Azərbaycanda regional maliyyə idarələri yaradılıb .....                     Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat .....                     ADY-də yeni sədr müavini təyin edilib .....                     ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR .....                     Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb .....                     Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu .....                     "2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" .....                     "Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Bəstəkarlar süni intellektə QARŞI .....                     Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır .....                     Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat .....                     Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? .....                     “Azparking”in yeni PUL TƏLƏSİ: .....                     Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı .....                     İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? .....                     Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? .....                     Nazir müavini üçün .....                     Hansı partiya birincidir? .....                     Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı .....                     Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı .....                     Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib .....                     "Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır" .....                     Natiq Pənahlıya yüksək vəzifə verildi .....                     AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... .....                     GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... .....                     Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR .....                     “Kişi qadına pul da xərcləyər, amma onu…” .....                     Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək .....                     "Bu, çox utancverici bir gediş oldu" .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin .....                     Moskvadan İrəvana xəbərdarlıq və təhdid: .....                     Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır .....                     Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir .....                     Azərbaycan konsulunun yanında söyüş söydü .....                     “Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib .....                     Sahil Babayev islahatlara BAŞLADI .....                     "Gedib Azərbaycanda millət vəkili olacağam" .....                     Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? .....                 

Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Tarix: Bu gün, 09:12 | Çap et

Azərbaycanda eyni vaxtda çoxsaylı şirkətlərin bağlanması praktikası geniş yayılıb. Bir çox hallarda bağlanan şirkətlərin mövcud olma tarixi 6 ay-1 ili əhatə edir, yaxud eyni hüquqi ünvanda qeydiyyatda olan onlarla şirkət eyni vaxtda ləğv edilir. Bəzənsə hüquqi təmsilçisi eyni olan çoxsaylı şirkətlərin ləğv elanlarına rast gəlinir.

Məsələn, bu ilin yanvarında ləğv olunduğu elan edilən “Papirus-L” MMC, “L. Orbita-BE” MMC, “Everest 2" MMC və "Dorsan" MMC-nin dördünün də qanuni təmsilçisi Kalbalıyev Ədalət Tofiq oğlu olub. Həmin şirkətlərin hüquqi qeydiyyat ünvanı da eynidir: Çünki kreditorlardan iki ay ərzində tələblərini Bakı şəhəri, Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi küçəsi, ev 48, mənzil 41 ünvanına bildirmələri xahiş olunub.

Ötən ilin avqustunda ləğv edilən “Ri Enginineering” MMC, “R Standart” MMC, “R Machinery” MMC, “R Service” MMC və “R Logistic” MMC şirkətlərinin hamısının hüquqi ünvanı eynidir -Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 52, mənzil 154.

Həmin gün ləğv edilən “Lk Engineering” MMC, “Lk Service” MMC, “Lk logistic” MMC şirkətlərinin hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, AK.Həsən Əliyev küçəsi, ev 79/2, mənzil 50, “L Machinery” MMC və “L Machinery” MMC şirkətlərinin hüquqi ünvanı Nərimanov rayonu, M.Araz küçəsi, ev 23, mənzil 5-dir.

Bir çox hallarda yaradılan şirkətlər heç bir il keçmədən ləğv edilir. Məsələn, bu ilin aprelində ləğv elanı verilən “Status 2024" MMC ötən ilin sentyabr ayında yaradılıb, nizamnamə kapitalı 3 milyon 126 min manatdır və qanuni təmsilçisi Anar Hüseynovdur.

Bəzənsə aydın olur ki, ləğv edilən şirkətlərin külli miqdarda vergi borcu var. Bu ilin aprelində “ALTİS” və “KOMETA-A” şirkətləri “Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduqlarını elan ediblər. Həmin vaxta “ALTİS” şirkətinin 3 milyon 517 min 315,86 manat, “KOMETA-A” şirkətinin isə 1 milyon 312 min 046,04 manat vergi borcu vardı.

Bundan əlavə, həmin şirkətlərin qoşulduğu “Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcud idi. Onun vergi borcunun miqdarı 6 milyon 142 min 328,10 manat təşkil edirdi.

Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. “ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, “KOMETA-A”nın qanuni təmsilçisi Eyvazov Samran Tahir oğludur.

2012-ci ildə dövlət qeydiyyatına alınan “Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur.

