Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet .....                     Qarageni də Qalstanyanın aqibəti gözləyir: .....                     Bakı metrosunda HƏYƏCANLI ANLAR: .....                     Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Sahibini gözləyən kreslolar .....                     Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi .....                     “İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” .....                     Cavanşir Feyziyev əhalini belə soyur .....                     Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar .....                     “İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” .....                     TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat .....                     Pezeşkianın Xankəndi səfərini qısqananlara... .....                     Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir .....                     Arzu LAĞA QOYDU: .....                     Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir .....                     "Ermənistan dövlətini uçuruma aparırlar" .....                     Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı .....                     Natiq Cəfərlinin atası dünyasını dəyişib .....                     “İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var” .....                     Son dövrlərdə körpələrə qoyulan qəribə adlar .....                     İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR .....                     Kremlin İrəvanla bağlı “B” planı: .....                     Rusiyadakı Azərbaycan diasporundan xəyanətkar çağırış .....                     Paytaxt Xankəndiyə köçürülə bilər .....                     Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir? .....                     “Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” .....                     Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... .....                     Vladimir Solovyovun “psixoloji travması”: .....                     İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab .....                     Rusiya ilə gərginlik belə bitəcək .....                     ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur .....                     Təbii problem: Süni məsuliyyətsizlik .....                     Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb .....                     Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə .....                     Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı .....                     SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı .....                     Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? .....                     “Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək .....                     Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına .....                 

“Sədərək”dəki icarədarlar narahatdır - “Hər şeyi itirə bilərik”
Tarix: Bu gün, 09:40 | Çap et

“Sədərək”​ Ticarət Mərkəzində çalışan icarədarlar buradakı texniki təhlükəsizlik vəziyyətindən və işlətdikləri obyektlərin sığortasız olmasından narahatdırlar.

Ticarət mərkəzində tekstil məhsulları, məişət avadanlıqları, xalça və digər məhsullarınsatışı ilə məşğul olan bir qrup sahibkar “Qafqazinfo”ya müraciət edərək üzləşdikləri problemi bildiriblər.

Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərəy”in icrədarları burada indiyədək dəfələrlə güclü yanğınların olduğunu, eyni zamanda subasma hadisələrinin də onlara xüsusilə külli miqdarda ziyan vurduğunu deyibər: “2009-cu ildən fəaliyyətə başlayan və ilbəil böyüyən ticarət mərkəzinin problemləri bitmir. Mülkiyyətçilər texniki təhlükəsizlik baxımından sərmayə qoymurlar ki, bu da bizim ağır nəticələr qarşısında əlacsız qalmağımıza gətirib çıxarır. Onlar məsuliyyət daşımadan ancaq öz şəxsi mənafelərini və gəlirlərini güdürlər. Hər kəs bilir ki, burada enerji təchizatı bərbad və yüklü vəziyyətdədir. Naqillərin qızmağından hər an yanğın baş verə bilər. Elektrik təsərrüfatında avtomatlar yüklənmiş vəziyyətdə, təftiş qaydalara uyğun aparılmır, sıxılma və digər xidmətlər sadəcə monitorinqlərlə aparılır”.

İcarədarların sözlərinə görə, hazırda burada 30-40 min sahibkar çalışır: “İcarə ödənişləri hər dəfə qaldırılır. Buna baxmayaraq yanğın təhlükəsizliyi ilə bağlı vəziyyət çox faciəvi şəkildədir. Hidrantlar, yanğınsöndürən balonlar, su hovuzları kommunikasiyaları fors-major hala cavab vermir və daha əvvəl də dəfələrlə bu hallar yaşanıb. Ümid ancaq ərazidə fəaliyyət göstərən yanğınsöndürən bölməyə qalır. Ancaq mövcud sayla və texnikayla yanğın olduğu halda mübarizə aparmaq sadəlövhlükdür.

Son 8 ildə burada 9 dəfə yanğın olub. Sonuncu dəfə bu yaxınlarda Bakıdakı kinostudiya ərazisində pirotexniki vasitələrin alovlanması nəticəsində partlayışın baş verməsi isə bizi daha da narahat edir. Çünki burada da xaricdən qanunsuz yolla gətirilən pirotexniki vasitələr qaydalara tamamilə riayət edilmədən saxlanılır. Növbəti dəfə yanğın olsa, artıq hər şeyimizi itirə bilərik”.

Sahibkarların üzləşdikləri ən böyük problem isə işlətdikləri obyektləri sığortalaya bilməmələridir: “Sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, buradakı mağazaları sığortalamaqdan imtina edirlər. Belə ki, Fövqəladə Hallar Nazirliyi buranın istismarına müvafiq rəy və sənəd vermədiyinə görə sığortalamaq da mümkünsüz olub. Bununla bağlı ticarət mərkəzinin mülkiyyətçiləri təəssüf ki, hər hansı addım atmırlar. Biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət etmişik, problemimizin həll olunması üçün ərizələr yazmışıq”.

Şikayətlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu ünvanladıq. Assosiasiyanın ekspert qrupunun üzvü Emin Allahverdiyev qeyd edib ki, hazırda sığorta sektorunda fəaliyyət göstərən və əmlak sığortası üzrə lisenziyası olan sığorta şirkətləri istər daşınar, istərsə də daşınmaz əmlakların sığortalanmasında maraqlıdırlar: “Lakin əmlakın sığortaya cəlb olunması üçün əsas şərt həmin əmlakın mövcud vəziyyətinin yanğın təhlükəsizliyi normalarına və digər təminat növləri üzrə risk tələblərinə uyğun olmasıdır. Bu, sığorta mexanizminin əsas fəlsəfəsini təşkil edən mühüm elementdir.

