Erməni Apostol Kilsəsinin yeni katolikosu olacaq.
Axar.azxəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Bu gün özlərini “eşşək” kimi aparan və yüksək dəyərlərdən, müqəddəsliklərdən, hətta kainatdan danışan, birdən-birə subaylıq şəraitində dayı arvadı və ya uşağı ilə bağlı suala cavab verməmək və qorunması mümkün olmayan şeyi qorumağa çalışan bütün kilsə xadimləri, şəxslər yeni reallıqla üzləşəcək və ya köhnəsi ilə birlikdə gedəcəklər. Ən yaxşısı susmaqdır”, - deyə Simonyan özünün Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Eçmiədzində kiməsə “təhlükə keçənə qədər mağaralarda gizlənmək” taktikası nəyisə dəyişəcək kimi gəlirsə, səhv edir.
“Əgər bu dairələrdə qanunsuz hərəkətlərin edilməsinin bir həll yolu olduğuna və qara keşiş paltarının qanun qarşısında məsuliyyətdən azad edəcəyinə inanan biri varsa, o, daha da çox yanılır. Ona görə də nə qədər tez reallıqla üzləşsəniz, hamınız üçün bir o qədər asan olacaq”, - deyə Simonyan bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bütün ertmənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda və övlad sahibi olmaqda ittiham edib. Bundan əvvəl isə yepiskopun öz dayısının arvadı ilə intim münasibətdə olduğu haqda senzuradankənar statusu ilə gündəm yaratmışdı.