Bu günlərdə eyni vaxtda “Ruby” MMC, “İNSİNAR” MMC, “V İNVEST” MMC, “KASPİAN TEXNOLOJİ ŞİRKƏTİ” MMC, “MELO ART PRO” MMC, “MELORATİV TİKİNTİ” MMC, “RA MİLK PROCESSİNG” MMC, “RX BUTTER PRO” MMC, “Rahrəvan Construction” MMC və “YH QARDAŞLAR” MMC ləğv olunduqlarını elan ediblər.

Qeyd edək ki, ləğvini elan edən şirkətlərdən bir qismi olduqca aşağı - cəmi 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Lakin onların arasında böyük nizamnamə kapitalına malik olanlar da var. Məsələn, “Rahrəvan Construction” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 656 500 manat nizamnamə kapitalına malik olan “Rahrəvan Construction” MMC-nin qanuni təmsilçi Türkiyə vətəndaşı Ozturk Rızadır. Şirkət yarananda nizamnamə kapitalı 1 000 000 manat olub.

Xatırladaq ki, hazırda Azərbaycanda hüquqi şəxs - Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılarkən 10 manatlıq nizamnamə kapitalının ödənilməsi kifayət edir. Bəzi iri şirkətlər nizamnamə kapitalına ciddi yanaşıb, iri məbləğlər oturtsalar da, əksər MMC-lərin kapitalı 10 manat ətrafındadır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 7,1 faiz artaraq 2025-ci il yanvarın 1-i vəziyyətinə 212 705 olub. İl ərzində 14 865 yeni statistik vahid yaradılıb, 698-i ləğv olunub. 2024-cü il ərzində ləğv edilmiş statistik vahidlərin 14,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,5 faizi “Təhsil”, 11,3 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 10,6 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 9,6 faizi “Maliyyə və sığorta fəaliyyəti” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 39,8 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,5 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 8,2 faizi “Emal sənayesi”, 6,1 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,8 faizi “Tikinti”, 5,0 faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

2025-ci ilin yanvar-mart ayları ərzində isə statistik vahidlərin sayı 1,6 faiz artaraq 2025-ci il aprelin 1-i vəziyyətinə 216 138 olub. Artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “Təhsil”, “Emal sənayesi”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Peşə, elmi və texniki fəaliyyət”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə” və “Maliyyə və sığorta fəaliyyəti” sahələrində nəzərəçarpacaq dərəcədə olub.

Bu dövrdə 3 591 yeni vahid yaradılıb, 158-i ləğv olunub. 2025-ci ilin yanvar-mart ayları ərzində ləğv edilmiş statistik vahidlərin 34,2 faizi “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, 12,0 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 11,4 faizi (hər biri üzrə) “Ticarət; nəqliyyat vasitələrinin təmiri” və “Peşə, elmi və texniki fəaliyyət”, 5,7 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 4,4 faizi “Təhsil”, 3,8 faizi (hər biri üzrə) “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” və “İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Azərbaycan təcrübəsi göstərir ki, bir çox hallarda MMC-lər bu və ya digər dövlət qurumunun keçirdiyi tenderlərdə iştirak edir, 6 ay- 1 ildən sonra ləğv edilirlər. Yaxud hansısa məmurun yaxın çevrəsində olan şəxslər çoxsaylı MMC-lər yaradaraq həmin məmurun rəhbərlik etdiyi dövlət qurumunun tenderlərində çoxsaylı sifarişlər alırlar. Belə MMC-lər adətən himayədar məmur vəzifədən uzaqlaşdırılana qədər fəaliyyət göstərir, ondan sonra ya əl dəyişir, ya da ləğv edilirlər.

Maraqlıdır ki, 2024-cü ildə Azərbaycanda bağlanan iş yerlərinin sayı ilə ləğv olunan MMC-lərin sayı təxminən uyğun gəlib. Belə ki, rəsmi məlumata görə, 14 865 yeni sahibkarlıq subyektinin yaradıldığı 2024-cü ildə Azərbaycanda 15 min 942 iş yerinin bağlandığı açıqlanıb. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 1 033 iş yeri və ya 7 faiz çoxdur.

Cari ilin birinci rübü üzrə göstəricilərdə isə vəziyyət fərqlidir. Belə ki, rəsmi statistikaya əsasən, 2025-ci ilin birinci rübü ərzində ölkədə 2,7 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 48,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb. Rüb ərzində 158 sahibkarlıq subyekti bağlanıb.

2025-ci ilin birinci rübü ərzində ölkədə 23,4 min yeni iş yeri yaradılıb. Yeni açılmış iş yerlərinin cəmi 11,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,8 faizi mövcud müəssisə və təşkilatlarda yaradılıb.

