Aşıq Zülfiyyə İbadova "Rəngarəng" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, aşıq ailələrinin dağılmasında daha çox qız tərəfinin günahkar olduğunu vurğulayıb.
"Boşanma, bunu istəyən qızın valideynlərinin məsələyə adi baxmasında irəli gəlir. Bizim nəsildə də boşananlar var. Razılaşmıram. Baxmayaraq ki, qız tərəfinin qohumuyam, oğlan tərəfini tutaram. Çünki mən bilirəm ki, günah qız tərəfindədir. Mən öz ailəmdən nümunə göstərirəm. Ata qızına bir kəlmə desə ki, "sənin yerin ərinin yanıdır", onda qız ailəsinə sahib çıxar. Yox, ailə desə ki, "istəmir getmir, qızım özü bilər", onda ailə dağılır. Elə şeylər var ki, efirdə danışmaq istəmirsən. Mən qızın ailəsindənəmsə, oğlangilin tərəfindən danışaram. Çünki oğlan tərəfi yerdən-göyə qədər haqlıdır. Amma qız tərəfi yox. Qəbul etmirəm. Mənim aləmimdə belə şey var: elə ailəni silərəm, qarşı tərəflə münasibətimi qoruyaram" deyə, Z.İbadova bildirib.