“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” .....                     Azərbaycanda regional maliyyə idarələri yaradılıb .....                     Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat .....                     ADY-də yeni sədr müavini təyin edilib .....                     ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR .....                     Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb .....                     Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu .....                     "2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" .....                     "Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Bəstəkarlar süni intellektə QARŞI .....                     Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır .....                     Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat .....                     Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? .....                     “Azparking”in yeni PUL TƏLƏSİ: .....                     Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı .....                     İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? .....                     Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? .....                     Nazir müavini üçün .....                     Hansı partiya birincidir? .....                     Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı .....                     Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı .....                     Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib .....                     "Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır" .....                     Natiq Pənahlıya yüksək vəzifə verildi .....                     AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... .....                     GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... .....                     Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR .....                     “Kişi qadına pul da xərcləyər, amma onu…” .....                     Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək .....                     "Bu, çox utancverici bir gediş oldu" .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin .....                     Moskvadan İrəvana xəbərdarlıq və təhdid: .....                     Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır .....                     Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir .....                     Azərbaycan konsulunun yanında söyüş söydü .....                     “Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib .....                     Sahil Babayev islahatlara BAŞLADI .....                     "Gedib Azərbaycanda millət vəkili olacağam" .....                 

Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Tarix: Bu gün, 09:15 | Çap et

“Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”. “Yeni Müsavat” bildirir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib. Nazir qeyd edib ki, Zəngəzur dəhlizi layihəsinin 3-4 il ərzində həyata keçirilməsi planlaşdırılır. Türkiyəli rəsminin dediyi bir ehtimaldır, yoxsa informasiyaya əsaslanan proqnoz?

Qeyd edək ki, Azərbaycan dəhlizin özünə aid hissəsində infrastruktur işlərini bu il tam yekunlaşdıracaq. Təəssüf ki, Ermənistan hələ də özünə adi seqmentdə heç bir iş görməyib. Bunun əvəzinə İrəvan Bakıya reallığa dəxli olmayan, yəni maneəsiz keçid rejimi ilə uzlaşmayan qeyri-real təkliflər (“yumşaq rejim”, “sadələşdirilmiş keçid” və s.) verməyə davam edir. Az öncə İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bu xüsusda bildirib ki, “İrəvanın leksikonunda Zəngəzur dəhlizi anlayışı yoxdur”.

Bəs nə vaxt olacaq? Kapitulyant ölkənin dirənişi hara kimi sürəcək?

Yada salaq ki, Azərbaycan lideri İlham Əliyev bu ilin yanvarında yerli telekanallara müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır” deyib.

Ermənistan xarici işlər nazirinin keçmiş müavini Avet Adonts isə söyləyib ki, Zəngəzur dəhlizini açmaq üçün Azərbaycanın qarşısında duran əsas maneə Rusiyadır. “Rusiya hələ də həm Əliyevə, həm də Türkiyəyə Türkiyənin xarici siyasət doktrinasında yazılanları, yəni Ermənistanın dövlət olmamasını həyata keçirməyə mane olur”.

“Son zamanlar ABŞ da müəyyən qədər "Zəngəzur dəhlizi" ifadəsi və ümumilikdə dəhlizin məntiqini gündəmə gətirib". Bu sözlərin müəllifi politoloq Qrant Mikaelyandır. O iddia edib ki, Azərbaycan heç bir öhdəlik götürmək istəmir.

Əslində Rusiya, Türkiyə, bir sıra Qərb ölkələri və Çin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsini yaxına buraxmır. Bu ifadə erməni ictimaiyyətində böyük narazılıqla qarşılanır. Digər tərəfdən, Qriqoryanın bunu İranda dilə gətirməsi də təsadüfi deyil. Çünki İran da bu dəhlizin açılmasına qarşıdır.

Ermənistan Zəngəzur dəhlizi layihəsinə qarşı alternativ kimi “sülh yollarının kəsişməsi” layihəsini irəli sürür. Ermənistan hakimiyyətinin təqdim etdiyi bu layihə regional kommunikasiyaların açılması məsələsində Zəngəzur dəhlizinə qarşı alternativ layihədir. Bununla Ermənistan həm regional kommunikasiyaların açılmasına, həm də Azərbaycana dəhliz verməməyə nail olmaq niyyətindədir. Bu layihə həm də Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlı olan qüvvələrə təklif kimi irəli sürülüb. Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini bildirərək əvəzində bu layihə ilə alternativ yaratmaq istəyir. Ancaq rəsmi Bakının sülhə gedən yolda ən başlıca tələblərindən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın suverenliyini təhdid etmir. Onun fikrincə, buna baxmayaraq rəsmi İrəvan hələ də bu logistikanın açılmasını özünün ərazi bütövlüyünə qarşı addım kimi qələmə verir: “Halbuki heç bir dəhliz bir ölkənin suverenliyini poza bilməz. Azərbaycanla İran da Araz dəhlizini reallaşdırır və burada hər hansı beynəlxalq hüquqa zidd hərəkət yoxdur. Ermənistan isə yalana söykənən təbliğat kampaniyası qurub. Bu piar beynəlxalq ictimaiyyəti inandırmağa hesablanıb. Guya dəhlizin açılması ilə Ermənistanın suverenliyi əldən gedir. İran da öz iqtisadi maraqlarından irəli gələrək Zəngəzur dəhlizinə qarşı çıxdığı üçün İrəvana şərik olub, onu öz yalanlarına inanmaqda dəstəkləyir”.

