Həbsdə olan müğənni Dəniz Əsədova ilə vəkil Asim Abbasov arasında məhkəmə çəkişməsi davam edir.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hər iki tərəf verilmiş qərardan narazıdır və onun dəyişdirilməsi ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edib.
Belə ki, müğənni bəraət almağı, şikayətçi tərəf isə cəzanın daha da ağırlaşdırılmasını tələb edir.
Məlumata görə, iyunun 21-də hakim Elmar Rəhimovun sədrliyi ilə ilkin baxış iclası keçirilib. Növbəti məhkəmə prosesi iyulun 9-na təyin edilib.
Xatırladaq ki, müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsində 7 ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, vəkil Asim Abbasov və bir qrup şəxs tərəfindən məhkəməyə müraciət edilərək, Dəniz Əsədovanın sosial şəbəkələrdə yalan məlumat yaydığı və həmin şəxslərə böhtan atdığı iddia olunub.