Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu .....                     “Onlarla eyni verilişdə olmayacağam” .....                     “Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən .....                     Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib .....                     "Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." .....                     Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub .....                     "MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? .....                     Bakıda kuryerlər "Wolt"u boykot edir .....                     Paylaşıb biabır edəcəyəm .....                     Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı .....                     MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı .....                     Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi .....                     “Kubinka”da TƏHLÜKƏ .....                     Tələbələr etiraza qalxdı… .....                     Saakaşvili əfv edilməyəcək .....                     AZAL yeni onlayn xidmətini istifadəyə verib .....                     Prezident bu instituta yeni rektor təyin etdi .....                     Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT .....                     Bazarda 6, marketdə 15 manat… .....                     Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır .....                     Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı .....                     Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR .....                     “Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” .....                     Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb .....                     Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır .....                     Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet .....                     Qarageni də Qalstanyanın aqibəti gözləyir: .....                     Bakı metrosunda HƏYƏCANLI ANLAR: .....                     Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Sahibini gözləyən kreslolar .....                     Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi .....                     “İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” .....                     Cavanşir Feyziyev əhalini belə soyur .....                     Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar .....                     “İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” .....                     TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat .....                     Pezeşkianın Xankəndi səfərini qısqananlara... .....                     Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir .....                     Arzu LAĞA QOYDU: .....                 

“Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” - ÇAĞIRIŞ
Tarix: Bu gün, 11:02 | Çap et

“İyunun 27-dən bəri, yəni Yekaterinburqda həmvətənlərimizə qarşı rəsmi qurumların törətdiyi işgəncə, ölüm və kütləvi həbslərlə nəticələnmiş məlum olaylardan sonra Rusiya və Azərbaycan arasında baş verənlər haqda gəldiyiniz son nəticə nədən ibarətdir? Bəs bundan sonra şimal qonşularımızla münasibətlərimizin və orada yaşayan milyonlarla soydaşımızın taleyini necə görürsüz?”
Bu suallar ətrafında Moderator.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuzun fikrincə, Azərbaycanın haqlı dirənişindən sonra Rusiyanın geri çəkilməkdən başqa çarəsi qalmamışdı, çünki Ukraynada ağır bir müharibə aparan Rusiya üçün arzu edəcəyi ən son hadisə cənub-qərb sərhədlərində ikinci cəbhənin açılması ola bilərdi.
“Gələn son məlumatlar da Putinin artıq münasibətləri normallaşdırmaq üçün Azərbaycana nümayəndə heyəti göndərdiyini göstərir. Məlumata görə, Rusiya prezidenti Azərbaycana özünün keçmiş şəxsi adyutantı və Rusiyanın indiki fövqəladə hallar naziri Aleksandr Kurenkovun başçılığı altında nümayəndə heyəti göndərir. Nümayəndə heyətinin gündəliyində Azərbaycanla münasibətləri yenidən normallaşdırmaqdır. Yəqin ki, rəsmi Bakı da Moskvanın bu geri addımına müsbət reaksiya verəcək və şimal qonşumuzla əlaqələrimiz öz həqiqi möhtəvasına qayıdacaq”, -deyə şərhçi diqqətə çatdırıb.
Heydər Oğuz hesab edir ki, Rusiyanın ölkəmizə qarşı bu aqressiv siyasətinin səbəbi Cənubi Qafqazı itirmək xofundan qaynaqlanırdı və o, bizə bəlkə də sonuncu təzyiq vasitələrini işə salmışdı:
“Azərbaycan isə bu güc nümayişinə adekvat cavablar verdi və Putin administrasiyasına Moskvanın vassal olmadığımızı olduqca aydın və əyani şəkildə göstərdi. Moskva da öz növbəsində höcətləşmənin daha ciddi nəticələr doğura biləcəyini anladı. Putinin ölkəmizə nümayəndə heyəti göndərməsi də bunun nəticəsidir”.
