Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni rəis və rəis müavini təyin olunub.
“DİA-AZ” bu barədə Xidmətə istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qurumun rəisi Rafiq Aslanov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini təyin edilib.