Ermənistan “Respublika” Partiyasının sədri Aram Sarkisyan özünün “Facebook” səhifəsində Vladimir Solovyovun “Rossiya 1” kanalında yayımlanan verilişinə toxunub.
Moderator.az xəbər verir ki, "Armenian Tayms" nəşrinin yaydığı məlumata görə, həmin proqramda Solovyov Rusiyada fəaliyyət göstərən biznesmen və milyarder Samvel Karapetyana ünvanlanan təhdidlərə qarşı çıxaraq Ermənistan hakimiyyətini sərt şəkildə tənqid edib.
"Salam Kiriyenko...
Rusiyada onlar əmin idilər ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: kilsənin iştirakı kifayət etmir, ona görə də onlar Ermənistan hakimiyyətinə təzyiq göstərə bilən oliqarx potensialını zorla artırırdılar. Onsuz da bu da işləməyəcək", - deyə Sarkisyan yazıb.