Siyasi şərhçinin fikrincə, Kremli qəzəbləndirən Azərbaycanla Ermənistan arasında vasitəsiz ünsiyyət qurulması və Rusiyanın bu tənlikdə ixtisara salınmasıdır:
“Məlumdur ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ ərazisindəki erməni separatizmi üzərində qələbə qazanandan dərhal sonra “sülhməramlı” adı altında bölgəyə öz hərbi qüvvələrini yerləşdirmişdi. Azərbaycan tərəfindən mandatı təsdiqlənməyən bu işğalçı ordu Rusiyanın bölgəyə nəzarətini təmin etməli idi. 2023-cü ilin sentyabrında Azərbaycanın başlatdığı anti-terror əməliyyatından sonra ermənilərin Qarabağı kollektiv şəkildə tərk etməsi ilə Rusiyanın sonuncu arqumenti də əldən çıxdı. Nəticədə rus ordusu da Qarabağı tərk etmək məcburiyyətində qaldı. Zəngəzur dəhlizinin açılması müzakirələrində də rusların planları baş tutmadı. Xüsusilə erməni tərəfi öz ərazilərində suverenlik haqqlarını əsas gətirib bunu rədd etdilər. Təbii ki, onların bu rədd cavablarında ABŞ-ın da rolu vardı. Sülh danışıqlarının aparıldığı bir zamanda Vaşinqton proseslərə müdaxilə edib Azərbaycanla Ermənistan liderlərinin vasitəsiz görüşlərinin aparılmasını istədi. Beləcə, Azərbaycanla Ermənistan liderləri birbaşa danışıqlara başladılar və ortaya hələ də tam açıqlanmayan saziş layihəsi qoydular. Sazişin yalnız iki maddəsində ümumi razılıq əldə olunmamış qalmışdı: Ermənistan Konstitusiyasından Qarabağa iddia edən maddələr çıxarılmalı və ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. İlham Əliyevin son Türkiyə səfərindən sonra Ermənistan lideri də qardaş ölkəyə getdi və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla görüşdü. Bəzi məlumatlara görə, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına qərar verilmiş və hər iki ölkənin liderlərinin bu istiqamətdə mühüm addımlar atması qərarlaşdırılmışdı. Razılaşmanın əsas hədəfi isə Zəngəzur dəhlizinin açılması idi. Dəhlizin Rusiyanın iştirakı olmadan açılacağı və yola nəzarətin bir ABŞ təşkilatı tərəfindən həyata keçiriləcəyi bildirilir. Rusiyanı da dəli edən bu məqamdır. 44 günlük müharibədən sonra Zəngəzura nəzarət xəyalları quran Rusiya region dövlətlərinin əldə etdiyi razılaşmaya əsasən nəinki bu şansını itirir, hətta özünün ən böyük rəqibi ABŞ-ın Cənubi Qafqazda yerləşməsi perspektivi ilə üzləşirdi. Təbii ki, Rusiya buna seyrçi qala bilməzdi və həm İrəvana, həm də Bakıya təzyiqlər göstərəcəkdi. İrəvanda bu təzyiqlər kilsə və “5-ci kalon” vasitəsilə həyata keçirilir. Onlar Paşinyan hakimiyyətini devirməklə təhdid edirlər. Azərbaycanda isə bu aləti işlək vəziyyətə gətirmək üçün Rusiyadakı vətəndaşlarımızı sıxışdıraraq ölkəmizə miqrasiya axını təşkil etmək lazım idi. Ona görə də Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlı ovuna başladılar. Amma bu siyasətin dünyadan təcrid olunmuş Rusiyaya da ağır zərbə vuracağını anladılar və geri çəkilmək məcburiyyətində qaldılar. Bundan sonra yəqin ki, Azərbaycanla daha yumşaq davranmaq yolunu seçəcəklər və lazım gələrsə, hətta Cənubi Qafqazı itirməklə də razılaşacaqlar. Çünki bu bölgə artıq Türkiyə və ABŞ-ın nəzarətinə keçir. Rusiyanın isə həmin qüvvələrlə qarşı-qarşıya gəlmək imkanları getdikcə məhdudlaşır. Bununla belə, Rusiyanın öz imperialist niyyətlərindən tamamilə vaz keçdiyini də söyləmək mümkün deyil. O, sadəcə Azərbaycana qarşı son silahını – miqrantlatla təzyiq imkanlarını daha uyğun zamanlara saxlamaq barədə düşünür.
Məsələyə bu aspektdən yanaşanda soydaşlarımız üçün hələlik ciddi problemlərin yaşanacağını güman etmirəm. Amma yaxın gələcəkdə bu olmayacaqmı, bunu da istisna etmək istəmirəm. Azərbaycan da, Rusiyada yaşayan soydaşlarımız da bu barədə dərindən düşünməli, onların tədricən öz ölkəmizə qaytarılmasının önü açılmalıdır. Bizə kimlərinsə əlində girova çevrilmək taleyi yaşamaq lazım deyil...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Bu gün, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Bu gün, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Bu gün, 16:26
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib - TASS
Bu gün, 16:23
"Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." - AKTUAL
Bu gün, 16:20
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub - FOTO
Bu gün, 16:14
"MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 16:12
Bakıda kuryerlər "Wolt"u boykot edir - FOTO
Bu gün, 16:07
Paylaşıb biabır edəcəyəm - Tanınmış bloger
Bu gün, 16:03
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
Bu gün, 15:58
MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:57
Dilarə Kazımova Azərbaycan milli alətləri ilə klip çəkdirdi - VİDEO
Bu gün, 15:01
“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır
Bu gün, 14:51
Tələbələr etiraza qalxdı… - SABAH qruplarına onların qəbulu niyə ləğv edildi?
