Məşhur “qanuni oğru” Badri Koquaşvilinin həbsxanadan görüntüləri yayılıb.
Lent.az xəbər verir ki, şəkillər onun həbsxanada gündəlik həyatının necə keçirdiyini göstərir.
Məlumdur ki, Badri kriminal aləmdə “ümumi fond”un bir hissəsinə nəzarət etməkdə davam edir və həbsxana daxilində münaqişələrin həllində iştirak edir.
Qeyd edək ki, Badri Koquaşvili mərhum azərbaycanlı “qanuni oğru” Lotu Quli ilə düşmən olub. Hətta Koquaşvili Qulidən “oğru” adının alınması üçün “sxodka” təşkil etmək istəyib.