Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi Teymur Nadiroğlu Bakı şəhərində inşa etdirdiyi obyektin hazırkı bazar qiyməti 2 milyon manata yaxın qiymətləndirilir.
AzFakt.com xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 256 C ünvanında inşa edilən, ümumi sahəsi 545 kvadrat metr olan 3 mərtəbəli obyekt Nadiroğlu Teymur Mahmud oğlunun adına sənədləşdirilib. İnşa edilən obyektin hazırkı bazar qiyməti 2 milyon manata yaxın qiymətləndirilir.
Bildirək ki, Teymur Nadiroğlu 2017-ci ildə Azərbaycanın Çin Xalq Respublikasında ticarət nümayəndəsi təyin edilib.