Rusiyanın Krasnoyarsk diyarının meri Vladislav Loginov saxlanılıb.
Teleqraf xəbər verir ki, onun nədə ittiham olunduğu barədə dəqiq məlumat yoxdur.
57 yaşlı Loginov 2022-ci il sentyabrın 16-dan mer vəzifəsini icra edir.
2016-cı ildə Krasnoyarskın Sverdlovski rayonunun və Sovetski rayonunun administrasiyasına rəhbərlik edib. 2012-ci ildə "Asfalt-Beton Zavodu" ASC-nin təchizat və kommersiya direktoru vəzifələrində çalışıb. Eyni zamanda o, Krasnoyarsk şəhər təsərrüfatı idarəsinin abadlıq üzrə müavini olub.
2015-2016-cı illərdə Krasnoyarsk administrasiyasının bələdiyyə satınalmaları şöbəsinin rəis müavini postunda işləyib.