Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 .....                     Hövsan stomatoloqlarından Prezidentə müraciət .....                     Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA .....                     Şahin Əliyev yeni vəzifəyə təyin olundu .....                     Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı .....                     Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA .....                     Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib .....                     Məcnun Məmmədov koronavirusdan sağalıb .....                     “AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı .....                     Bakıda şagird dərs zamanı canlı yayım açdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? .....                     “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                     "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" .....                     Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq .....                     "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" .....                     Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması .....                     Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? .....                     Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi .....                     “A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib .....                     TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir .....                     Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... .....                     Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? .....                     Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB .....                     "Xəyanəti və nankorluğu bağışlamıram" .....                     Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib .....                     Sahibkar mağazaya borca görə həmyerlisini döydü .....                     “Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” .....                     Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır .....                     Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” .....                     İrana gedən Elminin başına gələn ilginc hadisələr .....                     Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi .....                     Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü .....                 

Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Tarix: Bu gün, 09:07 | Çap et

Bakıda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, digər əməkdaşı Camal Həsənovu isə bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Orxan Zeynalov və 1983-cü il təvəllüdlü İlqar Abdurrahmanovun cinayət işinə Ali Məhkəmədə yekun vurulub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Orxan 15 mart 2023-cü ildə, saat 23 radələrində tanışları – İlqar və ilə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı “Mağara” restoranında yemək yeyib, spirtli içki qəbul ediblər.

Daha sonra məclislərini davam etdirmək üçün oradan çıxaraq piyada martın 16-da, saat 01:00-da Nəsimi rayonu, Moskva prospekti, 88 ünvanında olan binanın 6-cı mərtəbəsində yerləşən “Huqqa” restoranına gəliblər. Ümumi zalda musiqiçilər üçün nəzərdə tutulmuş səhnənin yanındakı masada əyləşiblər.

Bir qədər sonra digər tanışları da həmin restorana gəlib, onlarla eyni stola əyləşib. Bundan sonra spirtli içki pivə sifariş verərək içiblər. Orxan sərxoş halda 01:30 radələrində qonşu masada əyləşmiş Cəsarətin musiqi sifariş etməsi ilə əlaqədar aralarında baş vermiş mübahisəni cüzi səbəb kimi bəhanə ediblər

Daha sonra İlqar da onların mübahisəsinə qoşulub. Onlar birlikdə Cəsarət və Camalın üz və sifət nahiyələrinə yumruqla zərbələr vurublar. Restoranın dəhlizində və restoranın yerləşdiyi binanın həyətində isə mübahisəni davam etdiriblər.

Bu zaman Orxan və İlqar bıçaqla Cəsarət və Camala çoxsaylı zərbələr vurublar. Cəsarət aldığı xəsarətdən ölüb. Camala isə vaxtında ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Qətl törədən iki nəfərin 10 maddəlik cinayət işi

İstintaq orqanı tərəfindən Orxan Zeynalova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən İlqar Abdurrahmanovun barəsində isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə, həmçinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.2.2 (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) və 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

“Söyüşün biri bir qəpikdən ucuz olub”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan Zeynalov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə 2023-cü il mart ayının 15-dən 16-na keçən gecə “Huqqa” restoranında baş verib: “Hadisənin baş verməsinə səbəbkar içki məclisində iştirak edənlər olub. Mən həmin gün içki içməmişəm. Qarşı tərəf isə sərxoş olub, nalayiq ifadələr işlədiblər. Dəfələrlə həmin şəxslərə xəbərdarlıq etməyimə baxmayaraq, söyüşün biri bir qəpikdən ucuz olub. Sonra həmin şəxslər bizi binanın həyətinə döyüşmək üçün çağırdılar. Aşağıda biz döyüşdük. Həmin vaxt Cəsarət hər dəfə əlini belinə apardı. Mən Cəsarəti vurduç. Biz mahnı üstündə deyil, söyüş üstündə dalaşmışıq. Mən söyüş söyənin kim olduğunu soruşdum. Bu vaxt Cəsarət mənə “sən kimsən axı” sözlərini dedi və yumruq atdı. Mən də yumruqla cavab verdim. Sonra biz araladıq və mən Cəsarətin aparılmasını istədim”.

“Münasib yerindən vurdum”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra İlqara hesabı verməsini və getmələrini bildirib: “İlqar gedən zaman Cəsarət və Camal İlqarı da söydülər. Sonra mən yenidən oraya qayıtdım və Camal yenidən ünvanıma pis-pis söyüşlər söyməyə başladı. Camal söyüş söyən zaman yumruqla vurdum. Sonra həmin şəxslər yenə çölə çıxarıldı. Biz isə yenidən gələrək oturduq. Lakin həmin şəxslər təkrar geri gəldi və stolları təpiklə vurdular. Bunların hamısının şahidləri var və hadisə yerində olan videogörüntülərə də hamısı düşüb. Sonra Cəsarət və Camal aşağı düşməyənin var- yoxunu söydülər. Mən həmin şəxslərə getmələrini və sabah görüşməyi bildirdim. Bu zaman mən aşağı düşdüm. Aşağıda İlqarı gördüm və İlqara getməyi təklif etdim. Cəsarət onu görəndən sonra daha da qızışdı və yenə “filankəslər, hara gedirsiniz” sözlərini dedi. Mən isə, Cəsarətə söyüş söyməməsini, binanın qarşısı olduğunu, adamların olduğunu dedim. Cəsarət isə “camaat da belə-belə olsun” sözlərini dedi. Sonra Camal məndən yuxarıda onu kimin vurduğunu soruşdu. Mən də Camala “get ayıl, səhər deyərəm” sözlərini dedim. Camal onu vuranı pis söyüşlə söyəcəyini söylədi. Mən də Camala “qələt edərsən” sözlərini dedim. Oradakı şəxslər yenə bizi araladılar. Bu zaman Camal “görün sizin ananızı-bacınızı neynəyəcəm” sözlərini dedi. Bu vaxt Camal İlqarla dalaşdı. Sonra Cəsarət mənə söyüş söyəndə onunla əlbəyaxa döyüşdüm. Mən Cəsarəti vuranda yerə yıxıldı. Lakin yenə də ayağa durdu. Cəsarət hər dəfə əlini belinə apardı. Mən qorxdum və Cəsarətin içkili olduğu üçün ehtiyat etdim. Buna görə bıçağı götürdüm və bir dəfə qorxutmaq məqsədi ilə Cəsarəti vurdum. Daha sonra isə Camal yenidən mənə söyüş söydüyü üçün Camalın da münasib yerindən vurdum”.

“İdman ustasıyam”

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində özünü təqsirli bilib.

Orxan Zeynalovun ifadəsinə görə, həyat yoldaşı, 10 yaşlı oğulu, anası və qardaşı ilə birlikdə yaşayıb: “Rəsmi iş yerim olmasa da, şəxsi mühafizədə işləyərək ailəmi tək dolandırıram. Anam da xərçəng xəstəsidir. Özüm universal döyüş idman ustasıyam. 2018-ci ildə oğurluq və soyuq silah gəzdirmə ilə bağlı məhkum olunmuşam. 2021-ci ildə cəzamı çəkərək azadlığa çıxmışam. Cəzaçəkmə yerindən qayıdandan sonra rəsmi iş tapa bilməsəm də, şəxsi mühafizədə işləmişəm”.

“Mənə ağır ana söyüşü söydülər”

Orxan Zeynalov qeyd edib ki, 15 mart 2023-cü ildə, axşam bir nəfər tanışı ilə oturaraq yemək yeyib və spirtli içki qəbul edib: “Saat 23 radələrində dostlarım - Qarabağ zonasından olan idmançı İlqar və ümumi dostu Raufla birlikdə saat təxminən 23:30-da Moskva prospekti, 88 ünvanında yerləşən “Huqqa” restoranında görüşüblər: “Restoran binanın 6-cı mərtəbəsində yerləşdi. Biz səhnədən təxminən 5-6 metr aralıda qoyulmuş masanın arxasında oturaraq dostlarım pivə, mən isə energetik içki olan “Hell” içdim. Restoranda 30-40 nəfərə yaxın qonaq, səhnədə musiqi – “dicey” də olub. Təxminən 40 dəqiqə olardı kı, biz restoranda oturmuşduq. Qonşuluqdakı masada 3 nəfər tanımadığımız oğlanlar oturaraq pivə içirdilər. Onların masalarında qəlyan da olub. Mən telefonla tanışı ilə danışdım, bir də səhnə tərəfdən bərkdən “burda oturanların var-yoxunu”, söyüşü söyüldüyünü eşitdim. Başımı qaldıranda gördüm ki, həmin qonşu masada əyləşmiş 3 nəfər şəxs səhnədədirlər və “dicey”i oyana-buyana dartışdırırlar. Mən yerimdən qalxdım və onlara yaxınlaşdım, “dicey”dən onları araladlm. Söyüş söymələri ilə bağlı iradımı bildirdim. Belə deyəndə, həmin 3 nəfərdən ikisi- hansı ki, hündürboylu, cüssəli şəxslər mənə ağır ana söyüşü söydülər”.

