“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatının İcraçı direktoru Hacıyev Rəfail Qiyas oğlu tutduğu vəzifədən azad edilib.
FED.AZ xəbər verir ki, R. Hacıyev bu vəzifəyə 22.01.2025-ci il tarixdə təyin edilmişdi. Cari ilin iyul ayının 4-də R.Hacıyev vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, hazırda icraçı direktor vəzifəsini Məmmədova Leyli Calal qızı icra edir.