Ukraynaya dəstək Qərbə baha başa gəlir, amma Rusiyanın qələbəsi daha baha başa gələcək. Avropa və xüsusən də ABŞ bu xərclərdən çox narahatdırsa, ağıllı hərəkət etməli və Rusiyaya maliyyə dəstəyini (neft-qaz alışına xərclənən vəsait - red.) dayandırmalıdır.
Axar.az xəbər verir ki, bunu "Forbes"in köşə yazarı, ekspert Endi Samotyuk deyib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü, Ukrayna əmlakının dağıdılması və oğurlanması nəticəsində Kiyev ən azı 552 milyard dollar birbaşa itkiyə məruz qalıb:
"Və bu rəqəm hər gün artır. Qərb artıq Ukraynaya dəstək üçün təxminən 370 milyard dollar xərcləyib. Bu, çoxdur, lakin Rusiya qalib gələrsə, NATO-nun müdafiəsinə əlavə xərcləməli olacağı 4,5 trilyon dollarla müqayisədə cüzi bir məbləğdir".