Sığorta hadisəsi mahiyyətcə təsadüfi xarakter daşımalı və sığorta təminatı yalnız bu təsadüfilik nəticəsində əmlaka dəymiş zərərə görə verilməlidir. Əgər əmlakda hadisənin başvermə ehtimalı artıq təsadüfilik xarakterini itirmişsə və risk hər gün, hər an baş verə biləcək vəziyyətdədirsə, bu halda sığorta şirkətinin belə əmlakı sığortaya cəlb etməsi nə sığorta fəlsəfəsinə, nə də qüvvədə olan qanunvericiliyə və sığorta qaydalarına uyğun sayılır.

İstər iri ticarət mərkəzlərində yerləşən obyektlər, istərsə də kiçik sahibkarlıq subyektlərinə məxsus əmlaklar sığorta şirkətləri üçün maraq kəsb edir. Lakin qeyd olunan normativ tələblərə əməl edilmədikdə, əmlakın harada yerləşməsindən asılı olmayaraq onun sığortalanması mümkün olmur.

Buna görə də, əmlakda yanğın və digər təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət edilməli, mümkün risklərə qarşı maliyyə təhlükəsizliyi təmin olunması üçün sığorta alətindən istifadə edilməlidir”.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Qurumun Mətbuat xidmətindən bu cavabı aldıq: “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə dövlət inspektorları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış “Çıxarış”a əsasən yoxlamalar (yanğın-texniki müayinələr) keçirilib. Müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq pozuntuların aradan qaldırılması məqsədilə obyektin rəhbərliyinə icrası məcburi olan tələbləri özündə əks etdirən “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə Qərar” təqdim olunub. Belə ki, obyektdə aparılmış yanğın-texniki müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə olunub.

Sığorta şirkətləri tərəfindən ticarət obyektlərinin daşınmaz əmlakının icbari sığorta edilməsi ilə bağlı məsələlər 24 iyun 2011-ci il 165-IVQ nömrəli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və sığortaçı ilə sığortalı arasında həll olunmalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet - VİDEO
Bu gün, 13:15
Qarageni də Qalstanyanın aqibəti gözləyir: - Hakimiyyət yaxın zamanda kilsəni ram edəcək
Bu gün, 13:07
Bakı metrosunda HƏYƏCANLI ANLAR: - Ana və övladları eskalatordan yıxıldılar
Bu gün, 13:04
Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Bu gün, 13:01
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:58
Sahibini gözləyən kreslolar - SİYAHI
Bu gün, 12:53
Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi - Mövsümi sahibkarlıq təhlükədədir
Bu gün, 12:49
“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” - ŞƏRH
Bu gün, 12:47
Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçıdan İTTİHAM
Bu gün, 12:37
Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar - KREMLİN İSTERİK GEDİŞLƏRİ DAVAM EDİR...
Bu gün, 12:32
“İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” - İran generalı
Bu gün, 12:29
TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:27
Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi
Bu gün, 12:22
Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir - NAZİRİN NƏZƏRİNƏ
Bu gün, 12:19
Arzu LAĞA QOYDU: - “Haradan oldun, dünya şöhrətli aktrisa?!”
Bu gün, 12:09
Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir
Bu gün, 12:04
"Ermənistan dövlətini uçuruma aparırlar" - partiya sədri
Bu gün, 12:00
Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - TƏFƏRRÜAT
Bu gün, 11:57
Natiq Cəfərlinin atası dünyasını dəyişib
Bu gün, 11:52
“İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var” - Əfşar Süleymani
Bu gün, 11:49
Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar.....
Bu gün, 11:47
İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:45
Kremlin İrəvanla bağlı “B” planı: -300 min erməni niyə göndərilir?
Bu gün, 11:37
Rusiyadakı Azərbaycan diasporundan xəyanətkar çağırış - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Paytaxt Xankəndiyə köçürülə bilər - AÇIQLAMA
Bu gün, 11:30
Sülh müqaviləsi: İrəvan prosesi niyə ləngidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:12
“Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:02
Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... - "Bizi qul yerinə qoyublar..."
Bu gün, 10:59
Vladimir Solovyovun “psixoloji travması”: - “Səviyyəsi plintusdan aşağıdır”
Bu gün, 10:56
İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab - KİV
Bu gün, 10:54
Rusiya ilə gərginlik belə bitəcək – Sabiq nazirdən diqqətçəkən PROQNOZ
Bu gün, 10:51
ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur - FOTO
Bu gün, 10:48
Təbii problem: Süni məsuliyyətsizlik - NƏ ETMƏLİ?
Bu gün, 10:46
Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb
Bu gün, 10:42
Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə - TƏFƏRRÜAT
Bu gün, 10:38
Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı - NƏ BAŞ VERİR?
Bu gün, 10:35
SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı - Aşura böhtanı, erməni mediası və Tehran oyunları
Bu gün, 10:34
Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? - SƏBƏB
Bu gün, 10:31
“Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək
Bu gün, 10:28
Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına 270 min xərcləyəcək
Bu gün, 10:24
İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi – Dəhliz detalı
Bu gün, 10:14
Rusiya mediası Bakıya “gizlədilən gərginliyi” xatırladır: - Sergey Markovdan sərt təhlil
Bu gün, 10:02
Bakı Limanına yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:00
Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR... - ÇÜNKİ...
Bu gün, 09:48
“Sədərək”dəki icarədarlar narahatdır - “Hər şeyi itirə bilərik”
Bu gün, 09:40
Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini HƏDƏLƏDİ - DETALLAR
Bu gün, 09:38
Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 09:14
Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… - GƏLİŞMƏ
Bu gün, 09:06
Rusiya qalib olsa, trilyonlar xərclənəcək! - "Forbes"
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru