Avropa Şurasının Baş katibi Alen Berse Ermənistana səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Alen Simonyanla Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri "X"də yazıb.
Məlumata görə, görüş çərçivəsində Türkiyə-Ermənistan münasibətləri və digər bir sıra məsələlərə də diqqət çəkilib.