Cənubi Qafqazdakı vəziyyət və regionun tranzit potensialı Ermənistan və Gürcüstan parlament spikerləri Alen Simonyan və Şalva Papuaşvili tərəfindən müzakirə edilib.
"Report"un məlumatına görə, bu barədə erməni KİV-ləri xəbər verir.
Onlar həmçinin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Ş.Papuaşvili sosial şəbəkələrdə bildirib ki, görüş Simonyanın Gürcüstana işgüzar səfəri çərçivəsində Telavidə baş tutub.
Gürcüstan parlamentinin spikeri qeyd edib ki, gürcü tərəfi Ermənistanın Avropa İttifaqı ilə dialoqun dərinləşdirilməsi istiqamətindəki səylərini alqışlayır və öz təcrübəsini bölüşməyi təklif edib.