Bu gün, 14:46
Saakaşvili əfv edilməyəcək - RƏSMİ TİFLİS
Bu gün, 14:38
AZAL yeni onlayn xidmətini istifadəyə verib - DİQQƏT
Bu gün, 14:35
Prezident bu instituta yeni rektor təyin etdi - SƏRƏNCAM
Bu gün, 14:34
Siyəzən sakinindən İnam Kərimova MÜRACİƏT - Raman Sədrəddinov haqsız yerə həbs olunduğunu iddia edir
Bu gün, 14:32
Bazarda 6, marketdə 15 manat… – Bakıda bu məhsul Rusiyaya görə baha satılır?
Bu gün, 14:20
Rusiya-Azərbaycan problemləri konstruktiv şəkildə həll olunmalıdır - Peskov
Bu gün, 14:14
Azərbaycanla sərhəd kəndin rəhbəri saxlanıldı - “Sputnik Ermənistan”
Bu gün, 14:12
Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
Bu gün, 14:00
“Ekspertiza Anarın şərəf və ləyaqətinin alçaldılıb-alçaldılmadığını araşdırır” – Məhkəməyə verilən şair
Bu gün, 13:51
Lavrov Ukrayna ilə sülh sazişində Moskvanın tələblərini açıqlayıb
Bu gün, 13:48
Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır - KREML MEYMUNLUĞA "DAVAM" DEYİR...
Bu gün, 13:43
Sumqayıtın səsi: PRoMete və Cəsur Nemətovdan nostalji duet - VİDEO
Bu gün, 13:15
Qarageni də Qalstanyanın aqibəti gözləyir: - Hakimiyyət yaxın zamanda kilsəni ram edəcək
Bu gün, 13:07
Bakı metrosunda HƏYƏCANLI ANLAR: - Ana və övladları eskalatordan yıxıldılar
Bu gün, 13:04
Putin Kəmaləddin Heydərovun yaxın dostunu Bakı ilə danışıqlara göndərir - Aleksandr Kurenkov kimdir?
Bu gün, 13:01
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:58
Sahibini gözləyən kreslolar - SİYAHI
Bu gün, 12:53
Bakıda dənizkənarı obyektlərdə mövsüm açılmamış bağlandı: 30–40 minlik arenda küləyə getdi - Mövsümi sahibkarlıq təhlükədədir
Bu gün, 12:49
“İlin sonuna kimi sülh müqaviləsinin imzalanması ehtimalı yox səviyyəsindədir, amma...” - ŞƏRH
Bu gün, 12:47
Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçıdan İTTİHAM
Bu gün, 12:37
Rusiyadan azərbaycanlılara total təzyiqlər: hava limanlarında dözülməz yoxlamalar - KREMLİN İSTERİK GEDİŞLƏRİ DAVAM EDİR...
Bu gün, 12:32
“İki il ərzində hər gün raket atsaq belə, o tükənməz” - İran generalı
Bu gün, 12:29
TƏBİB-in ad günü qalmaqalına görə işdən çıxardığı şöbə müdirinin yerinə təyinat - BUNDAN SONRA...
Bu gün, 12:27
Pezeşkianın Xankəndi səfərini qısqananlara... - Rəsmi
Bu gün, 12:22
Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir - NAZİRİN NƏZƏRİNƏ
Bu gün, 12:19
Arzu LAĞA QOYDU: - “Haradan oldun, dünya şöhrətli aktrisa?!”
Bu gün, 12:09
Ermənistan prokurorluğu müxalifət liderlərinin toxunulmazlığının ləğvini istəyir
Bu gün, 12:04
"Ermənistan dövlətini uçuruma aparırlar" - partiya sədri
Bu gün, 12:00
Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - TƏFƏRRÜAT
Bu gün, 11:57
Natiq Cəfərlinin atası dünyasını dəyişib
Bu gün, 11:52
“İran-Azərbaycan münasibətlərini pozmaq istəyən daxili və xarici qüvvələr var” - Əfşar Süleymani
Bu gün, 11:49
Son dövrlərdə körpələrə qoyulan qəribə adlar - Əsğər, Dua, Koroğlu, Nənəş, Binəli, Dağlar.....
Bu gün, 11:47
İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR - TƏFƏRRÜAT
Bu gün, 11:45
Kremlin İrəvanla bağlı “B” planı: -300 min erməni niyə göndərilir?
Bu gün, 11:37
Rusiyadakı Azərbaycan diasporundan xəyanətkar çağırış - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Paytaxt Xankəndiyə köçürülə bilər - AÇIQLAMA
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru