“Baş nazir Nikol Paşinyan bəyan edib ki, müəyyən funksiyaları yerinə yetirəcək işçi qrupu yaradılır. Həmin qrupun işi müstəsna olaraq Ermənistan Konstitusiyası və qüvvədə olan qanunlar çərçivəsində olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazirinin yeni katolikos seçkilərinin gündəliyinin təşkilati məsələləri üzrə koordinasiya şurasının formalaşdırılması təklifinə istinadla dini işlər naziri Davit Xudatyan deyib.
N.Paşinyanın təklifinin Konstitusiyaya zidd olub-olmaması ilə bağlı suala nazir cavab verib ki, onların son 7 ildəki bütün fəaliyyətləri qanunvericilik və Ermənistan Konstitusiyası çərçivəsində olub.
D.Xudatyan vurğulayıb ki, koordinasiya şurası öz gündəliyini formalaşdırana qədər əlavə söz deyə bilməz.
Ermənistanın dini işlər naziri şuraya ruhanilərin də daxil olmasını istisna etməyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.