Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində katolikos II Qaregin (Ktriç Nersisyan) barədə sərt açıqlama yayıb.
Musavat.com xəbər verir ki, səbəb bütün ermənilərin dini liderinin Vaqzen Qaltsanyan və Gevorq Acapaxyanın həbsi ilə bağlı verdiyi qiymətləndirmə olub.
“Əgər Ktriç Nersisyan Qaltsanyan və Acapaxyanın həbsini qanunsuz hesab edirsə, deməli, onların ideologiyasını və planlarını – hərbi çevriliş cəhdini, insanları divar dibində güllələməyi və ölkədə xaos yaratmağı – bölüşür”, – deyə Paşinyan bildirib.
Paşinyan əlavə edib ki, bu kontekstdə Vagharşapat adlı inzibati ərazi vahidinin (buraya Eçmiədzin və ətraf kəndlər daxildir) heç bir hissəsi hüquq-mühafizə orqanlarının fəaliyyətinə bağlana bilməz.
O, həmçinin kinayəli şəkildə bildirib: “Xüsusilə də, Ktriç və bəzi başqa şəxslərin sayəsində bu ərazilər çoxdan zina üçün açıq vəziyyətdədir”.