Viləşçay su anbarının suvarma şəbəkəsi tikiləcək.
Trend xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı işlərə yekun vurub.
Qurum suvarma şəbəkəsinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərini "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1 709 999 manat ödənilib.
Bir müddət əvvəl Viləşçay su anbarının II növbəsinin tikintisi ilə bağlı müvafiq işlərə başlanıldığı bildirilirdi.
Qeyd edək ki, Viləşçay su anbarı əkinlərin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə tikilib və 1986-cı ildə istismara verilib.
Masallı rayonunda Viləşçayın üzərində tikilən su anbarının həcmi 46,0 mln. m³, topaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2 km-dir.