud siyasi vəziyyətlə bağlı qiymətləndirmələri dinlədiyini vurğulayıb.
“Görüşdüyüm kardinallardan biri dedi: Amerika prezidentinin sülh istəməsi bizim üçün çox qeyri-adi haldır, bəzi avropalılar isə sanki dünya alt-üst olubmuş kimi daim hərbi işlərə çağırırlar”, - A BŞ-niun Dövlət katibi söyləyib.
Onun sözlərinə görə, Tramp müdafiəyə böyük xərclərə can atmır, bu pulları iqtisadi inkişafa yatırmağa üstünlük verir.
Xatırladaq ki, bir gün əvvəl Almaniya kansleri Fridrix Merts Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiya təzyiqlərini artıracağının anonsunu verib. O, bu iddianı ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin söhbətindən sonra səsləndiriib. Putinlə söhbəti “yaxşı” adlandıran Tramp nizamlanmada “müəyyən irəliləyiş” olduğunu bildirib.
Birləşmiş Ştatlar sülh istədiyi halda, Avropa ölkələri müharibəyə çağırır.