Ç.Qənizadə vurğuladı ki, Zəngəzur dəhlizi Orta dəhlizin bir parçasıdır və dünyanın marağında olan layihədir: “Ermənistan bu prosesi uzun illər yubada bilməyəcək. Çindən Avropaya uzanan bir marşrutun açılmasına Ermənistan kimi kiçik dövlət əngəl ola bilməz. Doğrudur, heç bir tikinti işi həyata keçirməyiblər. Amma bu işin sürətlənməsi üçün təzyiqləri artırmaq lazımdır. Xüsusən də Türkiyə bu məsələdə Ermənistana diplomatik təzyiqlərini artıra bilər. Paşinyan yaxşı başa düşür ki, ölkəsinin nicatı Türkiyə ilə quru sərhədlərin açılmasından asılıdır. Ona görə də Ankara İrəvana bu kontekstdə təzyiqləri işə sala bilər. Eyni zamanda söhbət yolun dəhliz statusu daşıması üstündə olan mübahisədir. Ermənistan maneəsiz keçidə razıdır, dəhliz statusu daşımasına etiraz edir. Məncə, bu məsələdə də müəyyən razılaşmalar mümkündür”.

Hüquq müdafiəçisi əlavə etdi ki, sadəcə, dəhlizin açılmasında çözülməyən düyün nəzarətin kimdə olacağı məsələsidir: “Rusiya israr edir ki, özü kontrol etsin. Bunun üçün 10 noyabr bəyanatına istinad yer alır. Ermənistan isə üçtərəfli razılaşmadan çıxmaqdadır. İrəvan özü yola nəzarəti təmin etmək istəyir. Burada Qərbin də maraqları nəzərə alınmalıdır. Bəli, Avropa və ABŞ da dəhlizə nəzarətin Rusiyada olmasının əleyhinədir. Bütün hallarda, türkiyəli nazir 3-4 ilin proqnozunu veribsə, deməli, yekun sülh müqaviləsi imzalandıqdan sonra reallaşa bilər”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin sözlərinə görə, Ermənistan dəhlizə “hücum” olacağı barədə saxta təbliğatı davam etdirir: “Guya Ordumuz Zəngəzura daxil olacaq və güc yolu ilə koridor açılacaq. Bu bəyanatlar cəfəngiyyatdır. Azərbaycan Prezidenti bəyan edib ki, Zəngəzura avtomobillərlə qayıdacağıq. Yəni tankla, topla olmayacaq. Ortada bir yol layihəsi var və onun gerçəkləşməsini tələb edirik. Ümumiyyətlə, nəqliyyat kommunikasiyalarının blokadadan çıxması ilk növbədə Ermənistan iqtisadiyyatı üçün nəfəslik olacaq. Sadəcə, İrəvanın dəhliz statusundan imtina etməsi problem yaradır. Azərbaycan da bu məsələdə maneə görmür. Əgər dəhliz statusu olmadan açılacaqsa, hər hansı problem olmamalıdır. Yetər ki, bu logistika işə düşsün. Ermənistan isə əlini ağdan qaraya vurmayıb”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” - məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Bu gün, 13:45
Azərbaycanda regional maliyyə idarələri yaradılıb - Maliyyə Nazirliyi AÇIQLADI
Bu gün, 13:36
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq - Deputatlar danışdı
Bu gün, 13:07
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
Bu gün, 13:02
ADY-də yeni sədr müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
ABŞ-dən Ziya Məmmədovla bağlı vacib QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 12:49
Hüseyn Həsənov axtarışa verilməzdən əvvəl evini 100 milyona satıb - DETALLAR
Bu gün, 12:47
Misirdən Azərbaycana gətirilən 60 kamaz kartof gömrükdə xarab oldu - AXI NİYƏ?..
Bu gün, 12:44
"2 gündür hava limanına getməyinə baxmayaraq, hələ də çamadanı vermirlər" - GİLEY
Bu gün, 12:41
"Ömur vəfa etsə, gedib bir-bir bu yerləri ziyarət edəcəyəm" - Xalq artisti
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:34