Hüquqşünas-ekspert Əkrəm Həsənovun dediyinə görə, 10 manatlıq nizamnamə kapitalının olması hansısa şirkətin fəaliyyət keyfiyyətinin göstəricisi sayılmamalıdır: “Nizamnamə kapitalı MMC təsis olunanda onun payçılarının ona qoyduğu puldur. Bu payçıların MMC-nin fəaliyyəti zamanı yaranan borclara heç bir aidiyyəti yoxdur. Payçılar nizamnamə kapitalına 10 manat deyil, yüz manat, milyon manat da qoya bilərlər. Ola bilər ki, MMC-nin fəaliyyəti dövründə həmin vəsait tam xərclənsin, yaxud daha da artırılsın. Nizamnamə kapitalı heç nəyin təminatı deyil. Elə MMC-lər var ki, yaradılanda nizamnamə kapitalı 1 milyon manata bərabər olub, qısa müddətdə 100 manata düşüb. Elə şirkət də var ki, nizamnamə kapitalı 10 manatdır, amma dövriyyəsi, öz kapitalı 10 milyonlarla manatdır. Baxın, banklarda nizamnamə kapitalı da 50 milyon manatdır, öz kapitalı da 50 milyon manatdır. Yəni bankın hər zaman öz 50 milyon manatı olmalıdır. Bunu Mərkəzi Bank onlardan tələb edir, çünki onlar əhalidən əmanət qəbul edirlər. Digər sahələrdə fəaliyyət göstərən MMC-lər üçün nizamnamə kapitalının məbləğinə hər hansı tələb qoyulmayıb, bu, dünyada da belədir. Çünki əsas şirkətin fəaliyyətidir”.

Ekspertə görə, eyni hüquqi ünvanda çoxsaylı MMC-lərin yaradılması, yaxud eyni şəxsin çoxsaylı MMC-nin hüquqi təmsilçisi olması müəyyən əməliyyatlarla bağlı olar bilər: “Ola bilər ki, burada vergidənyayınma məqsədi güdülür. Ola da bilər ki, bir şəxs bir neçə sahədə fəaliyyət göstərir. Qanun buna hər hansı məhdudiyyət qoymur. MMC məhdud məsuliyyətli cəmiyyət deməkdir. Təsisçiləri belə müəssisələrin fəaliyyətinə görə heç bir məsuliyyət daşımırlar. Buna görədir ki, banklar hansısa şirkətə kredit verəndə təsisçilərin də zəmanətini tələb edirlər. Onu da qeyd edim ki, hansısa MMC-nin vergi borcu yaranırsa və ödənmirsə, bu, təsisçi üçün də cinayət məsuliyyəti yarada bilir”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Bu gün, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Bu gün, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Bu gün, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Bu gün, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Bu gün, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Bu gün, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Bu gün, 12:32
Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır - DİREKTORDAN REAKSİYA
Bu gün, 12:19
Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat - ƏMR
Bu gün, 12:17
Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:11
“Azparking”in yeni PUL TƏLƏSİ: - “Narazılıq yarada bilər”
Bu gün, 12:07
Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:04
İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? - AKTUAL
Bu gün, 11:59
Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? - GİLEY
Bu gün, 11:57
Nazir müavini üçün ÖZƏL GÜN
Bu gün, 11:49
Hansı partiya birincidir? - SORĞU
Bu gün, 11:47
Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı
Bu gün, 11:45
Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı - FOTO
Bu gün, 11:37
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib - AÇIQLAMA
Bu gün, 11:33
"Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır"
Bu gün, 11:31
Natiq Pənahlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:28
AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... - VİDEOFAKT
Bu gün, 11:24
GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Bu gün, 11:17
Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 11:09
“Kişi qadına pul da xərcləyər, amma onu…” - Fatimə KİMƏ ƏSƏBİLƏŞDİ?
Bu gün, 11:02
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - “Wall Street Journal”
Bu gün, 10:59
"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov
Bu gün, 10:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin tikintisindən imtina etdi
Bu gün, 10:47
Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Bu gün, 10:37
Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır - SİYAHI
Bu gün, 10:28
Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21
Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16
Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14
"Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37
Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:35
Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı
Bu gün, 09:30
“Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:26
Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Bu gün, 09:15
Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Bu gün, 09:12
Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:05
İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi - MƏQALƏ
Bu gün, 09:02
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı QƏRAR
Bu gün, 08:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru