Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ali təhsilini Çində davam etdirəcək.
Publika.az xəbər verir ki, bu barədə “Mənim addımım” fondu məlumat yayıb.
“Sentyabrda Anna Akopyan iki illik magistratura proqramı çərçivəsində Çin fəlsəfəsini öyrənmək üçün bu ölkəyə səfər edəcək”, - məlumatda deyilir.
Baş nazirin xanımı Pekində Çin fəlsəfəsinin əsas istiqamətlərini, o cümlədən Konfutsiçilik, Taoizm və Çin siyasi fəlsəfəsini öyrənəcək.
İngilis dilində tədris olunan proqrama əsas Çin siyasi elmi də daxil olacaq.