Bəstəkarlar süni intellektə QARŞI - “İnsanlığın sonudur!”
Bu gün, 12:32
Gəncənin bu məktəbində Əlifba bayramı üçün pul yığılır - DİREKTORDAN REAKSİYA
Bu gün, 12:19
Təhsil Nazirliyindən Goranboy-Naftalanla bağlı təyinat - ƏMR
Bu gün, 12:17
Okeanın o tayında NƏYƏ EYHAM EDİRLƏR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:11
“Azparking”in yeni PUL TƏLƏSİ: - “Narazılıq yarada bilər”
Bu gün, 12:07
Öldürülüb Kürə atılan 16 yaşlı gəlinin anası yoxa çıxdı - TƏFƏRRÜAT
Bu gün, 12:04
İşçinin işəgötürənə hər bir müraciəti şikayət hesab olunurmu? - AKTUAL
Bu gün, 11:59
Goranboyda İŞÇİ HAQQINI YEYƏN KİMDİR? - GİLEY
Bu gün, 11:57
Nazir müavini üçün ÖZƏL GÜN
Bu gün, 11:49
Hansı partiya birincidir? - SORĞU
Bu gün, 11:47
Ermənistan ordusunda məcburi xidmət yaşı artırıldı
Bu gün, 11:45
Fuad Nağıyev Aparat rəhbəri vəzifəsini ona tapşırdı - FOTO
Bu gün, 11:37
Qafqaz Müsəlmanları İdarəsinə yeni sədr müavini təyin edilib - AÇIQLAMA
Bu gün, 11:33
"Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdən-göyə qədər haqlıdır"
Bu gün, 11:31
Natiq Pənahlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 11:28
AĞACYEYƏN BAŞÇI: Bu dəfə kəsilən ağacları... - VİDEOFAKT
Bu gün, 11:24
GENERAL MEHDİYEV: GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu?
Bu gün, 11:17
Sosial Xidmətlər Agentliyi vətəndaşın BAŞINA OYUN AÇIR - DƏRƏBƏYLİKDİR?
Bu gün, 11:09
“Kişi qadına pul da xərcləyər, amma onu…” - Fatimə KİMƏ ƏSƏBİLƏŞDİ?
Bu gün, 11:02
Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi Vatikanda keçiriləcək - “Wall Street Journal”
Bu gün, 10:59
"Bu, çox utancverici bir gediş oldu" - Etibar Məmmədov
Bu gün, 10:49
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 12.6 milyonluq Uşaq Reabilitasiya Mərkəzinin tikintisindən imtina etdi
Bu gün, 10:47
Moskvadan İrəvana xəbərdarlıq və təhdid: - Ermənistan seçim qarşısında
Bu gün, 10:37
Oturduqları yerdə milyarder olan uşaqlar: Birinci yerdə yenə azərbaycanlıdır - SİYAHI
Bu gün, 10:28
Lavrov qayıtdı, Moskva indi də İrəvana onu göndərir - Böyük hazırlıq başladı
Bu gün, 10:21
Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU
Bu gün, 10:18
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:16
Sahil Babayev islahatlara BAŞLADI - Kamran Əmirov yüksək vəzifəyə TƏYİN EDİLDİ
Bu gün, 10:14
"Gedib Azərbaycanda millət vəkili olacağam"
Bu gün, 10:12
Lavrov niyə “erməni soyqırımı” abidəsini ziyarət etmədi? - İrəvanda müzakirə
Bu gün, 09:37
Ağdaş təhsil Sektoruna yeni rəhbər təyin olundu - ƏMR
Bu gün, 09:35
Bakıda 1.3 mln. manat kapitallı plaza idarəedicisi olan şirkət yaradıldı
Bu gün, 09:30
“Naftalan –Avtonəqliyyat” rəhbərliyi seçiləcək - TOPLANTI
Bu gün, 09:26
Molla rejimi ilə BUNDAN SONRA NƏ EDƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19
Zəngəzur dəhlizi üçün son tarix: İrəvanın qərar anı - AKTUAL
Bu gün, 09:15
Daha 10 şirkət bazarı tərk etdi: MMC-lər niyə batır? - ARAŞDIRMA
Bu gün, 09:12
Sayt rəhbəri ilə birgə həbs edilən mühafizəçi azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:05
İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi - MƏQALƏ
Bu gün, 09:02
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru