Dəniz mövsümünün başlanmasına sayılı günlər qalıb. Artıq dənizkənarı obyektlərin açılması üçün işlər görülür. Bəziləri yenidən qurulur, bəziləri yenidən tikilir, bəzilərində təmir-bərpa işləri aparılır. Çox insan qazana bilmək üçün gözünü 3 aylıq dəniz mövsümünə dikib. Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsi hələ kirli çimərliklərin siyahısını açıqlamayıb. Amma görünən problemə bələdçi lazım deyil.
Bu günlərdə yolum Buzovna dəniz sahilinə düşmüşdü. Sahilboyu dənizdən qəribə bir buxar yüksəlirdi. Bir qədər irəlilədikdən sonra çirkab sularının dənizə doğru axıdıldığına şahid oldum. Dənizdən bir qədər aralı obyektlərdənmi, evlərdənmi dənizə sarı bir cığır açılmışdı və bu cığırla dənizə çirkab suları axıdılırdı. Bu su dənizə axır və sonra buxara çevrilib, havaya qarışırdı. Yəqin ki, zamanı gəldiyində aidiyyatı qurumlar bu məsələ ilə maraqlanacaqlar.
Mövsümün başlanmasına cəmi 1 ay qalıb. Bir aya bu problemi aradan qaldırmaq, dənizi təmizləmək asan olmayacaq. Bu da insanların sağıamlığı üçün təhlükəlidir...
Bizimyol.info