“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması ilə bağlı yüksək səviyyəli dialoq davam edir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Yüksək səviyyəli dialoq davam edir, o cümlədən Ermənistan baş naziri ilə Türkiyə prezidenti arasında görüşlər, eləcə də mənim xarici işlər naziri ilə təmaslarım... Əminik ki, tam nizamlanma, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması həm ölkələrimiz, həm də daha geniş region üçün mühüm imkanlar yaradacaq”, - nazir bildirib.
Ararat Mirzoyan bölgə ölkələri arasında sərhədlərin açılması ilə bağlı Avropa Komissiyasının sədri Ursula Fon der Leyendən sitat gətirib:
“Xanım Leyenin haqlı olaraq qeyd etdiyi kimi: Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması oyunu dəyişən hadisə olacaq, bu, Avropa ilə Mərkəzi Asiyanı əvvəlkindən daha da yaxınlaşdıracaq”.