Ermənistan Baş naziri Nikol Paşinyanın 50 illik yubileyini necə keçirdiyi bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fakt” qəzeti məlumat yayıb.
Bildirilib ki, Paşinyan hökumətin yay iqamətgahında tədbir təşkil edib.
“Demək olar, əksər hökumət üzvləri, iqtidar fraksiyası və digər KP nümayəndələri bura dəvət edilmişdi. Bu il təkcə yubiley deyildi, həm də çoxu üçün seçkiqabağı siyahıda yer tapa bilmək şansı idi. Üstəlik, Paşinyanın psixi durumu yaxşı deyil və cəmiyyətin qalan hissəsinin nifrətinə dözə bilmək üçün ona müsbət impulslar lazımdır. Məclisdə birliyə çağırışlar olub, KP üzvləri gecə saatlarına qədər yeyib içiblər”, – deyə qəzetdə qeyd olunub.