“Bıçağı da götürərək polisə gəldim”

Orxan Zeynalov qeyd edib ki, bu vaxt restoranda olan tanımadığı şəxslər, dostları Rauf və İlqar onlara yaxınlaşıb, onları sakitləşdirməyə çalışıblar: “Lakin onlar məni vurmağa cəhd etdilər. Mən zərbələrdən qaçdım və onlara yumruqla sifətimə zərbə endirdi. Onlar ikisi mənə ağır söyüşlər söydü, bayıra çıxaraq araşdırmanı davam etməyi tələb etdilər. Mən də “düşək” dedi, onların ardınca restorandan çıxdıq və binanın arxasına keçdik. Bu vaxt bizim arxamızca aşağı düşmüş şəxslər məni tutaraq aralamağa çalışdılar. Həmin şəxslər yenə mənim anamı söydü və əlini cibinə apardığını görərək onun bıçaq çıxarmaq istədiyini düşündüm. Üstümdə gəzdirdiyim cib bıçağı ilə onların ikisinə də hara gəldi bir neçə zərbə endirdim. Mənim kimisə öldürmək niyyətim olmayıb. Özümü qorumaq niyyətim ilə onları vurdum. Sonra aralanaraq yoldan keçən taksi ilə evə getdim. Təxminən bir saat-saat yarım keçdi, Nəsimi polisindən zəng vurdular ki, hadisə ilə bağlı polisə gəlim. Mən də bıçağı da götürərək polisə gəldim və hadisəni törətdiyimi bildirdim, bıçağı polisə təqdim etdim”.

“Kosovoda, İraqda sülhməramlıların tərkibində xidmət etmişəm”

Digər təqsirləndirilən İlqar Abdurrahmanov ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hərbi xidmətdə olarkən Kosovoda, sonra İraqda sülhməramlıların tərkibində xidmət edib: “Sonra məhkumluq həyatı yaşamışam. 2021-ci ilin “Zəfər” amnistiyası ilə azadlığa çıxdım. Azadlığa çıxandan sonra Türkiyədə İstanbul şəhərində Bazılar məhəlləsində qarışıq döyüş növləri idmanından dərs demişəm. 22 dekabr 2022-ci ildə Türkiyədən Azərbaycana gəldim. Həmin vaxtdan əvvəldən tanıdığım Orxanla Bakı şəhərində “Şamaxinka” adlanan yerdə fıtnes zalında məşq etmişik. Orxan mənim dostumdur, evimizə də gedib-gəlmişik. Cəsarət və Camalı tanımamışam”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Zeynalov 19 il, İlqar Abdurrahmanov 18 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Hər iki təqsirləndirilən şəxsə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, İlqar Abdurrahmanovun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilib və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülüb.

Hökmdən narazı qalan Orxan Zeynalovun müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, Orxan Zeynalovun əməlini Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini istəyib.

Digər təqsirləndirilən İlqar Abdurrahmanovun da müdafiəçisi apellyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Hökmdən zərərçəkmiş Cəsarət Vəliyevin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. Hüquqi varisi təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə tərəflərin şikayətləri təmin olunmayıb.

Bu qərardan tərəflər kasasiya şikayəti veriblər. Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayətlər təmin olunmayıb.

Qeyd edək ki, baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 2022-ci ilin 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Bu gün, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Bu gün, 15:00
Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”
Bu gün, 14:55
Şahin Əliyev yeni vəzifəyə təyin olundu - ƏMR
Bu gün, 14:52
Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 14:51
Qazaxstandan rusların vurduğu təyyarəmizlə bağlı SON AÇIQLAMA - "TƏDQİQ OLUNUR..."
Bu gün, 13:04
Bir vəkilin fəaliyyəti dayandırılıb, beşinə töhmət verilib
Bu gün, 13:03
Məcnun Məmmədov koronavirusdan sağalıb - Elə dünən...
Bu gün, 12:58
“AzRe Təkrarsığorta”nın İdarə Heyətindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 12:49
Bakıda şagird dərs zamanı canlı yayım açdı - Müəllim reaksiya vermədi
Bu gün, 12:39
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:33
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53
Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46
"Xəyanəti və nankorluğu bağışlamıram"
Bu gün, 09:37
Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün, 09:31
Sahibkar mağazaya borca görə həmyerlisini döydü - MƏHKƏMƏ
Bu gün, 09:23
“Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” -Aygün Bəylərin qardaşı azadlığa nə vaxt çıxır?
Bu gün, 09:22
Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:08
Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Bu gün, 09:07
İrana gedən Elminin başına gələn ilginc hadisələr - Arazı üzərək Naxçıvana keçib
Bu gün, 09:05
Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son - TƏFƏRRÜAT
Bu gün, 08:49
"Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 08:47
HƏQİQƏTİN MATRİSASI: - və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
Bu gün, 08:43
İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Bu gün, 08:39
Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 08:35
16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25
Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05
Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57
Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru